Hakikat Books
Türkçe

Bölüm 39 / 73

Səfərdə namaz

Bu bölümde cevaplanan sorular (4)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Səfərdə (minik üzərində) nafilə və fərz namazlar necə qılınır? taslak Hata bildir
  2. Gəmidə namaz necə qılınır? taslak Hata bildir
  3. Lövbər salmış gəmidə namaz yellənməsinə görə necə qılınır? taslak Hata bildir
  4. Heyvana bağlı olmayan iki təkərli araba (və ya qatar, təyyarə) üzərində namaz qılınarmı? taslak Hata bildir

“Neməti islam” da deyilir ki, nafilə namazları ayaq üstə qılmağa gücü çatdığı halda, oturaraq qılmaq hər zaman və hər yerdə caizdir. Oturaraq qılarkən, rüku üçün bədən ilə əyilmək, səcdədə başı yerə qoymaq lazımdır. Lakin üzrü olmadan nafilə namazlarını oturaraq qılana, ayaq üstə qılanın yarısı qədər savab verilir. Beş vaxt namazın sünnətləri və təravih namazı da nafilə namazdır. Yolda, yəni şəhər, kənd xaricində nafilə namazları heyvan üzərində qılmaq caizdir. Qibləyə dönmək, rüku və səcdə etmək lazım deyil. İşarə ilə qılınır. Yəni rüku üçün bədəni bir az əymək, səcdə üçün bundan daha çox əymək lazımdır. Heyvan üzərində nəcasətin çox olması namaza mane olmur. Yerdə nafilə qılarkən yorulanın əsaya, insana, divara söykənib qılması caizdir. Özü gəzərək namaz qılmaq səhih deyildir. Fərz və vacib namazları, şəhərdən kənarda, ancaq üzrlü səbəb olduqda heyvan üstündə qılmaq olar. Üzrlü səbəblərə, heyvandan endiyi halda yoldaşları gedib, tək qalmaq; canı, malı və heyvanı üçün oğru qorxusu olarsa; yerin palçıq olması; heyvana minməkdə aciz olmaq kimi şeylər aiddir. Mümkündürsə, heyvanı qibləyə qarşı döndərib qılmaq lazımdır. Mümkün deyilsə, hərəkət cəhətlərində qılınmalıdır. Heyvan üzərindəki sandıq kimi şeylərin içində qılmaq da belədir. Heyvan durdurulub sandığın altına dirək qoyulsa, “Sərir”, yəni masa, divan kimi olub, yerdə qılmaq deməkdir. Bu zaman namaz üzü qibləyə, ayaq üstə qılınmalıdır.

Gəmidə namaz qılmaq: Cəfər Tayyar həzrətləri Həbəşistana gedərkən, Rəsulullahın ona öyrətdiyi kimi belədir: Hərəkət edən gəmidə üzrlü səbəb olmadan, fərz və vacib də qılınır. Gəmidə camaatla qılmaq olar. Hərəkət edən gəmidə də işarə ilə qılmaq caiz olmayıb, rüku və səcdə edilir. Qibləyə dönmək də lazımdır. Namaza başladıqda üzü qibləyə durulur, gəmi döndükcə namaz qılan da qibləyə dönər. Gəmidə nəcasətdən təmizlənmək də lazımdır. Hənəfi məzhəbində, gedən gəmidə fərzləri də üzrsüz olduğu halda yerdə oturaraq qılmaq caizdir.

Dənizin ortasında lövbər salmış gəmi çox yellənirsə, gedən gəmi kimidir. Az yellənirsə, sahildə duran gəmi kimidir. Sahildə duran gəmidə fərzlər oturaraq qılına bilməz. Sahilə çıxmaq mümkündürsə, ayaq üstə də qılmaq səhih olmayıb, sahilə çıxıb qılmaq lazımdır. Malı, canı və ya gəminin hərəkət etmək təhlükəsi varsa, gəmidə ayaq üstə qılmaq caizdir. “Neməti islam”ın yazısı tamamlandı.

“İbn Abidin” deyir: “İki təkərli olub, heyvana bağlanmadan yerdə düz dura bilməyən arabada dayanarkən də, gedərkən də namaz qılmaq heyvan üstündə qılmaq kimidir. Dörd təkərli araba durduqda masa kimidir. Hərəkət etdikdə isə yuxarıda heyvan üçün yazılmış üzrlərlə içində fərz qılına bilər və araba durdurulub üzü qibləyə qılınmalıdır. Durdurmaq mümkün deyilsə, gedən gəmidəki kimi qılınır.” Səfəri olub, nəqliyyat vasitəsində yerdə otura bilməyən və ya qibləyə dönə bilməyən, nəqliyyatdan endikdə, şafii və ya maliki məzhəbini təqlid edərək iki namazı birləşdirməlidir. Yerdə otura bilən xəstənin stulda, kresloda oturaraq işarə ilə namaz qılması caiz deyil. Avtobusda, təyyarədə namaz qılmaq, maşında qılmaq kimidir. Səfərə çıxan zaman şəhərin və ya kəndin kənarından etibarən üç günlük, yəni on səkkiz fərsah1 = əlli dörd mil [(54 x 0,48 x 4 = 104 km)] uzağa getməyə niyyət edən şəxs, şəhərin kənarından ayrıldığı andan səfəri olur. İbn Abidin, bir mil 4000 zra və bir zra 24 barmaqdır, demişdir. [Bir barmaq, iki santimetrdir. Şafidə və malikidə 16 fərsah = 48 mil = 48 x 0,42 x 4000 =80 km.dir.]

İFTİTAH TƏKBİRİNİN FƏZİLƏTLƏRİ

Bir şəxs iftitah təkbirini imam ilə bərabər alsa, payız günlərində ağacların yarpaqları külək əsdikcə necə tökülürsə, o insanın günahları da elə tökülər.

Dipnotlar

  1. fərsah – üç millik məsafə ölçüsü ↑

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta