1. Boynunu əyərək iki yanına baxmaq.
2. Üzərindəki hər hansı bir şeylə oynamaq.
3. Üzrlü səbəb olmadan səcdə yerini əlləri ilə silmək.
4. Kişilərin ayaq üstə durarkən əllərini sinələri üstünə, səcdədə isə sinələri bərabərində tutması.
5. Barmaqları çırtıldatmaq (şaqqıldatmaq).
6. Üzrlü səbəb olmadan bardaş qurub oturmaq.
7. Səcdədə bir ayağını qaldırmaq.
8. Böyüklərin yanına çıxa bilməyəcəyi kirli geyim ilə namaz qılmaq.
9. İnsan üzünə qarşı namaz qılmaq.
10. Atəşə qarşı qılmaq.
11. Bədəndə və geyimdə rəsm olması.
12. Üzrsüz əsnəmək.
13. Əllərini paltarın qollarından çıxarmadan qılmaq.
14. Köpəklər kimi baldırlarını dik tutaraq oturmaq.
15. Gözlərini yummaq.
16. Əllərini qiblədən çevirmək.
17. Camaat namazı qıldıqda öndə boş səf olduğu halda arxa səfdə qılmaq. Əgər yanında kimsə varsa tənzihən məkruh1, yalnızdırsa tahrimən məkruhdur2. Bu halda vacibi tərk etmiş olur. Nöqsanın düzəldilməsi üçün o namazın iadə edilməsi, yəni yenidən qılınması lazımdır.
18. Önündə pərdə olmadan qəbrə qarşı qılmaq.
19. Nəcasətə qarşı qılmaq.
20. Bir kişi ilə bir qadının yan-yana durub başqa namaz qılması.
21. Ayaq yolu ehtiyacı ola-ola, sıxıntılı namaz qılmaq.
22. Rükudan qalxıb dikəldikdən sonra, səcdəyə gedərkən üzrsüz olaraq öncə əlləri yerə qoymaq.
23. Bir rükndə iki dəfə bir yerini qaşımaq. (Əgər bir rükndə əlini qaldıraraq üç dəfə qaşısa, namaz pozulur.)
24. İmamdan əvvəl rükuya getmək.
25. İmamdan əvvəl rükudan qalxmaq.
26. İmamdan əvvəl səcdəyə getmək.
27. İmamdan əvvəl səcdədən qalxmaq.
28. Üzrsüz bir şeyə söykənib qalxmaq.
29. Səcdədən qalxarkən əllərdən əvvəl dizləri qaldırmaq.
30. Üzdə və gözdə olan tozları silmək.
31. İkinci rükətdə əvvəlki rükətdə oxuduğu surədən sonrakı surəni buraxmaq.
32. Birinci və ikinci rükətlərdə eyni surəni oxumaq və ya bir rükətdə eyni surəni iki dəfə oxumaq. (Nafilə namazda caizdir.)
33. İkinci rükətdə birincidə oxuduğu surədən əvvəlki surəni oxumaq.
34. İkinci rükətdə birinci rükətdə oxuduğu surədən 3 ayə çox surə oxumaq.
35. Üzrlü səbəb olmadan bir yerə söykənərək əyilmək və ya qalxmaq.
36. Milçək qovmaq.
37. Qolları çırmanmış, çiyinləri, ayaqları açıq vəziyyətdə namaz qılmaq.
38. Səhrada sütrəni (cisim) tərk etmək.
39. Keçid yerində namaza durmaq.
40. Rükuda və səcdədə təsbehləri barmaqla saymaq.
41. İmamın, mehrabda olarkən, bir pərdə çəkildiyi zaman tamamilə onun arxasında qalacaq şəkildə mehrabın içində durması.
42. İmamın yalnız olaraq camaatdan bir zradan artıq, yəni təqribən yarım metr yüksəkdə və ya aşağıda durması.
43. İmamın mehrabdan başqa yerdə durması.
44. Namaz arasında “Amin”i yüksək səslə söyləmək.
45. Qiyamda oxuduğunu rükuda tamamlamaq.
46. Rükuda oxuduğunu qiyamda tamamlamaq.
47. Üzrsüz olaraq bir ayaq üstə durmaq.
48. Namazda yellənmək.
49. Dişləməyən bit və bənzərini öldürmək.
50. Namazda olarkən bir şeyi iyləmək.
51. Başı açıq namaz qılmaq. Hacılar ehramda olarkən başı açıq qılırlar.
52. Qolları açıq şəkildə namaza durmaq.
53. Ayaqları çılpaq olaraq namaza durmaq. (Qadınların ayağı açıq namaz qılması bir qavlə görə məkruhdur. İkinci qavlə görə namazı pozur.) Məsciddə ayaqqabı və bənzərlərini arxada qoymağın məkruh olduğu İbn Abidində 439-cu səhifədə yazılmışdır. Önə və sağa deyil, sol tərəfə qoymağın sünnət olduğu “Bəriqa” kitabında yazılmışdır.
Fərzlə son sünnət arasında dua və zikr etmənin məkruh olduğu “Tərqib-üs-salat” kitabında yazılmışdır.
Kim tapar zor ilə məqsuduna həmişə zəfər?
Gələr əlbət zühura nə isə hökmü qədər.