Hakikat Books
Türkçe

Bölüm 32 / 73

Namazın ədəbləri

1-Yalnız qılan və ya imamla qılanın salamın ardınca “Allahummə əntəssələmü və minkəssələmü təbəraktə yə zəl-cələli vəl-ikram” deməsi; bundan sonra üç dəfə “Əstəğfirullahəl azım əlləzi lə iləhə illə hüv əlhayyəl qayyümə və ətübü ileyh” deməsi. Buna “İstiğfar duası” deyilir. Dəstəmazsız oxumaq da olar.

2-Bundan sonra “Ayətəl kürsi” oxumaq.

3-Otuz üç dəfə “Sübhanallah” demək.

4-Otuz üç dəfə “Əlhamdülillah” demək.

5-Otuz üç dəfə “Allahu Əkbər” demək.

6-Bir dəfə “La ilahə illallahü vahdəhü lə şərikələh ləhül mülkü və ləhülhamdü və hüvə alə külli şəy`in qadir” demək.

7-Qolları irəli uzadıb, əlləri duanın qibləsi olan Ərşə açıb səmimiyyətlə dua etmək.

8-Camaat ilə qılınırsa, duanı gözləmək.

9-Duanın sonunda “Amin” demək.

10-Duanın xitamında əli üzə sürmək.

11-Sonra hər birində Bəsmələ deyərək on bir “İxlası şərif” oxumaq. Bunu əmr edən Hədisi-şərif “Bəriqa” kitabının birinci cildinin sonuncu səhifəsində yazılmışdır. Sonra bir dəfə “Qul əuzü” surələrini oxumaq və 67 “Əstağfirullah”deyərək yetmişə tamamlamaq, on dəfə “Sübhənallah və bi-hamdihi sübhənallahil azım” demək. Sonra “Sübhanə Rabbikə” ayəsini oxumaq. Bunlar “Merak-ıl fələh” kitabında yazılmışdır.

Hədisi-şərifdə buyrulmuşdur: “Beş vaxt fərz namazdan sonra edilən dua qəbul olur”. Lakin dua oyanıq qəlb ilə və səssiz edilməlidir. Duanı yalnız namazlardan sonra və ya müəyyən vaxtlarda etmək və müəyyən şeyləri əzbərləyib şeir oxuyurmuş kimi dua etmək məkruhdur. Dua bitdikdə əlləri üzə sürmək sünnətdir. Rəsulullah (sallallahu əleyhi və səlləm) təvafda, yeməkdən sonra və yatarkən də dua edərdi. Bu dualarında qollarını irəli uzatmaz və əllərini üzünə sürməzdi. Duanın və hər zikrin səssiz olması daha yaxşıdır. Duaları və istiğfarı dəstəmazlı oxumaq müstəhəbdir. Təriqətçilərin etdikləri kimi rəqs etmək, fırlanmaq, əl çırpmaq, dəf, təbil, ney, saz çalmaq sözbirliyi ilə (yekdilliklə) haramdır. Göründüyü kimi, camaatın imamla birlikdə səssizcə dua etməsi daha yaxşıdır. Ayrı-ayrı dua etmələri və ya dua etmədən qalxıb getmələri də caizdir. “Hindiyyə” fitvasında deyilir ki, “Son sünnəti olan namazlarda salam verdikdən sonra imamın oturmağı məkruhdur. Sağa, sola və ya bir az geriyə çəkilib dərhal son sünnəti qılmalıdır. Yaxud dərhal gedib evində qılmalıdır. Camaat və yalnız qılan oturduğu yerdə qalıb dualarını edə bilər. Yaxud oturduğu yerdə, sağda, solda və ya bir az geriyə çəkilərək son sünnəti qılmaları da caizdir. Son sünnəti olmayan namazlarda imamın oturduğu yerdə qibləyə qarşı qalmağı məkruhdur, bidətdir. Qalxıb getməli və ya camaata tərəf dönməli, yaxud da sağa, sola dönüb oturmalıdır”.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta