Hakikat Books
Türkçe

Bölüm 65 / 73

Məzlum, səbrli və qərib olanların ölümü haqqında. Şəhidlər

Bu bölümde cevaplanan sorular (6)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Məzlum, səbrli və qərib olanların ölümü necədir? taslak Hata bildir
  2. Qərib neçə cürdür? taslak Hata bildir
  3. Bu şəxslər ölüm yatağına başlarını qoyduqda nə olur? taslak Hata bildir
  4. Ömrünü Allah yolunda keçirən şəhidin ölümü necədir? taslak Hata bildir
  5. Şəhidin ruhuna Haqdan necə bir nida gəlir? taslak Hata bildir
  6. İki çiyindəki (Kiramən-katibin) mələklərin şəhadəti necədir? taslak Hata bildir

Bu insanların ölümləri eynidir. Birini deyək, digərləri də ona oxşardır.

Qəriblər iki cürdür: biri, uzaq yerdə qalıb, yanında qohumu və tanıdığı olmayandır. Biri də, öz məkanında yoxsul olub, heç kəsin mərhəmət edib yaxın durmadığı kəsdir. Belə möminlər də qəribdir və öldükdə, şəhid olurlar. Altmış yaşını keçən və beş vaxt namazını tərk etməyən də şəhiddir. [Haram işləməsi ölümünə səbəb olan, məsələn, içki içərək zəhərlənən şəhid olmaz. Lakin haram işlərkən başqa səbəbdən ölərsə, məsələn, bina çökərək ölərsə, şəhid olur. Qadınların, qızların üzlərindən və ovuc içlərindən başqa hər yerləri övrətdir. Örtünmələri fərzdir. Buna əhəmiyyət verməyən kafir olur. Başı, saçı, qolu, ayağı açıq olaraq küçəyə çıxmayan qadınlar, qızlar da şəhiddir. Allahu təalanın əmr və qadağalarına “Əhkam-ı islamiyyə” deyilir. Əhkami-islamiyyəni öyrənən və uşaqlarına öyrədən ata-ana da şəhiddir.] İmanı və namazı olmazsa, şəhid olmazlar. Kafir əlində əsir olduğu halda ölən müsəlman şəhiddir. Zülm, işkəncə edilərək öldürülən kafir şəhid olmaz. Kafir olaraq ölən, əsla Cənnətə girməz.

Bu insanlar başlarını ölüm yastığına qoyduqları zaman göylərin qapısı açılar və yerə o qədər mələk enər ki, sayını ancaq Mövla bilər. Onların əllərində nurdan tac və Cənnət geyimləri olar. O insanın canını hörmətlə dəvət edərlər. Haqq təala bu halı Fəcr surəsinin sonunda bəyan etmişdir.

Üzünü dərgahı izzətə tutub: “Ey mənim məbudum! Nə ki ömrüm olsa, bir şeyə ümid bağlamadım, yalnız həzrətinə. Kimsəyə boyun əymədim. Dünya hiyləsinə, din düşmənlərinə aldanmadım. Ya Rəbb! İndiki halda səndən ümidim budur ki, cəmi ümməti Muhammədi (sallallahu təala əleyhi və səlləm) əfv və məğfirət edəsən”, deyə dua edib yalvaran da şəhiddir.

O mələklər, bu insanları Cənnət geyimlərinə bürüyərlər. O anda, Haqqdan nida gələr: “Cənnətə aparın! Çünki dünyada, hamıdan çox namaz qılardı və qonağı sevər, təqsirləri bağışlar, Allahdan əfv dilərdi. Məni çox zikr edərdi. Övrət yeri açıq olaraq bayıra çıxmazdı. Özünü haramlardan təmizləyərdi. Peyğəmbərlərə və islamiyyətə itaət edərdi.”

İnsanın dünyada etdiyi xeyir və şərləri yazan, çiynindəki iki mələk deyər: “Ya Rəbb! Bizi dünyada bu quluna müvəkkil etdin. Bu anda icazə ver, bu qulunun canı ilə göylərə çıxaq.” Xitabı izzət gəlir ki: “Siz onun qəbrinin yanında durun, təsbih və təkbir edib, mənə səcdə edin və savabını o quluma bağışlayın.” Onlar da, qiyamətə qədər zikr və təsbih edib, savabını o qulun dəftərinə yazarlar.

[TƏNBEH: Misirdəki münafiqlər, üsyan edərək, xəlifə Osmanı (radıyallahu anh) öldürmək üçün Mədinəyə gəlirlər. Mədinədəkilər də yalan və iftiralarla onları dəstəkləyir. Mədinədəki müsəlmanlar xəlifəyə yardım etmədi, deyərək, Əshabı-kiramı pislədilər. Halbuki xəlifə, Cənnətdəki şəhidlərin yüksək dərəcələrinə qovuşmaq istəyirdi və bunun üçün dua edirdi. Ona yardıma gələnlərə mane oldu, onları geri qaytardı. Bundan istifadə edən üsyançılar, xəlifəni asanlıqla şəhid etdi. Beləliklə duası qəbul oldu. Arzusuna çatdı. Şəhidlər ölərkən heç iztirab çəkməzlər. Cənnətdə veriləcək nemətlər, ləzzətlər onlara göstərilər, bunların həzzi içində ruhlarını mələklərə məmnuniyyətlə təslim edərlər.]

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta