Hakikat Books
Türkçe

Bölüm 29 / 73

Namazın vacibləri

Bu bölümde cevaplanan sorular (1)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Namazın vacibləri hansılardır? taslak Hata bildir

NAMAZIN VACİBLƏRİ. Hənəfi məzhəbində namazın vacibləri bunlardır:

İmamın arxasında Sübhanəkədən başqa bir şey oxumamaq; imamın və yalnız qılanın, Fatihə və surəni fərzlərin birinci və ikinci rükətlərində, sair namazların hər rükətində bir dəfə oxuması; üç və dörd rükətli fərzlərdə Fatihəi şərifəni iki əvvəlki rükətə xas etmək; bir fərzdən digər fərzə keçmək; Fatihəi şərifəni surədən əvvəl oxumaq; qadəi ulada (ilk oturuşda) təşəhhüd miqdarı oturmaq; səcdələri bir-birinin ardınca etmək; qadəi axırda (son oturuşda) təhiyyat oxumaq; salam verərək namazdan çıxmaq; vitr namazında kunut duasını oxumaq; bayram namazı qılarkən zəvaid olan təkbirləri (altı vacib təkbir) almaq; ihfa ilə (səssiz) oxunmalı yerləri ihfa ilə oxumaq; cəhr (səsli) oxunmalı yerləri cəhr ilə oxumaq; tadili ərkan ilə qılmaq; namazda oxuduqda və ya imamdan eşitdikdə tilavət səcdəsi etmək; səcdəi-səhv etmək; dörd rükətli fərz namazlarda qadəi ulada təhiyyat oxuduqdan sonra dərhal qalxmaq; hər bir halda imama tabe olmaq; üzrü yoxdursa, bir qavlə görə, fərzləri camaatla qılmaq; Qurban bayramının ərəfə gününün sübh namazından bayramın dördüncü gününün əsr namazına qədər 23 fərz namazın sonunda “təkbiri təşrik” oxumaq.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta