Hakikat Books
English

Chapter 97 / 136

Rəvayət: saraya tikilən məscid

İmam Əzəm Əbu Hənifənin tələbəsi İmam Əbu Yusüf (rahmətullahi əleyh) Harun Rəşid zamanında qazı idi. Bir gün Harun Rəşidin yanında ikən, birindən şikayətçi olan birisi gəldi. Harun Rəşidin vəziri də mən şahidəm, dedi. İmam Əbu Yusüf vəzirin şahidliyini qəbul etmədi. Xəlifə, nə üçün vəzirin şahidliyini qəbul etmirsən, soruşdu. İmam, bir gün ona iş buyurmuşdunuz. O da sizə, mən sizin qulunuz, kölənizəm demişdi. Əgər doğru söyləmişdisə, kölənin şahidliyi məqbul deyildir. Yalan söyləmişdisə, yalançının şahidliyi də qəbul edilməz, buyurdu. Xəlifə, mən şahidlik edərsəm, qəbul edərsənmi? dedi. Xeyir, etmərəm buyurdu. Nə üçün? dedi. Sən namazı camaat ilə qılmırsan, buyurdu. Mən müsəlmanların işləri ilə məşğulam dedi. İmam, Xaliqə ibadətin olduğu yerdə, məxluqa itaət edilməz buyurdu. Xəlifə, doğru söyləyirsən dedi və sarayında məscid tikilməsini əmr etdi. Müəzzin və imam təyin edildi və ondan sonra namazı həmişə camaat ilə qıldı.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail