Hakikat Books
Türkçe

Bölüm 46 / 73

Üzrlü olmaq

Bu bölümde cevaplanan sorular (4)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Üzr sahibi kimə deyilir və üzrlü şəxs dəstəmazını necə alır? taslak Hata bildir
  2. Qüsldən xəstələnməkdən qorxan şəxs nə edər? taslak Hata bildir
  3. Dəstəmaz üzvündə yara olan şəxs necə dəstəmaz və ya təyəmmüm alır? taslak Hata bildir
  4. Sarğı (cəbirə) üzərinə məsh necə edilir? taslak Hata bildir

Dəstəmazı pozan şeyin bədəndən çıxması davamlı olarsa, “Üzr” sayılır. Sidik, ishal, yel qaçırmaq, burun qanaması və yaradan qan, sarı su axması, ağrıdan, şişdən göz yaşı axması davamlı olduqda, bu şəxs və istihazə qanı axan qadın “Üzr sahibi” olur. Pambıq tıxamaqla, dərman ilə və ya namazı oturaraq yaxud işarə ilə qılaraq bunların qarşısını almaq lazımdır. [Sidiyini saxlaya bilməyən kişi sidik yoluna arpa boyda bitki mənşəli pambıq qoymalıdır. Süni pambıq qoyarsa, lifləri böyrəklərə gedib iltihab törədə bilər. Sidiyə getdikdə pambıq öz-özünə xaric olar. Sidik çox gələrsə, pambıqdan xaricə sızar və dəstəmaz pozular. Sızan sidik paltarı kirlətməməlidir. Buna görə də sidik çıxan yerə parça sarıyıb, iplə bağlamaq lazımdır. İpin sərbəst ucundakı halqa sancaqla alt paltarına bərkidilir. Sidik çox gələrsə, parçanın içinə pambıq da qoyula bilər. İpin ucundakı halqa sancaqdan çətin çıxarsa, sancağa nazik məftil taxılıb halqa ona keçirilir. Halqa buradan asanlıqla çıxarılaraq parça kranda üç dəfə yuyulur. Sidiyini saxlaya bilməyən şəxs cibində üç-beş parça saxlamalıdır. İpli parça hazırlamaq üçün 12x15 sm ölçüsündə bir parçanın bir küncü bükülür və buraya 50 sm qədər ip bağlanır. Yaşlılarda və bəzi xəstələrdə zəkər kiçilir və üzərinə sarılan parça çıxır. Belə kimsələr kiçik neylon torbaya dəsmal boyda parça yerləşdirib zəkəri və xayaları torbaya qoyur, torbanın ağzını bağlayır. Parçada dirhəmdən çox sidik toplanarsa, dəstəmaz alarkən parça dəyişdirilir. Namaz vaxtı çıxdıqda üzr sahibinin dəstəmazı pozulur. Vaxt çıxmadan əvvəl də üzrə səbəb olan şeydən başqa digər səbəblə də dəstəmaz pozula bilər. Məsələn, burun deşiklərinin birindən qan gələrkən dəstəmaz alıb, sonra digər deşikdən də axmağa başlasa dəstəmaz pozulur. Hənəfidə və Şafidə üzrlü olmaq üçün dəstəmazı pozan şeyin bir namaz vaxtında durmadan axması lazımdır. Dəstəmaz alıb, o vaxtın fərzini qılacaq qədər bir zamanda axmazsa, üzr sahibi olmaz. Bir şəxs üzr sahibi olduqda sonrakı namaz vaxtlarında bir dəfə bir damla belə gəlsə, üzr sahibi olması o vaxtlarda da davam edir. Bir namaz vaxtında heç gəlməzsə, üzr sahibi olmaq bitər. Üzrə səbəb olan nəcasət paltara dirhəm miqdarından çox batarsa, yenidən batmamasına mane olmaq mümkündürsə, batmış yeri yumaq lazımdır. “Əl-fiqhu aləl-məzahib-il-ərbəa”da deyilir: “Bir xəstənin Maliki məzhəbinə görə üzr sahibi olması üçün iki qavl vardır: birinci qavlə görə dəstəmazı pozan şeyin bir namaz vaxtının yarısından çox davam etməsi, başladığı və dayandığı vaxtların bəlli olmaması lazımdır. İkinci qavlə görə birinci haldakı iki şərt olmasa da, bu axıntılar başladıqda, xəstə üzr sahibi olur, dəstəmazı pozulmaz. Kəsildiyi vaxt məlum olarsa, namaza durarkən dəstəmaz alması müstəhəb olar. Hənəfidə və Şafidə üzr sahibi ola bilməyən xəstə və yaşlı insan Maliki məzhəbinin ikinci qavlini təqlid edər.”]

Qüsl aldıqda xəstə olmaqdan və ya xəstəliyin şiddətlənməsindən yaxud uzanmasından qorxan təyəmmüm edər. Bu qorxu öz təcrübəsi ilə yaxud müsəlman, adil təbibin söyləməsi ilə məlum olur. Günah işləməsi dillərə düşmüş olmayan təbibin sözü də qəbul edilir. Soyuq vaxtlarda sığınacaq yer, suyu isidəcək şey, şəhərdə hamam pulu tapmamaq xəstəliyə səbəb ola bilər. Hənəfidə bir təyəmmüm ilə istənilən qədər fərz qılına bilər. Şafidə və Malikidə hər fərz üçün yenidən təyəmmüm edilməlidir.

Dəstəmaz üzvünün yarısında yara olan təyəmmüm edər. Yara yarıdan azdırsa, sağlam yeri yuyub, yaranı məsh etmək lazımdır. Qüsldə bütün bədən bir üzv sayıldığı üçün bütün bədənin yarısı yaradırsa, təyəmmüm edilir. Yaralı yer yarıdan azdırsa, sağlam yer yuyulub, yaralar məsh edilir. Yaraya məsh zərər verərsə, sarğıya məsh edilir. Buna da zərər verərsə, məsh tərk edilir. Dəstəmazda və qüsldə başa məsh zərər verərsə, baş məsh edilmir. Əli çolaq [ekzema, yara] olub, su işlədə bilməyən təyəmmüm edər. Üzünü, qollarını yerə, [əhəngli, torpaqlı, daşlı divara] sürtər. Əlləri və ayaqları kəsik olanın üzü də yaradırsa, namazı dəstəmazsız qılar. Dəstəmaz aldıracaq birini tapa bilməyən təyəmmüm edər. Övladı, köləsi, pulla tutduğu şəxs yardım etməyə məcburdurlar. Başqasından da yardım istəmək olar. Lakin onlar yardıma məcbur deyillər. Ər və arvad da bir-birilərinə dəstəmaz aldırmağa məcbur deyillər.

Qan aldırdıqda, zəli qoyduqda, yara, çiban olduqda, sümük qırıldıqda və ya zədələndikdə sarğı (pambıq, cuna üzərinə plastr, məlhəm) qoyan o yeri soyuq, isti su ilə yumağa və ya məsh etməyə qadir deyilsə, dəstəmazda və qüsldə onların yarıdan çoxunun üstünə bir dəfə məsh edər. Sarğını açmaq zərər verərsə, altındakı sağlam yerlər yuyulmaz. Sarğı aralarında görünən sağlam dəri yerlər məsh edilir. Sarğını dəstəmazlı olaraq sarımaq lazım deyildir. Məshdən sonra sarğı dəyişdirilərsə, üstünə başqası da sarılarsa, yenisinə məsh lazım olmaz.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta