Hakikat Books
Türkçe

Bölüm 8 / 73

Zəvcat və qazəvati-Peyğəmbəri

Bu bölümde cevaplanan sorular (5)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Rəsulullaha nə vaxt və necə Peyğəmbərlik gəlmişdir? taslak Hata bildir
  2. Cəbrayıl əleyhissəlam neçə dəfə gəlmiş, Rəsulullah nə vaxt meraca çıxmış və nə vaxt vəfat etmişdir? taslak Hata bildir
  3. Bədr qəzvəsi nə vaxt olmuş və ordular nə qədər idi? taslak Hata bildir
  4. Uhud qəzvəsi nə vaxt olmuş və ordular nə qədər idi? taslak Hata bildir
  5. Xəndək qəzvəsi nə vaxt olmuş və ordular nə qədər idi? taslak Hata bildir

Rəsulullah (sallallahu əleyhi və səlləm) qırx yaşında ikən Cəbrail adlı mələk gələrək, Peyğəmbər olduğunu Ona bildirdi. O da Peyğəmbər olduğunu üç il sonra Məkkə şəhərində elan etdi. Bu ilə “Bisət” ili deyilir. İyirmi yeddi dəfə cihad etdi. Doqquzunda sıravi olaraq hücum etdi. On səkkizində baş komandir oldu. Dörd oğlan, dörd qız övladı, on bir zövcəsi, on iki əmisi, altı bibisi vardı. İyirmi beş yaşında Xədicətül-kübra ilə nikah bağladı. Əlli yaşında ikən, Xədicətül-kübranın vəfatından bir il sonra Allahın əmri ilə Əbu Bəkrin (radıyallahu anh) qızı Aişə ilə nikahlandı. Altmış üç yaşında ikən Mədinədə onun məscidə bitişik olan otağında vəfat etdi. Bu otağa dəfn edildi. Əbu Bəkir ilə Ömər (radıyallahu anhümə) də bu otaqdadır. Məscid genişləndirilərək otaq məscidin içinə salındı. Məkkədəki Qureyş kafirlərinin rəisi olan Əbu Süfyan ibn Hərbin qızı Ümmi Həbibəni yeddinci ildə nikahladı. Əbu Süfyan Müaviyənin (radıyallahu anh) atasıdır. Məkkənin fəthində iman etdi. Üçüncü ildə Ömərin (radıyallahu anh) qızı Hafsanı nikahladı. Hicrətin beşinci ilində Bəni Müstalaq qəbiləsindən əsirlər arasındakı rəislərinin qızı Cüveyriyəni satın alıb azad edərək nikahladı. Ümmi Sələmə, Səvdə, Zeynəb binti Hüzeymə, Məymunə və Safiyyəni (radıyallahu təala anhünnə) dini səbəblərlə nikahladı. Bibisinin qızı Zeynəb ilə nikahını Allahu təala bağladı.

Cəbrail əleyhissəlam iyirmi dörd min dəfə gəlmişdir. Əlli iki yaşında Rəsulullah miraca çıxarıldı. Əlli üç yaşında Məkkədən Mədinəyə hicrət etdi. Səvr dağındakı mağarada Əbu Bəkirlə üç gecə qalıb, bazar ertəsi gecəsi yola çıxdılar. Bir həftə yol gedib, sentyabrın iyirmisi, bazar ertəsi günü Mədinənin Kuba kəndinə gəldilər. Cümə günü Mədinəyə girdilər.

Hicrətin ikinci ilində Ramazan ayında Cümə günü Bədr qəzası oldu. İslam ordusu üç yüz on üç nəfər olub, bunlardan səkkizi başqa yerlərdə vəzifəli idi. Qureyşlilər min nəfər idi. On üç əshab şəhid oldu. Əbu Cəhl və yetmiş kafir öldürüldü.

Hicrətin üçüncü ilində Şəvval ayında Uhud qəzası oldu. İslam əsgərləri yeddi yüz nəfər, kafir ordusu üç min nəfər idi. Əshabı-kiramdan yetmiş nəfər şəhid oldu. Uhud qəzasından dörd ay sonra Nəcd xalqına islama dəvət üçün yetmiş gənc göndərildi. “Biri Məunə” deyilən yerdə hücum edib, iki əshabdan başqa hamısını şəhid etdilər.

Hicrətin beşinci ilində Xəndək qəzası oldu. Kafirlər on min nəfər, müsəlmanlar üç min nəfər idi. Mədinəni mühasirəyə aldılar. Müsəlmanlar Mədinə ətrafında xəndək qazmışdılar. Yeddinci ildəki Haybər qəzasından bir il əvvəl Hüdeybiyyədə “Biət-ürrıdvan” edildi. “Mutə savaşı” Rum sezarı Herakliyüs ilə edilən cihaddır. Müsəlmanlar üç min nəfər idi. Rum ordusu yüz min nəfər idi. Cəfər Təyyar (radıyallahu anh), bu müharibədə şəhid oldu. Xalid ibn Vəlid müharibəni qazandı. Səkkizinci ildə Məkkə fəth edildi. Hüneyn, məşhur, böyük savaşdır, zəfərlə nəticələndi. Haybər, yəhudilərin məşhur qalasıdır. Rəsulullah Həzrəti Əlini göndərərək, fəth olundu. Rəsulullaha burada zəhərli yemək ikram etdilər, yemədi. Bir qəzadan dönərkən, Həzrəti Aişəyə çirkin iftira edildi. Rəsulullah çox kədərləndi. Ayəti kərimə gələrək, iftiranın yalan olduğu aydın oldu. Taif zəfəri də məşhurdur.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta