Hakikat Books
Türkçe

Bölüm 28 / 73

Azanı-Muhammədi

Bu bölümde cevaplanan sorular (7)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Azan bəhsindəki bilgilər hansı kitablardan alınmışdır? taslak Hata bildir
  2. Azanı elmihaldakı müəyyən sözlərlə və müəyyən şəkildə oxumaq niyə lazımdır? taslak Hata bildir
  3. Müəzzin azanı necə və harada oxumalıdır? taslak Hata bildir
  4. Hər məhəllədə məscid və azan olmasının əhəmiyyəti nədir? taslak Hata bildir
  5. Azan oxumağın hökmü və məhəllə üçün əhəmiyyəti nədir? taslak Hata bildir
  6. Azanı və Quranı təğənni ilə (musiqi şəklində) oxumaq haqqında hansı hədislər vardır? taslak Hata bildir
  7. Şafii kitablarına görə azanı və namazı təğənni ilə oxumaq caizdirmi? taslak Hata bildir

Aşağıdakı yazı “Dürr-ül-muxtar”dan və onun şərhi olan “İbn Abidin”dən tərcümə edilmişdir:

Elmihal kitablarında bildirilmiş olan bəlli kəlmələri ağıllı bir müsəlmanın bəlli şəkildə oxumasına “Azanı Muhammədi” deyilir. Yəni minarəyə çıxıb, ərəbcə kəlimələri ayaq üstə oxumaq lazımdır. Başqa dillərdə tərcüməsini oxumaq, mənasını anlasa belə, azan olmaz. Azan beş vaxt namaz vaxtlarının gəldiyini bildirmək üçün oxunur. Kişilərin, məscid xaricində yüksək yerə çıxıb oxumaları müəkkəd sünnətdir. Qadınların azan və iqamə oxumaları məkruhdur. Qadınların səslərini kişilərə eşitdirməsi haramdır.

Müəzzin əfəndinin məscidin xaricində hündürdə və yüksək səslə oxuyaraq qonşulara eşitdirməsi lazımdır. Həddən artıq qışqırması caiz deyil. Əkbər deyərkən son hərf cəzm edilərək durulur və ya üstün oxunaraq vəsl edilir. Ötrə oxunmur. Kəlmələrin əvvəlinə və ya sonuna hərəkə, hərf, məd artıracaq şəkildə həddən artıq təğənni ilə oxumaq və bunu dinləmək halal olmaz. Salat və fəlah deyərkən üzü sağa və sola çevirmək sünnətdir. Ayaqlar və sinə qiblədən çevrilməz, yaxud minarədə dönərək oxunar. İlk minarəni Həzrəti Müaviyə tikdirmişdir. Rəsulullahın məscidi üzərində yüksək bir yer tikilmişdi. Bilalı Həbəşi bura çıxıb azan oxuyardı. Rəsulullah (sallallahu əleyhi və səlləm) Bilala barmaqlarını qulaqlarına qoymasını əmr etdi. Arada danışdıqda, təkrar oxumaq lazımdır. Bir neçə adamın bir yerdə oxuması caizdir. Bir qisminin oxuduğunu digərləri oxumazsa, səhih olmaz. Azanı oturaraq oxumaq tahrimən məkruhdur. Müəzzinin saleh olması, azanın sünnətlərini və vaxtlarını bilməsi, hər gün mütəmadi oxuması, Allah rızası üçün pulsuz oxuması sünnətdir. Pulla oxuması da caizdir. Ağlı kəsməyən uşağın azanı səhih deyil. Çünki onun səsi quş və ya alət səsi kimidir. [Buna görə də azanı, iqaməni səs ucaldıcı ilə oxumaq səhih deyil. Fasiqin azanına və imamın təkbirlərini nəql etməsinə güvənmək olmaz. Onun oxuması məkruhdur. Müəzzinin azanı vaxtında oxuduğunu, başqalarının da namazı vaxtında qıldığını bilmələri şərtdir. Vaxtın gəldiyinə şübhə edərək namaza duran şəxsin vaxtında qılmış olduğu sonradan məlum olsa da, namazı səhih olmaz. Kafirin, fasiqin hazırladığı təqvimə uyaraq qılınan namaz səhih deyil. Qeyri-müsəlman ölkədə istifadə edilən təqvimin doğruluğunu saleh və alim olduğuna güvənilən bir müsəlmandan soruşub öyrənmək lazımdır.] Sünnətə uyğun oxunan müxtəlif azanlardan yalnız birincisini eşidənlər eşitdiyini təkrarlamalı və öz məscidinin azanıdırsa, camaata qoşulmalıdırlar. Qurani-kərim oxuyanlar da təkrarlamalıdırlar. Cənazə namazı qılanın, ayaq yolunda olanın, yemək yeyənin, məsciddə olanın, din bilgisi öyrətməkdə və öyrənməkdə olanın azanı təkrar etməsi lazım deyil. Ərəbcə olmayan və çox təğənni ilə oxunan azan sünnətə uyğun deyil. Azanı eşidənin oturursa ayağa qalxması, yol gedirsə dayanması müstəhəbdir. Yemin bəhsində nəzri izah edərkən deyir ki: “Hər şəhərdə, hər məhəllədə məscid tikmək hökumətin üzərinə vacibdir. Beytülmal pulundan tikdirilir. Hökumət tikdirməzsə, müsəlmanların tikdirməsi vacib olur.” Göründüyü kimi, islamiyyətə uyaraq hər məhəllədə məscid tikilsə, hər məhəllədə azan oxunacaq və hər kəs öz məhəlləsinin azanını eşidəcək. Müəzzinin çox qışqırmasına, səs ucaldıcıdan istifadə edilməsinə ehtiyac qalmayacaq. Səs ucaldıcı, azanın sünnətlərinin tərk edilməsinə səbəb olan bir bidətdir. Azan oxuyarkən və namaz qılarkən bu bidəti işləmək böyük günahdır. Bu, ibadətlərin pozulmasına da səbəb olur. Bunun üçündür ki, Diyanət İşləri Rəisliyinin Müşavirə və Dini Əsərləri Tədqiq Heyətinin 1.12.1954 tarixli və 737 saylı qərarının on beşinci maddəsində deyilir: “Səsucaldıcının mehraba qoyulması qəti surətdə qadağandır. Əgər camaat imamın təkbir və təsmisi eşidilə bilməyəcək dərəcədə çox olarsa, müəzzinlərdən biri, yaxud daha uzaqda digəri təbliğ (səsi çatdırma) vəzifəsini görür”. Radioda, maqnitafonda və səsucaldıcıda oxunan Qurani-kərimin və azanın insan səsi olmadığı, bunları oxuyan insan səslərinin hasil etdiyi maqnit və elektrik tərəfindən meydana gətirilən çalğı səsləri olduğu, meydana gəlmələrinə səbəb olan insan səsinin özü olmasa da, ona çox bənzədiyi üçün oxuyanın səsi zənn edildiyi “Əl-fiqhu aləl-məzahib-ül-ərbəa”da və “Səadəti Əbədiyyə” kitabının «Təğənni və musiqi» bölməsində geniş bildirilmişdir. İslamiyyətin əmr etdiyi “Azanı Muhammədi” saleh müsəlmanın səsinə deyilir. Borudan çıxan səs azan deyildir. Əsrimizin həqiqi din alimlərindən Elmalılı Hamdi əfəndi (rahiməhullahu təala) təfsirinin üçüncü cildinin 2361-ci səhifəsində deyir: “Görünür ki, bu “istima (dinləmək) və insat (susmaq)” əmrləri qiraətə bağlı qılınmışdır. Qiraət isə dilin ixtiyari hərəkətidir ki, aqil və natiq bir insanın ağzından məxsus məxrəclərə görə çıxan və ağlındakı niyyətini bildirən səslərdir. Çünki Cəbrail əleyhissəlamın feli belə qiraət deyil, sadəcə bir İqra, yəni qiraət etdirməkdir. İlahi fel isə tənzil və qiraətin yaradılmasından ibarətdir. Buna görə ağılsızdan və cansızdan sadir olan səslərə qiraət deyilə bilinmədiyi kimi sədadan yəni səslərin əks etməsindən hasil olan felə də qiraət deyilə bilməz. Bunun üçündür ki, fiqh alimləri qiraətin əks-sədasına qiraət və tilavət hökmünün verilməyəcəyini və məsələn, tilavət səcdəsinin lazım gəlməyəcəyini bəyan etmişlər. Bir kitabı səssizcə mütaliə etmək qiraət etmək olmadığı kimi ifa olunan və zingildəyən əks-sədanı dinləmək də həqiqi qiraət dinləmək deyil, zingildəməyi dinləməkdir. O halda Qurani-kərim oxuyan bir hafızın səsini əks etdirən qramafondan və ya radiodan gələn küy həqiqi qiraət deyil, sadəcə bir qiraətin əksi və bənzəridir. Bunlara “istima və insat” əmrinin hökmü keçməz. Yəni dinləməmiz və susmamız vacib olan Qurani-kərim ifa olunan Quran deyil, qiraət olunan Qurandır. Buradakı dinləməmiz vacib və ya müstəhəb olmaz sözündən illa da bunları dinləmək caiz deyilmiş və mütləq dinləməmək vacibdir deyə başa düşməyin. Çünki Quranı ifa etmək başqa fel, ifa olunan Quranı dinləmək başqa feldir. Qurani-kərimi çalmaq, onu çalğı, sazlar arasına qoymaq caiz olmayan bir hərəkət olduğu məlumdur. Çünki Qurani-kərimi oxumaq bir Qurbət (ibadət) olduğu halda pis yerlərdə oxumaq da qəbahətdir. Fəqət oxundusa, onu dinləmək qəbahət deyil, əksinə dinləməyib hörmətsizlik etmək qəbahət olar. Məsələn, hamamda Qurani-kərim qiraət edən günaha girər. Bununla da oxunduğu zaman dinləməmək də savab deyildir. Eynilə bunun kimi bir əks-səda ilə zingildəyən və ya qramafonda, radioda ifa olunan bir Qurani-kərim səslərini dinləmək vəzifə deyildir deyə bunu dinləməmək vəzifə imiş kimi zənn edilməməlidir. Zira bu bir qiraət olmasa da qiraətin bənzəridir və kəlamı nəfsiyə dəlalətdir. Buna görə də, onu dinləmək həqiqi qiraət dinləmək kimi vacib və ya müstəhəb olmasa da, ən azı caizdir, daha yaxşıdır, hətta ona hörmətsizlik etmək də caiz deyildir. Belə bir vəziyyətdə qalan bir müsəlman nalayiq yerə qoyulan bir Qurani-kərim səhifəsinə rast gələn kimsə kimidir ki, ona qarşı hörmətsizlik etməyib, əlindən gəldiyi qədər onu layiq bir yerə qoyması onun bir müsəlmanlıq vəzifəsidir.”]

Fiqh və fitva kitablarının çoxunda, məsələn ”Kadihan”da deyilir ki, azan oxumaq sünnətdir. İslam dininin əlamətlərindən olduğu üçün, bir şəhərdə, bir məhəllədə azan tərk edilərsə, hökumət oradakı müsəlmanlara zorla oxutmalıdır. Müəzzin Qiblə cəhətini və namaz vaxtlarını bilməlidir. Çünki azanı əvvəldən axıra qədər üzü Qibləyə oxumaq sünnətdir. Azan, namaz və iftar vaxtının başladığını bildirmək üçün oxunur. Bu vaxtları bilməyənin və fasiqin oxuması fitnə çıxmasına səbəb olar. Ağlı olmayan uşağın, sərxoşun, dəlinin, cünub olanın və qadının azan oxuması məkruhdur. Bu halda müəzzin təkrar oxumalıdır. Mövlud oxumaq, oxutmaq və dinləməyə getmək çox savabdır. Lakin qadının mövlud, azan oxuyaraq, mahnı oxuyaraq, lazım olduğundan çox danışaraq səsini yad kişilərə eşitdirməsi və onların dinləməsi haramdır. Qadın yalnız qadınlar üçün oxumalı, səsini maqnitafona, radioya, televizora verməməlidir. Oturaraq, dəstəmazsız, şəhərdə heyvan belində oxumaq məkruh olsa da, belə azan yenidən oxunmaz. Azan minarədə və ya məsciddən xaricdə oxunar, məscidin içində oxunmaz. Təlhin ilə, yəni kəlmələri pozacaq şəkildə uzadaraq təğənni ilə oxumaq məkruhdur. Ərəb dilindən başqa dildə azan oxunmaz. “Hindiyyə”də deyilir: “Müəzzinin səsini taqətindən artıq yüksəltməsi məkruhdur”. İbn Abidin (rahiməhullahu təala) deyir ki, azanın uzaqlardan eşidilməsi üçün müəzzinin hündür yerə çıxıb oxuması sünnətdir. Bir neçə müəzzinin bir azanı birlikdə oxuması caizdir. Alimlərin bu yazılarından aydın olur ki, səs-ucaldıcı ilə azan, iqamə oxumaq və namaz qıldırmaq bidətdir. Bidət işləmək böyük günahdır. Hədisi-şərifdə buyrulub: “Bidət işləyənin heç bir ibadəti qəbul olunmaz!” Səs-ucaldıcının səsi insan səsinə çox bənzəsə də, insan səsinin özü deyildir. Maqnitin hərəkətə gətirdiyi hissələrdən hasil olan səsdir. Hündür yerə çıxıb ayaq üstə duran insanın səsi deyildir. Səs-ucaldıcını minarənin, damın sağına, soluna, arxa tərəfinə qoyaraq səsin Qibləyə doğru çıxmaması da ayrıca günahdır. Səsin uzaqlara çatmasına və səs-ucaldıcının narahat edici metal səsinə də ehtiyac yoxdur, çünki hər məhəllədə məscid tikmək vacibdir. Hər məhəllədə azan oxunmalı və hər evdə bu azan eşidilməlidir. Bundan başqa, “Azanı cavk”, yəni bir neçə müəzzinin bir azanı birlikdə oxuması da caizdir. Bu zaman həzin insan səsləri uzaqlardan eşidilərək qəlblərə və ruhlara təsir edir, imanları təzələyir. Müəzzin azanı, imam isə qiraəti məscid ətrafında və məsciddə olan camaata eşitdirəcək qədər təbii səslə oxumalıdır. Uzaqdan eşidilməsi üçün həddən artıq qışqırmaları məkruhdur. Səs-ucaldıcıya ehtiyac olmadığı buradan da anlaşılır. Xülasə, səs-ucaldıcı deyilən borudan çıxan səs azan deyil. Müəzzinin ağzından çıxan səs “Azanı Muhammədi”dir. Böyük islam alimi Əbu Nuaym İsfahaninin “Hilyət-ül-Övliya” kitabındakı Hədisi-şərifdə buyrulub: “Çalğıdan çıxan azan səsi şeytan azanıdır. Bunu oxuyanlar, şeytanın müəzzinləridir”.

Hədisi-şərifdə buyruldu: “Qiyamət yaxınlaşdıqda Qurani-kərim mizmarlardan oxunacaq”; “Bir vaxt gələcək, Qurani-kərim mizmarlardan oxunacaq. Allah üçün deyil, keyf üçün oxunacaq”; “Qurani-kərimi oxuyan çox insan var ki, Qurani-kərim onlara lənət edir”; “Bir vaxt gələcək, müsəlmanların ən səfilləri müəzzinlər olacaq”; “Bir vaxt gələcək, Qurani-kərim mizmarlardan oxunacaq. Allahu təala bunlara lənət edir”. Mizmar, hər növ çalğı, tütək deməkdir. Səs-ucaldıcı da mizmardır. Müəzzinlər bu Hədisi-şəriflərdən qorxmalı, azanı səs-ucaldıcı ilə oxumamalıdırlar. Bəzi din cahilləri səs-ucaldıcının faydalı olduğunu, səsi uzaqlara apardığını deyirlər. Peyğəmbərimiz: “İbadətləri məndən və əshabımdan gördüyünüz kimi edin! İbadətlərdə dəyişiklik edənlərə “bidət əhli” deyilir. Bidət sahibləri əlbəttə ki, Cəhənnəmə gedəcək! Onların heç bir ibadətləri qəbul olunmaz!”, buyurdu. İbadətlərə faydalı və lazımlı şeylər əlavə edirik demək düzgün deyil. Bu cür sözlər din düşmənlərinin yalanlarıdır. Bir dəyişikliyin faydalı olub olmadığını yalnız islam alimləri bilir. Bu cür dərin alimlərə “Müctəhid” deyilir. Müctəhidlər özlərindən dəyişiklik etmir, bir dəyişikliyin, əlavənin bidət olub olmadığını anlayırlar. Azanı mizmarla oxumağa söz birliyi ilə bidət deyilib. İnsanları Allahu təalanın rızasına, sevgisinə qovuşduran yol, insanın qəlbidir. Qəlb yaradılışından təmiz bir ayna kimidir. İbadətlər qəlbin təmizliyini, parıltısını artırır. Bidətlər, günahlar qəlbi qaraldır və qəlb məhəbbət yolu ilə gələn feyzləri, nurları ala bilmir. Saleh olanlar bu halı anlayar, üzülər və günah işləmək istəməzlər. İbadətlərin çox olmasını, hər gün beş dəfə əvəzinə daha çox namaz qılmağı istəyərlər. Günah işləmək nəfsə şirin, faydalı görünür. Bütün bidətlər, günahlar Allahu təalanın düşməni olan nəfsi bəsləyir, qüvvətləndirir. Səs-ucaldıcı ilə azan oxumaq da belədir. Abdullah Dəhləvinin xəlifələrindən olan Rauf Əhməd “Dürr-ül məarif” əsərinin müqəddiməsində deyir: “Qurani-kərimi və digər ibadətləri mizmarla, yəni çalğı aləti ilə oxumaq haramdır”. Azanı səs-ucaldıcı ilə oxumaq da belədir.

Şafii “Əl-müqəddimət-ül-hadrəmiyyə” və “Ənvar” kitablarında deyir: “Məscidin xaricində olanın məsciddəki imama uymasının şafii məzhəbində səhih olması üçün, onun imamı görməsi və səsini eşitməsi, həmçinin son sıradan təqribən 300 zra, yəni 300x0,42=126 metr uzaqda olmaması lazımdır”. Televizorda görülən və səsi eşidilən uzaqdakı imama uyaraq qılınan namaz hənəfi və şafii məzhəbində səhih deyil. Sələfi salihin, yəni əhli sünnətin ilk rəhbərlərinin zamanında ibadətlərdə olmayan şeyləri sonradan ibadətlərə qarışdırmaq “Bidət” işləməkdir. Azana və namaza radio, televizor və səs-ucaldıcı qarışdırmaq bidətini işləyənlərin Cəhənnəmə gedəcəkləri Nisa surəsinin 114-cü ayəsindən aydın olur. Səs-ucaldıcıdan, radiodan eşidilən səs azanın özü deyil, bənzəridir. Aynada, kağızda görülən də insana tam bənzəsə də, insanın özü yox, bənzəridir.

AQİL İSƏN QIL NAMAZI, ÇÜN SƏADƏT TACIDIR.

SƏN NAMAZI ELƏ BİL Kİ, MÖMİNİN MERACIDIR!

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta