Hakikat Books
Türkçe

Bölüm 56 / 73

Möminin xüsusiyyətləri

Bu bölümde cevaplanan sorular (6)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Möminin mömin üzərindəki yeddi haqqı hansılardır? taslak Hata bildir
  2. Möminin xeyirlisində olan altı xasiyyət hansılardır? taslak Hata bildir
  3. “Hər kəs özünə yaxşılıq edəni sevər” hədisi və Allah ilə Peyğəmbər sevgisi haqqında nə bildirilir? taslak Hata bildir
  4. Hansı dörd şeyi gizlədən şəxs insanların xeyirlisi olur? taslak Hata bildir
  5. Cənnət hansı dörd şəxsə müştaqdır (həsrətlə gözləyir)? taslak Hata bildir
  6. Hər işdə dildən düşməməli olan sözlər (Bəsmələ, Əlhəmdulillah və s.) hansılardır? taslak Hata bildir

Möminin mömində yeddi haqqı vardır:

1-Dəvətinə getmək.

2-Xəstə olduqda ziyarətinə getmək.

3-Cənazəsinə getmək.

4-Nəsihət etmək.

5-Salam vermək.

6-Bir zalımın əlindən qurtarmaq.

7-Asqırdığı zaman “Əlhamdülillah” dedikdə, “Yərhamükəllah” demək.

Möminin xeyirlisi, bu altı xüsusiyyətə malik olandır:

1-İbadət edər. 2-Elm öyrənər. 3-Pislik etməz. 4-Haramlardan çəkinər. 5-Heç kimin malına göz dikməz. 6-Ölümü heç unutmaz.

Tənbeh: Hədisi-şərifdə buyruldu ki, “Hər kəs, ona yaxşılıq edəni sevər. Bu sevgi, insanın yaradılışında mövcuddur.” Nəfsinə düşkün olan, nəfsinin arzularına qovuşmaq üçün yardım edənləri sevər. Ağıl və elm sahibi isə, mədəni insan olmasına yardım edənləri sevər. Qısası, yaxşılar yaxşıları, pislər pisləri sevər. Bir insanın sevdiklərinə, dostlarına baxaraq, onun necə insan olduğu aydın olur. Dosta, düşmənə, müsəlmana, kafirə, bidət sahiblərindən başqa hər kəsə şirin dil və gülər üz göstərmək lazımdır. İnsanlara ediləcək ən faydalı ehsan, ən qiymətli hədiyyə, şirin dil və gülər üzdür. İnəyə sitayiş edən kafirləri gördükdə, inəyin ağzına saman verərək, düşmən olmalarına mane olmaq lazımdır. Heç kimlə münaqişə etməyin. Münaqişə dostluğu azaldır, düşmənliyi artırır. Heç kimə hirslənməyin. Hirslənmək, sinir və ürək xəstəliyinə gətirib çıxarar. Hədisi-şərifdə, “Qəzəblənmə!”, hirslənmə, buyruldu.

Bir şəxs, dörd şeyi gizləsə, insanların xeyirlisi olar:

1-Kasıblığını.

2-Sədəqəsini.

3-Müsibətini.

4-Bəlasını.

Cənnət dörd insana müştaqdır:

1-Dili zikr edən.

2-Hafizi kəlamullah olan. (Allah kəlamını əzbər bilən)

3-Təam yedirən.

4-Ramazan ayında oruc tutan.

Hər bir insan, aşağıdakı yeddi şeyi dilindən əsirgəməməlidir:

Hər işdə “Bəsmələi şərifə” deməli;

Hər işi bitirdikdə “Əlhamdülillah”, deməli;

Filan yerə gedəcəyəm, dedikdə, “İnşaallah”, deməli;

Bir müsibət eşitdikdə, “İnnə lillah və innə ileyhi raciun”, deməli;

Bir xəta söylədikdə, tövbə və istiğfar etməli;

“La ilahə illallahü vahdəhu lə şərikə ləh, ləhül-mülkü və ləhülhamdü və hüvə alə külli şəyin qadir”, kəlimeyi tayyibəsini çox deməli;

“Əşhədü ən lə iləhə illallah və əşhədü ənnə Muhammədən abdühü və rasulüh”, kəlimeyi şərifəsini çox deməlidir.

Bu ikisini də gecə və gündüz çox oxumaq lazımdır:

1-“Əstəğfirullah”

2-“Sübhanəllahi vəl-hamdülillahi vələ iləhə illallahü vallahü əkbər vələ havlə vələ quvvətə illə billahil aliyyil azım”.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta