Hakikat Books
Türkçe

Bölüm 42 / 73

Qəza namazları

Bu bölümde cevaplanan sorular (27)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Namazı vaxtında qılmağın fəzilətləri hansılardır? taslak Hata bildir
  2. Vaxtında namaz qılmağın sayılan fəzilətləri hansılardır? taslak Hata bildir
  3. Namazı tərk etməyin dünyadakı zərərləri hansılardır? taslak Hata bildir
  4. Namazı tərk edənin ölüm anındakı (səkəratı-mövt) zərərləri hansılardır? taslak Hata bildir
  5. Namazı tərk edənin qəbirdəki zərərləri hansılardır? taslak Hata bildir
  6. Namazı tərk edənin məhşərdəki (ərəsat) zərərləri hansılardır? taslak Hata bildir
  7. Namazı tərk edənin alnına yazılacaq üç sətirdən birincisi nədir? taslak Hata bildir
  8. İkinci sətir nədir? taslak Hata bildir
  9. Üçüncü sətir nədir? taslak Hata bildir
  10. “Namaz dinin dirəyidir” sözü nə deməkdir? taslak Hata bildir
  11. Bir vaxt namazı bilə-bilə tərk edib qəza etməyən şəxsin halı necədir? taslak Hata bildir
  12. Bir vaxt namazı bilə-bilə tərk edib sonra qəza edən şəxs nə qədər cəza görər? taslak Hata bildir
  13. Axirətdəki “Hukbə” və zaman hesabı necədir? taslak Hata bildir
  14. İbn Abidin fərz namazı üzrsüz vaxtından sonraya buraxmaq haqqında nə deyir? taslak Hata bildir
  15. Beş vaxt namazın vaxtı necə müəyyən edilir? taslak Hata bildir
  16. İşa vaxtının yaranmadığı (qütbə yaxın) yerlərdə namaz necə qılınır? taslak Hata bildir
  17. Öz məzhəbinə tabe olmaqda çətinlik (hərəc) olarsa, nə edilir? taslak Hata bildir
  18. Zərurət və hərəc halında başqa məzhəbi təqlid necə olur? taslak Hata bildir
  19. Diş koronkası və ya plombu olan şəxs qüsldə bu çətinlikdən necə qurtulur? taslak Hata bildir
  20. Sübh namazına gec gələn şəxs sünnəti nə edir? taslak Hata bildir
  21. Fəvait (qaçırılan namazlar) nə deməkdir? taslak Hata bildir
  22. Namazı vaxtından sonraya buraxmağı mubah edən üzrlər hansılardır? taslak Hata bildir
  23. Fərz, vacib və sünnət namazların qəzası hansı hökmdədir? taslak Hata bildir
  24. Qaçırılan (faitə) namazları nə vaxt qəza etmək lazımdır? taslak Hata bildir
  25. Darül-hərbdə müsəlman olan şəxs bilmədiyi üçün tərk etdiyi namazları qəza edərmi? taslak Hata bildir
  26. Tərk edilmiş namazları qəza edərkən niyə başqalarına bildirməməlidir? taslak Hata bildir
  27. Hənəfi və Şafii məzhəblərində faitə namazların qəzası necədir? taslak Hata bildir

Vaxtında əda edilən (qılınan) namazların fəziləti olduqca çoxdur. Bunlardan bir neçəsi bəyan edilmişdir:

1. İnsanın üzü nurlu olur.

2. Ömrünün bərəkəti olur.

3. Duası qəbul olur.

4. İnsanların xeyirlisi olur.

5. Bütün möminlər onu sevər.

Namazı tərk etməyin, yəni səbəbsiz olaraq, vaxtından sonra qılmağın on beş zərəri vardır. Bu zərərlərin beşi dünyada, üçü vəfat edərkən, üçü qəbirdə, dördü ərasat meydanında, yəni məhşər yerindədir.

Dünyadakı beş zərər:

1. O insanın üzündə nur olmaz.

2. Ömründə bərəkət olmaz.

3. Duası qəbul olmaz.

4. Bir mömin qardaşına edəcəyi duası qəbul olmaz.

5. Etdiyi digər ibadətlərin savabı ona çatmaz.

Səkərati-məvtdə, yəni ölüm anında olan üç zərər:

1. Ac olaraq ölər.

2. Susuz olaraq ölər.

3. Rəzil olaraq ölər. Nə qədər təam yesə doymaz, nə qədər su içsə, bəs etməz.

Qəbirdə olan üç zərər:

1. Qəbiri onu sıxar və sümükləri bir-birinə keçər.

2. Qəbiri atəşlə dolar.

3. Onun üzərinə bir əjdaha müsəllət olar. O əjdahanın adına Akra deyilir. Onun əlində bir qamçı olar. O qamçıyla bir dəfə vurduqda yerin dibinə keçirər, yenə çıxar, bir daha vurar. Bu hal, qiyamətə qədər belə davam edər. O şəxs bu əzabı qiyamətə kimi çəkər.

Ərasat meydanındakı dörd zərər:

1. Hesabı şiddətli olar.

2. Allahu əzimüşşanın qəzəbini qazanar.

3. Cəhənnəmə daxil olar.

4. Onun alnına üç sətir yazı yazılar:

Birincisi, bu şəxs, Allahın qəzəbinə layiqdir.

İkincisi, bu şəxs, Allahın haqqını itirəndir.

Üçüncüsü, sən, Allahu əzimüşşanın haqqını itirdinsə, bugünkü gündə Allahın rəhmətindən uzaqsan.

Namaz dinin dirəyidir. Bir şəxs namaz qılsa, dinin dirəyini qoymuş olar. Bu yolla, üzərinə kölgəlik qurar. Onun altında salamat olar.

Bir şəxs bir vaxt namazı bilə-bilə tərk etsə və sonra qəza etməsə, üç məzhəbə görə onun öldürülməsinə fitva verilir. Hənəfi məzhəbinə görə öldürülməsi lazım gəlməz. Lakin əkbəri-kəbairdən olaraq böyük bir günah işləmiş olur. Namaza başlayana qədər həbs edilməsi lazım gəlir. Namaza əhəmiyyət vermədiyi üçün, birinci vəzifə olduğuna inanmadığı üçün qılmayan kafir olur. Bir şəxs, bir vaxt namazı bilə-bilə tərk etsə və sonra qəza etsə, Cəhənnəmdə bir Hükbə miqdarı, yəni səksən il yanacaq. Bu əzabdan qurtulmaq üçün eyni zamanda tövbə edib yalvarmaq, əfv diləmək də lazımdır.

(Axirətin bir günü bu dünyanın min ili qədərdir. Axirətin illəri buna uyğun hesablanır.)

[Muhamməd Əmin ibn Abidin (rahmətullahi əleyh) “Rədd-ül-muxtar” kitabında buyurur ki, səmavi dinlərin hamısında namaz qılmaq əmr edilmişdir. Adəm əleyhissəlam əsr, Yaqub əleyhissəlam məşrib, Yunus əleyhissəlam İşa namazlarını qılardı. Bütün fərzlərə və haramlara inanmaq imanın şərti olduğu kimi, namaz qılmağın da vəzifə, borc olduğuna inanmaq imanın şərtidir. Lakin namaz qılmaq imanın şərti deyil.

Ağıllı və buluğ yaşına çatmış hər bir müsəlman kişi və qadının, üzrlü səbəbi yoxdursa, hər gün beş dəfə namaz qılması fərzdir. Beş vaxt namaz mirac gecəsi fərz oldu. “Müqaddimət-üs-salət”, “Təfsiri Məzhəri”, “Haləbi-yi kəbir”dəki Hədisi-şərifdə buyruldu ki: “Cəbrayıl əleyhissəlam Kəbə qapısı yanında iki gün mənə imam oldu. İkimiz, fəcr doğarkən (dan yeri ağararkən) sübh namazını, günəş təpədən ayrılarkən zöhr namazını, hər şeyin kölgəsi öz boyu qədər uzandıqda əsr namazını, günəş batarkən (üst kənarı yox olunca) məğrib və şəfəq qaraldıqda İşanı qıldıq. İkinci gün də, sübh namazını hava aydınlandıqda, zöhrü, hər şeyin kölgəsi öz boyunun iki qatı qədər uzandıqda, əsri bundan dərhal sonra, məğribi oruc pozulduğu zaman, İşanı gecənin üçdə biri olduqda qıldıq. Sonra, ya Muhamməd, sənin və keçmiş Peyğəmbərlərin namaz vaxtları budur. Ümmətin, beş vaxt namazın hər birini, bu qıldığımız iki vaxtın arasında qılsınlar, dedi”. Hər gün beş dəfə namaz qılınması əmr olundu. Yeddi yaşındakı uşağına namaz qılmağı əmr etmək, on yaşında qılmazsa əli ilə döymək anaya, ataya lazımdır. Tələbəyə üç dəfədən çox vurmaq və çubuqla vurmaq caiz deyildir. Oruc tutması və içki içməməsi üçün də uşaq belə döyülür. Namazın fərz olduğuna, yəni birinci vəzifə olduğuna inanmayan kafir olur. Fərz olduğuna inansa da, tənbəlliklə qılmayan kafir olmaz, fasiq, yəni günahkar olar. Namaz qılmağa başlayana qədər həbs olunar. Ona heç bir güzəşt, mərhəmət edilməz. Namaza başlamazsa, ölənə qədər həbsdə saxlanılır. Qanı axana qədər döyülür deyənlər də vardır. Şafii və Maliki məzhəblərində də bir namazı tənbəllikdən qılmayan kafir olmasa da, cəza olaraq öldürülür. Hənbəli məzhəbində kafir olur və öldürülür, deyilmişdir. Şafii məzhəbində də belə ictihad edən alimlər vardır. Bir namazı vaxtında camaat ilə qılanın, müsəlman olduğu aydın olur. Çünki başqa dinlərdə namaz yalnız qılınır, camaatla qılınmazdı. Həcc də edərdilər. Namaz yalnız bədən ilə edilən ibadət olduğu üçün başqasının yerinə namaz qılınmaz. Zəkat, yalnız mal ilə edilən ibadət olduğu üçün üzrlü səbəbi olmayan şəxs üçün başqası, onun malı ilə və əmri ilə zəkat verə bilər. Həcc həm bədən ilə, həm də mal ilə edildiyinə görə, üzrlü səbəbi olanın yerinə, onun pulu və əmri ilə başqası həccə gedə bilər. Ölənə qədər heç vaxt oruc tuta bilməyən çox yaşlı bir şəxs, oruc yerinə hər günün orucu üçün kasıba fidyə deyilən malı verə bilər. Fidyə, pul verib qurtarmaq mənasını verir. Namaz üçün fidyə vermək də caiz deyildir. Namaz qıla bilməyən şəxs vəsiyyət edərsə, öldükdən sonra, onun namaz borclarının ödənilməsi üçün qoyduğu maldan fidyə vermək yaxşı olar. Qoyub getdiyi mal ödəmə üçün kifayət etməzsə, “Dövr” etmək, (yəni ötürmək, təhvil vermək) caizdir. Dövr-vəfat edən bir müsəlmanın sağlığında qıla bilmədiyi namaz, tuta bilmədiyi oruc və verə bilmədiyi zəkat kimi borclardan qurtulması üçün bir neçə kasıbın ölünün vəlisi tərəfindən verilən fidyəni alıb könüllü olaraq yenidən geri vermək yolu ilə edilən hərəkətdir. Oruc üçün iskat etmək isə vacibdir.

Yay mövsümündə, şimal ölkələrində, şəfəq yeri qaralmadan dan yeri ağardığı yerlərdə İşa və sübh namazlarının vaxtları başlamadığı üçün, hənəfidə bu iki namazı qılmaq lazım deyil. Böyük müctəhid imam Şafii (rahiməhullahu təala) lazım olduğuna ictihad buyurmuşdur. Lakin alimlərin çoxuna görə, sübh və İşa namazlarını qılmaq fərz olmaz. Qəza etmək də lazım gəlməz. Çünki hər iki namazın da vaxtı başlamamışdır. Vaxtı gəlmədən öncə qılmaq fərz deyildir. Lakin oruc belə deyil. Bir ölkədə ay göründükdə, hər ölkədə Ramazan başlayar.

Öz məzhəbinə görə bir fərzi icra edərkən və ya bir haramdan qorunarkən “Harac”, yəni çətinlik hasil olarsa, harac olmayan başqa bir məzhəb təqlid edilərək, bu maneədən qurtulmaq lazımdır. Harac, bir işi zəhmətlə icra etmək və ya heç icra edə bilməmək deməkdir. Harac olmayan başqa məzhəb yoxdursa, haraca səbəb olan şey, zərurətlə mövcuddursa, bu fərzi yerinə yetirmək və ya haramdan qorunmaq əfv olunur. Zərurət ilə mövcud deyilsə, yəni bu şeyin mövcud olması vacib deyilsə, bu şey tərk edilərək, haracdan qurtulmaq lazımdır. Növbəti paragrafa baxın!

İnsanı bir iş görməyə məcbur edən səmavi səbəbə, yəni insanın əlində olmayan səbəbə “Zərurət” deyilir. İslamiyyətin əmr və qadağan etməsi, şiddətli ağrı, bir üzvün və ya həyatın tələf olması təhlükəsi və başqa bir şey edə bilməmək məcburiyyəti, hamısı zərurətdir. Bir fərzi yerinə yetirməyin və ya bir haramdan qorunmağın mümkün olmamasına və ya məşəqqətli, çətin olmasına “Harac” deyilir. Allahu təalanın əmrlərinə və qadağalarına “Əhkami-islamiyyə” deyilir. Əhkami-islamiyyədən bir hökm yerinə yetiriləcəyi zaman, yəni bir əmri yerinə yetirərkən və ya qadağan olunmuş bir işi etməkdən qorunarkən, öz məzhəbinin alimlərinin məşhur olan, seçilmiş sözlərinə tabe olunur. Bu sözlərə tabe olmaqda harac olarsa, seçilməmiş, zəif sözlərinə tabe olunur. Buna tabe olmaqda da harac olarsa, bu hökm harac olmayan başqa məzhəbi təqlid edərək yerinə yetirilir. Başqa məzhəbi təqlid etməkdə də harac olarsa, haraca səbəb olan şeyin meydana gəlməsində zərurət olub-olmadığına baxılır. Zərurət də olarsa, o fərzi tərk etməsi və ya haramı zərurət miqdarınca işləməsi caiz olur. Zərurət yoxdursa və ya zərurətlə bir neçə şey edilə bilirsə və bunlardan birini seçmək mümkündürsə və harac olanı seçərsə, fərzi tərk etməsi və ya haramı işləməsi caiz olmaz. Haraca səbəb olan şeyi etməməsi lazım olur.

Qapaq, plomb olan dişin altını islatmaqda harac olduğu açıqdır. Bu haracdan qurtulmaq üçün Hənəfi məzhəbində ikinci bir yol da yoxdur. Buna görə Maliki və ya Şafii məzhəbini təqlid etmək lazım gəlir. Çünki qüsl alarkən bu iki məzhəbdə ağızın içini yumaq fərz deyil, sünnətdir. Təqlid etmək mümkün olduğu üçün zərurətin olub-olmadığını araşdırmağa ehtiyac yoxdur. Maliki və ya Şafii məzhəbini təqlid etmək mümkün olmasaydı, zərurətin olub-olmadığı o zaman araşdırılardı. Buna görə plomb və ya qapaq qoydurmaq istəyənin, “Məzhəblər Allahu təalanın rəhmətidir” hədisi-şərifinə əsaslanaraq, Maliki və ya Şafii məzhəbini təqlid etməsi lazım olur. Başqa məzhəbi təqlid etməyə səbəb olacaq üzrü olmayan bütün hənəfilərin başqa məzhəblərdə fərz olanları etmələrinin və müfsid olanlardan qorunmalarının da müstəhəb olduğu İbn Abidində və İmam Rabbaninin iki yüz səksən altıncı məktubunda yazılmışdır. Üzrü olmayanların başqa məzhəbləri təqlid etmələri də müstəhəb olduğuna görə, üzrü olanın təqlid etməsinə qarşı çıxmaq doğru olmaz. Maliki və ya Şafii məzhəbini təqlid etmək üçün qüsl alarkən, dəstəmaz alarkən və namaza durarkən, yaxud unudularsa namazdan sonra, niyyətin fərz olduğunu bilərək, “Maliki və ya Şafii məzhəbini təqlid edirəm” deyə qəlbdən niyyət edilir. Bu məzhəbləri təqlid edən şəxsin qüslü, dəstəmazı və namazı bu məzhəblərə görə səhih olmalıdır. Şafiidə dərisi məhrəm olan on səkkiz qadından başqa bir qadının dərisinə dəydikdə və əlinin içi özünün ön və ya arxa övrət yerinə dəydikdə yenidən namaz dəstəmazı almalıdır. İmam arxasında Fatihə oxuması, Fatihədən və zammi-surədən əvvəl bəsmələ oxuması lazımdır. Üstündə, bədənində, ayaqlarını və başını qoyduğu yerdə çox az nəcasət olmaması da lazımdır.

Sübh namazına gec gələn, camaatla qılmağı qaçırmamaq üçün sünnəti tərk etməlidir. Vaxtı qaçırmamaq üçün sünnəti tərk etməsi daha lazımdır. Camaata çata biləcəksə, sünnəti məsciddən kənarda və ya dirək arxasında qılmalıdır. Belə yer yoxdursa, camaatın yanında qıla bilməz, sünnəti tərk edər. Çünki məkruh işləməmək üçün sünnəti tərk etmək lazımdır.

Üzrlü səbəbdən qılınmayan fərzlərə “Fəvait” (Faitə) deyilir ki, mənası qaçırılan namazlar deməkdir. Üzrsüz, tənbəlliklə qılınmayan namazlara “Mətrukat”, yəni üzrsüz tərk edilən deyilir. Fiqh alimləri qəzaya qalan namazlara faitələr, yəni üzrlü səbəblə qaçırılan namazlar demişdirlər, səbəbsiz tərk edilən namazlar deməmişdirlər. Çünki namazı üzrsüz vaxtında qılmamaq böyük günahdır. Qəza etməklə bu günah əfv olunmaz. Ayrıca tövbə etmək və ya həcci-məbrur etmək lazımdır. Həcci-məbrur, şərtlərinə diqqət edilərək, heç günah işləmədən edilən və qəbul olan həccdir. Qəza etdikdə, yalnız tərk etmək, qılmamaq günahı bağışlanılır. Qəza etmədən edilən tövbə düzgün olmaz. Çünki günahı tərk etmək tövbənin şərtidir.

Namazı vaxtından sonraya saxlamaq üçün beş üzrlü səbəb var:

Birincisi, düşmən qarşısında oturaraq, qiblədən başqa tərəfə dönərək və heyvan üstündə gedərək də qılmağa imkan olmazsa; ikincisi, müsafir yolda oğru, quldur, yırtıcı heyvana yaxalanacaqsa; üçüncüsü, ananın və ya uşağın tələf ola biləcəyi təhlükəsi varsa, mamaçanın namazı gecikdirməsi; dördüncüsü, namaz qılmağı unutmaq; beşincisi yuxuya qalmaq. Vaxt çıxmadan iftitah təkbiri ala bilmək Hənəfidə, bir rükət qıla bilmək isə Şafidə “Əda”, yəni namazı vaxtında qılmaq sayılır.

Fərzləri qəza etmək fərz, vacibləri qəza etmək vacibdir. Sünnətləri qəza edən, sünnət savabı qazanır. Beş vaxt namazın fərzi ilə vitri qılarkən və qəza edərkən, tərtibə riayət etmək, yəni ardıcıllığı gözləmək lazımdır. Lakin vaxtın sonunda lazım olmaz. Yəni qəza qıla bilmək üçün, vaxtın fərzini qəzaya saxlamaq olmaz. Faitə qəza namazı olduğu unudularsa və ya faitə qəzasının sayı altı olarsa, tərtib, yəni ardıcıllıq qüvvəsini itirir. Faitə qəzalarının sayı altıdan aşağı düşərsə, tərtib geri gəlməz. Bunlar da sırasız qılına bilər. Tərtibsiz qılınan fərzlər pozulsalar da, sayı altı olarsa, beşinci vaxt çıxdıqda, hamısı səhih olur. Məsələn, sübh namazını qılmayan şəxs, bunu xatırladığı halda, zöhr, əsr, məğrib, İşa və vitri qılsa, heç biri düzgün olmasa da, ertəsi gün günəş doğduqda, qılmış olduğu beş namazın hamısı səhih olar.

Faitə qəzasına qalmış namazları təcili qəza etmək lazımdır. Yalnız, ailənin yaşayış vəsaitini qazanacaq qədər, eləcə də beş vaxt namazın sünnətlərini, duha, təsbih və təhiyyət-ül-məscid namazlarını qılacaq qədər gecikdirmək caizdir. İbn Abidin, dəstəmazın sünnətlərində deyir ki: “Caiz, qadağan deyil deməkdir. Tənzihən məkruh olan şeyə də caiz deyilir”. Bu halda, caiz deyilən şeyi etməmək, adı çəkilən bu sünnət namazlar üçün qəzaları gecikdirməmək lazımdır. Ramazan orucunun qəzası təcili deyil.

Qeyri-müsəlman ölkələrində müsəlman olan, fərz olduğunu bilmədiyi üçün tərk etdiyi namazları, orucları və zəkatları qəza etməz. Lakin İslam ölkəsində olanların fərzləri, haramları bilməməsi üzrlü hal deyil. Mürtəd, imana gələrsə, dinsiz olduğu vaxtlarda qılmadığı namazlarını qəza etməz. Çünki kafirlər ibadətlərdən məsul deyildirlər. Buluğ yaşına çatmamış bir uşaq, İşanı qıldıqdan sonra cünub olsa və dan yeri ağardıqdan sonra oyansa, İşanı qəza etməsi lazımdır. Çünki qılmış olduğu namaz nafilə idi. Yuxuda ikən fərz oldu. Sağlam olarkən qılınmamış namazları, xəstə olduqda təyəmmüm ilə, işarə ilə qəza etmək olar. Qəzaya qalmış dörd rükət fərz, səfəri olduqda da dörd rükət qəza olunur. Səfərdə qəzaya qalmış iki rükət zöhrün fərzi, muqim də iki rükət qəza olunur. Zöhrün fərzi qılındıqda, bugünkü zöhr namazının fərzinə və ya zöhrün fərzinə niyyət edilir. Faitə namazı birdən çox olan, “İlk qəzaya qalmış olan” və ya “Son qəzaya qalmış olan” zöhrün fərzinə niyyət edir. Bir Ramazan ayının bir neçə gününü qəza edərkən, günlərin sırasını təyin etmək lazım deyildir.

Üzrsüz tərk edilmiş namazları qəza edərkən, başqalarına bəlli etməmək lazımdır. Çünki namazı vaxtında qılmamaq günahdır. Günahını göstərmək də başqa günah olar. Gecə gizli edilən günahı, gündüz başqalarına danışmaq da günahdır. İbn Abidindən tərcümə tamamlandı.

Göründüyü kimi, Hənəfi məzhəbində faitə olaraq qəzaya qalmış namazları təcili qəza etmək lazımdır. Şafii məzhəbində də belədir. Şafi alimlərindən Şəmsüddin Muhamməd Rəmli (rahmətullahi əleyh), fitvasında buyurur: “Üzrlü səbəbdən qaçırılmış namazları olanın, Ramazanda təravih qılıb, qəzalarını Ramazandan sonra qılması günah olmaz. Lakin üzrsüz tərk edilmiş namazları olanın belə etməsi günahdır. Çünki tərk edilmiş namazlar dərhal qəza edilməlidir.” Üzrsüz tərk edilmiş namazları ilk öncə qılmayıb, sünnətləri, məsələn təravihi əvvəlcə qılmağın günah olduğunu, sünnətlərin yerinə bu namazları qəza etməyin lazım olduğunu, Şafi məzhəbinin alimləri açıq şəkildə bildirir. Hənəfi məzhəbində də belədir. Hənəfidə, üzrlü səbəbdən qılınmamış namazların qəzalarını sünnət qılacaq qədər gecikdirmək caizdir, deyilməsi, onların qəzalarını gecikdirməməyin daha yaxşı olduğunu göstərir. Çünki caiz, islamiyyətdə qadağan edilməmişdir, deməkdir. İbn Abidin (rahiməhullahu təala) “axar suyu israf etmək caizdir”, sözünü, “yəni tənzihən məkruhdur”, deyə açıqlayır. Üzrlü səbəbdən qılınmayan namazların qəza edilməsi təcili olduğu üçün, üzrsüz tərk edilmiş namazları da sünnətlərin yerinə qılmaq lazımdır. İbn Abidin (rahiməhullahu təala) buyurur: “Dəstəmazda əzaları üç dəfə yumaq müəkkəd (qüvvətli) sünnətdir. Suyun qiymətinin yüksək olması, soyuq olması, suya möhtac olmaq kimi üzrlü səbəblərlə bu sünnəti tərk etmək məkruh deyil”. Tərk edilmiş namazı bir an əvvəl qəza edib, böyük günahdan qurtulmaq üçün, sübh namazından başqa, digər sünnətlərin yerinə onların qəzasını qılmaq lazım olduğu buradan aydın görünür. Sünnətlərin yerinə qəza qılmaq kitabımızın “Qəza namazları” bəhsində yazılmışdır.]

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta