Hakikat Books
Türkçe

Bölüm 45 / 73

Namaz qılmaq

“Neməti islam”da deyilir ki, ağıllı və həddi-buluğa çatmış hər müsəlmanın hər gün beş vaxt namaz qılması fərzdir. Heç kim başqasının yerinə namaz qıla bilməz. Bir şəxs qıldığı namazın və başqa ibadətlərinin savabını [diri və ya ölü] başqalarına hədiyyə edə bilər. [Özünə verilən savab qədər onların hər birinə də savab verilir. Öz savabı azalmır.] Borclu olduğu adamın haqqını bağışlaması üçün namaz qılıb savabını ona göndərmək caiz deyildir. Namazın fərz olduğuna inanıb, üzrlü səbəb olmadığı halda tənbəllik edərək namaz qılmayan kafir olmaz, fasiq olar. [Bunların bir namaz üçün Cəhənnəmdə yetmiş min il yanacağı bildirildi.] Namaz qılmağa başlayana qədər həbs olunur. Uşaq yeddi yaşına gəldikdə namaz qılması əmr olunur. On yaşına çatdıqda namaz qılmazsa əl ilə döyülür. Üç dəfədən artıq vurmaq olmaz. Dəyənək ilə də döyülə bilməz. Dəyənəklə vurmaq ancaq cinayət işləyən böyük adama hakim qərarı ilə olur. Ər də arvadını çubuqla döyə bilməz. [Heç bir canlının başına, üzünə, sinəsinə, önünə, qarnına vurmaq caiz deyildir.] Xəstənin də gücü çatdığı qədər namaz qılması fərzdir.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta