İbn Abidin dəstəmazı pozan şeylərdən bəhs edərkən deyir ki: “Öz məzhəbində məkruh olmayan bir şey, başqa məzhəbdə fərzdirsə, onu etmək müstəhəbdir”. İmam Rabbani 286-cı məktubda deyir ki: “Maliki məzhəbində dəstəmaz əzasını ovmaq fərz olduğu üçün mütləq ovmalıyıq”. İbn Abidin rici talaqı (geri dönülə bilən boşanma) izah edərkən deyir: “Hənəfi məzhəbində olanın maliki məzhəbini təqlid etməsi daha yaxşıdır. Çünki imam Malik imam Azamın tələbəsi kimidir. Müəyyən bir məsələ ilə bağlı hənəfi məzhəbində bir fikir olmadığı zaman, hənəfi alimləri maliki məzhəbinə görə fətva vermişlər. Məzhəblər içində hənəfiyə ən yaxın olanı maliki məzhəbidir.”
DƏSTƏMAZIN MƏKRUHLARI. On səkkizi bunlardır:
1. Üzə suyu bərk vurmaq.
2. Dəstəmaz aldığı suya üfürmək.
3. Əzaları üç dəfədən az yumaq.
4. Əzaları üç dəfədən çox yumaq.
5. Dəstəmaz aldığı suya tüpürmək.
6. Suyun içinə fınxırmaq.
7. Qarqara edərkən boğaza su qaçırmaq.
8. Arxasını qibləyə çevirmək.
9. Gözü yummaq.
10. Gözü çox açmaq.
11. Soldan başlamaq.
12. Sağ əllə burnu təmizləmək.
13. Sol əllə ağza su almaq.
14. Sol əllə burna su çəkmək.
15. Ayağı yerə vurmaq.
16. Günəşdə isinmiş su ilə dəstəmaz almaq.
17. Mai-müstaməldən ehtiyat etməmək.
18. Dünya kəlamı söyləmək.