Hakikat Books
Türkçe

Bölüm 3 / 59

İkinci fəsil: İnsan ömrü boyu dünyada qalır, sonra ölür

Bu bölümde cevaplanan sorular (14)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Ölüm yaxınlaşdıqda dörd mələk nə edir? taslak Hata bildir
  2. Həzrəti Kəb (radıyallahu anh) və Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) ölümün şiddətini necə bildirdilər? taslak Hata bildir
  3. Həzrəti Aişə (radıyallahu anha) Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) ölüm halını gördükdə nə söylədi? taslak Hata bildir
  4. Ruh qəlbə gəldikdə ölənin dili niyə tutulur? taslak Hata bildir
  5. Ruh bəzi ölülərdən necə çıxarılır; mələk zəhərli qızmar dəmirlə niyə vurur? taslak Hata bildir
  6. Ölüm anında iblisin köməkçiləri o şəxsə necə bir fitnə edirlər? taslak Hata bildir
  7. Allahu təala quluna imanda səbat diləsə, ölüm anında nə olur? taslak Hata bildir
  8. Ölənin hiss duyğularından ən son hansı gedir və ölüm halında olana nə təlqin edilir? taslak Hata bildir
  9. Ölənin üzündən onun şəqi, yoxsa səid olduğu necə anlaşılır? taslak Hata bildir
  10. Səid olan şəxsin ruhunu mələklər necə aparır; birinci qat səmada nə deyilir? taslak Hata bildir
  11. İkinci, üçüncü və dördüncü qat səmalarda saleh ruha hansı əməllərinə görə “xoş gəldin” deyilir? taslak Hata bildir
  12. Beşinci və altıncı qat səmalarda hansı əməllərinə görə “xoş gəldin” deyilir? taslak Hata bildir
  13. Ərşür-Rəhman üzərindəki pərdələr neçədir və ruh Allahu təalanın hüzurunda nə ilə qarşılaşır? taslak Hata bildir
  14. Qazi Yəhya ibn Əksəm yuxuda Allahu təalanın ona necə rəftar etdiyini necə danışdı? taslak Hata bildir

Bundan sonra Allahu təala insanı həyatı boyu dünyada saxlayır. Bəlli olan əcəli gəldiyi, ruzisi tükəndiyi və əzəldə təqdir edilmiş olan əməlləri bitdiyi bir zamana qədər dünyada qalır. Dünyadakı ölümü yaxınlaşdığı vaxt dörd mələk gəlir. Bunların biri ruhunu sağ ayağından, biri sol ayağından, biri sağ əlindən və biri də sol əlindən çəkirlər. Çox vaxt ruhu qarqara vəziyyətinə gəlmədən əvvəl “Aləmi-mələküti”ni görməyə başlayar. Mələkləri, etdikləri işlərin həqiqətini, aləmlərində durduqları vəziyyətləri görür. Əgər danışa bilsə, onların vücudunu xəbər verir. Çox vaxt gördüyü şeyləri şeytanın bir işi zənn edir. Dili tutulana qədər hərəkətsiz qalır. Bu halda yenə mələklər ruhunu barmaq uclarından çəkərlər. Tənəffüsü isə səqqa tuluğundan su boşaldığı kimi gurultulu səs çıxarar. Facirin ruhu da yaş keçəyə ilişmiş tikanın çəkildiyi kimi çıxarılır. Bunu, insanların ən üstünü olan Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) xəbər verdi. Bu vəziyyətdə ölü qarnını tikan dolu zənn edir. Ruhunun da sanki bir iynə deşiyindən çıxdığını, göylə yerin bitişdiyini və özünün onların arasında qaldığını zənn edir.

Həzrəti Kəbdən (radıyallahu anh), ölüm necə olur, deyə soruşdular. Buyurdu ki: “Bir tikanlı budağı bir insanın içərisinə qoymuşlar və qüvvəli bir adam onu çəkir. Kəsdiyini kəsir, qalanı qalır kimi bilirəm”.

Peyğəmbərlərin əfəndisi (sallallahu təala əleyhi və səlləm) buyurdu ki, “Əlbəttə, ölüm əzablarından birinin şiddəti üç yüz dəfə qılınc zərbəsindən daha şiddətlidir”.

Elə bu zaman insanın cəsədi tərləyər. Gözləri sürətlə hər iki yana gedib gələr. Burnunun iki tərəfi çəkilər. Sinəsi qalxar, tənəffüsü qabarar, bənzi saralar. Aişə-siddiqə (radıyallahu anhə) validəmiz, Rəsulullah onun qucağında ikən bu vəziyyəti gördükdə gözündən yaş axıdaraq bu məalda şeir söylədi:

“Nəfsimi sənə fəda edərəm ya Rəsulallah ki, səni pis hərəkətlərdən heç bir şey kədərləndirmədi, incitmədi. Bu zamana qədər sənə cin də zərər vermədi. Heç bir şeydən də qorxmadın. İndi nə oldu ki, gözəl üzünü inci kimi tərlə örtülmüş görürəm. Hər ölünün rəngi solduğu halda, sənin mübarək üzünün nurları həqiqətən hər tərəfi aydınladır”.

Ruhu qəlbinə gəldikdə dili tutulur. Heç kim ruhu sinəsinə gəldiyi halda danışa bilməz. Bunun iki səbəbi var. Biri, iş çox böyük olduğuna görə sinəsi nəfəsi ilə tıxanıb, daralır.

Bilmirsənmi ki, insanın sinəsinə vurulsa, huşunu itirir. Ancaq az sonra söz deyə bilir. Çox vaxt da danışa bilmir. İnsanın harasına vurulsa səs çıxara bilir. Amma sinəsinə vurulsa, dərhal səssiz ölü kimi yıxılır.

İkinci səbəb də, səs ağciyərdən çıxan havanın hərəkətindən əmələ gəlir. Tənəffüsün qalmadığı, nəfəs alıb verə bilmədiyi üçün bədənin hərarəti qalmayıb soyuyur. Bu vaxt ölülərin halları müxtəlif olur.

Bəziləri vardır ki, mələk zəhərlə su verilmiş çox isti dəmirlə vurar. Dərhal ruh qaçıb xaricə çıxar. Mələk onu tutar, o da civə kimi titrəməyə başlayar. Çəyirtkə boyda insan şəklində olar. Sonra mələk onu zəbaniyə (əzab verən mələk) təslim edər.

Bəzi ölülər vardır ki, ruhu yavaş-yavaş, boğazda qalanadək çəkilər. Boğazında da qalmaz. Ancaq qəlbinə bağlı olaraq qalır. Bu zaman, mələk zəhərli isti dəmirlə vurar. Çünki o dəmirlə vurmasa, ruh qəlbdən ayrılmaz. Bu dəmirlə vurmağın səbəbi, dəmir ölüm dənizinə batırılmışdır. Qəlbin üstünə qoyulduqda digər yerlərinə də sirayət edən zəhər kimi olur. Çünki həyatın sirri ancaq qəlbdədir. Onun sirri ancaq dünya həyatında təsir edir. Buna görə, bəzi kəlam alimləri, “həyat ruhun qeyrisidir” və “həyatın mənası ruhun bədənlə qarışmasıdır” dedilər.

Ruh çəkilib, son bağı qopacağı zaman ona bir çox fitnələr gələr. Bu o fitnələrdir ki, iblis köməkçilərini xüsusilə o şəxsə göndərər. O vəziyyətdə ikən o insana gəlirlər və onun anası, atası, qardaşı, bacısı və sevdiyi şəxslərdən vəfat etmiş olanların surətində görünürlər və ona deyərlər ki:

“Ey filankəs, sən ölürsən. Biz bu halda səni keçdik. Sən yəhudi dinində olaraq öl. Bu din Allah qatında məqbul olan haqq dindir”. Əgər onların sözlərinə aldanmasa, dinləməsə, yanından gedərlər. Başqaları gəlib, deyərlər ki, “Sən nasrani (xristian) olaraq öl! Çünki o din Məsihin, yəni İsa əleyhissəlamın dinidir. Hansı ki, Musa əleyhissəlamın dinini qüvvədən salmışdır”. Beləcə hər millətin dinlərini ona deyərlər. O zaman Cənabı-Haqqın çaşmasını dilədiyi şəxslər çaşar. Bu da, “Ey bizim Rəbbimiz! Dünyada ikən bizə iman verdiyin kimi, ölərkən də qəlblərimizi çaşdırma” məalindəki Ali-İmran surəsinin səkkizinci ayəti-kəriməsinin xəbər verdiyi vəziyyətdir.

Cənabı-Haqq bir quluna hidayət və imanda səbatını diləyərsə, o şəxsə rəhməti-ilahiyyə gələr. Bəziləri bu rəhmətdən məqsəd, Cəbrayıl əleyhissəlamdır, dedilər.

Rəhməti-ilahiyyə, şeytanı uzaqlaşdırıb, xəstənin üzündən o yorğunluğu götürər. O zaman insan fərəhlənər, gülər. Çox insanların bu halda güldüyü görülür ki, Allahu təala tərəfindən rəhmətlə onu müjdələyib, “Məni tanıyırsanmı, mən Cəbrayılam. Bunlar isə sənin düşmənlərin olan şeytanlardır. Sən Milləti-Hənifiyyə və dini-Muhammədiyyə üzrə vəfat et” deyər.

İnsana bu mələkdən daha çox sevgili və fərəhləndirici bir şey yoxdur. “Ya Rəbb, bizə rəhmətini ehsan et. Ehsan sahibi ancaq Sənsən” məali-şərifindəki Ali-İmran surəsi 8-ci ayəti-kəriməsi bu halı xəbər verir.

Bəzi şəxslər vardır ki, ayaq üstə namaz qılarkən vəfat edir. Bəzisi yuxuda, bəzisi bir işlə məşğul olarkən, bəzisi də çalğı və oyunlarla vaxt keçirərkən, kimisi də sərxoş ikən qəflətən vəfat edir. Bəzilərinə ruhu çıxarkən özündən əvvəl ölən tanışları göstərilir. Buna görə də ətrafında olan şəxslərə baxır. Bu zaman o şəxs elə xoruldayır ki, insandan başqa hər şey onu eşidir. İnsan eşidə bilsəydi, əlbəttə, həlak olub, qorxudan ölərdi.

Ölünün hissiyatından ən son itirdiyi duyğu eşitməsidir. Belə ki, ruh qəlbdən çıxdığı zaman ancaq görməsi itir. Lakin eşitməsi ruh alınana qədər itməz. Buna görə, Fəxri-aləm (sallallahu təala əleyhi və səlləm) əfəndimiz, “Ölüm xəstəsinə şəhadəteyni-kəliməteyni, yəni “La ilahə illallah Muhammədun rəsulullah” kəlməsini təlqin edin” buyurmuşdur. Ölüm halında olanın yanında çox söz danışmağı da qadağan etmişdir. Çünki o zaman insan şiddətli narahatlıq keçirir.

Əgər ölünün ağzının suyu axmış, dodağı sallanmış, üzü qaralmış, gözü dönmüşsə, bil ki, o şakidir, axirətdəki şəqavətini (bədbəxtliyini) görmüşdür.

Əgər görsən ki, ağzı açıq, sanki gülür, üzü gülümsəyir, gözü də qırpıq kimidir, bil ki, o şəxs axirətdə qovuşacağı sürurla təbşir (müjdə) olunmuşdur.

Mələklər bu ruhu Cənnət ipəklərindən bir ipəyə sarıyarlar. O səid olan şəxsin ruhu bal arısı boyda insan şəklində olur. Ağlından və elmindən heç bir şey itirməmişdir. Dünyada nə etmişdirsə hamısını bilir. O mələklər bu ruhla birlikdə səmaya doğru uçaraq yüksəlirlər. Bu yüksəlməni bəzi ölü bilir, bəzi ölü isə bilməz. Beləliklə, əvvəlki Peyğəmbərlərin (aleyhimüssəlam) ümmətlərini və yeni ölmüş olanları bir yerə yayılmış çəyirtkələr kimi görərək keçərlər və birinci qat səma olan dünya səmasına çatarlar.

Bu mələklərin başçısı olan Cəbrayıl əleyhissəlam dünya səmasına çıxar, kimsən, deyə soruşarlar. Mən Cəbrayılam, yanımdakı da filankəsdir, deyərək o şəxsin gözəl və sevdiyi adları ilə xəbər verər. Dünya səmasının keşikçiləri olan mələklər, “Bu nə yaxşı şəxsdir ki, etiqadı, inanışı gözəl idi və heç bir şübhəsi yox idi” deyərlər.

Bundan sonra ikinci qat səmaya çıxarlar, kimsən deyə soruşarlar. Cəbrayıl əleyhissəlam birinci qat səmadakı mələklərə dediyi kimi sözünü təkrar edər. İkinci qat səmadakı mələklər o saleh ruha, “Xoş və səfa gəldi. Dünyada ikən namazlarını bütün fərzlərinə riayət edərək qılardı” deyərlər.

Sonra üçüncü qat səmaya çatarlar. Kimsən deyə soruşarlar. Cəbrayıl əleyhissəlam bundan əvvəl söylədiklərini təkrar edər. Cavab olaraq, “Malının haqqını qoruyub, zəkatını, tarlasından aldığı məhsulun uşrunu əmr olunan şəxslərə sevə-sevə verib, heç əsirgəməyən bu şəxs xoş və səfa gəldi” deyilər. Oradan da keçərlər.

Dördüncü qat səmaya çatarlar, kimsən deyə soruşarlar. Daha əvvəl dediyi kimi deyər. “Dünyada Ramazan orucunu tutub, orucu pozan şeylərdən, yad qadınlarla görüşməkdən və haram yeməkdən özünü qoruyan şəxs, xoş və səfa gəldi” deyilər.

Sonra keçərlər və beşinci qat səmaya çatarlar, kimsən deyə soruşarlar. Daha əvvəl dediyi kimi cavab verər. “Fərz olduğu zaman həccini riyasız və Allahu təala üçün yerinə yetirən şəxs xoş və səfa gəldi” deyilər.

Sonra keçib altıncı qat səmaya çatarlar, kimsən deyə soruşarlar. Əvvəlcə verdiyi cavabları verər. “Səhər vaxtlarında çox istiğfar edən, gizli çox sədəqə verən və yetimlərə yardım edən şəxs, xoş gəldi, səfa gəldi” deyərlər.

Oradan da keçərək “Suradiqatı-cəlal” adlanan cəlal pərdələrinin olduğu bir məqama çatarlar. Kimsən deyə soruşduqda, əvvəl dediyi kimi cavab verər. Yenə, “Xoş və səfa gəldi. Çox istiğfar edib, [ailəsinə və sözü keçənlərə] əmri-məruf edən, Allahu təalanın dinini Onun qullarına öyrədən, miskinlərə [və darda qalanlara] yardım edən, saleh qula və gözəl ruha mərhabalar olsun” deyilər. Sonra mələklərdən ibarət bir topluluqla qarşılaşarlar ki, hamısı onu Cənnətlə müjdələyib, onunla müsafəha edərlər.

Sonra “Sidrət-ül-müntəhaya” qədər gedərlər. Yenə kimdir deyə soruşulduqda, əvvəlki kimi cavab verər. “Xoş, səfa gəldi. Hər yaxşılığı Allahu təalanın rızası üçün edən şəxsə mərhaba” deyərlər.

Bundan sonra alov təbəqəsindən keçərlər. Sonra nur, zülmət, su və qar təbəqələrindən keçərlər. Sonra soyuq dənizə çatıb, oradan da keçərlər. Hər təbəqənin bir-birinə məsafəsi min illik yoldur.

Sonra Ərş-ur-Rəhman üzərinə örtülmüş pərdələr açılar ki, onlar da səksən min pərdədir. Hər pərdədə səksən min şərəfə vardır. Hər şərəfədə min qəmər, yəni ay vardır ki, Allahu təalanı təhlil və təsbih edirlər. Onlardan bir qəmər dünyada görülsə, nuru aləmi yandırar və hər kəs Allahu təaladan başqa ona ibadət edərdi. Bu zaman pərdə arxasından bir carçı nida edərək deyər ki, bu gətirdiyiniz ruh kimdir? Cəbrayıl əleyhissəlam, filankəs oğlu filankəsdir, deyər.

Allahu təala, “Onu yaxınlaşdırın. Sən nə gözəl qulumsan” buyurar.

Allahu təalanın ilahi mənəvi hüzurunda durduğu zaman bəzi ləvmi-itab (danlamaq) ilə Haqq təala onu utandırar. Hətta o qul zənn edər ki, həqiqətən həlak oldu. Sonra Cənabı-Haqq onu əfv edər.

Belə ki, Qazi Yəhya ibn Əksəm həzrətlərindən rəvayət olundu. Vəfatından sonra yuxuda görüldü və soruşuldu ki, Haqq təala səninlə necə rəftar etdi. Yəhya ibn Əksəm, “Allahu təala məni mənəvi hüzurunda saxladı. Ey Şeyxi-Su [yəni pis qoca]! Sən filan, filan işləri görmədinmi, buyurdu. Allahu təalanın etdiklərimi bildiyini anladığım zaman məni qorxu bürüdü və Ya Rəbb, belə sorğu-sual olacağını mənə dünyada bildirmədilər, dedim. “Sənə necə bildirdilər” buyurdu. Mən də, mənə Muammər İmam Zühridən, o da Ürvədən, o da Aişəyi-Siddiqə (radıyallahu anhə)dən, O da həzrəti Peyğəmbərdən (sallallahu təala əleyhi və səlləm), o da həzrəti Cibrildən, O da Zatı-təaladan xəbər verdilər. Rauf və rəhim olan Allahu təala, “Mən əzimüşşan, islamda ağaran saç və saqqala əzab etməkdən həya edərəm” buyurdu, dedim. O zaman Allahu təala buyurdu ki, “Sən, Muammər, İmam Zühri, Urvə, Aişə və Muhamməd əleyhissəlam və Cibril sadiqsiniz. Mən də səni əfv etdim”.

[Qazi Yəhya ibn Əksəm (rahmətullahi əleyh) Bağdadda qazi idi, 242-ci [miladi 856] ildə Mədinədə vəfat etmişdir. Şafii fiqh alimi idi. “Tənbeh” adlı məşhur kitabı var.

Muammər ibn Müsənna, Əbu Ubeydi-Nahvi adı ilə məşhurdur. Ədib idi. 110-cu ildə Bəsrədə təvəllüd, 210-cu [miladi 825] ildə vəfat etmişdir, xarici idi. Çox kitab yazmışdır. Hədis və tarix alimi idi.

Muhamməd ibn Müslim Zühri tabiindəndir. Kitablarını divar kimi yığıb, içinə qapanaraq oxumaqla vaxt keçirərdi. Xanımı bir gün, “Bu kitablar mənə üç günüdən daha ağırdır” demişdi. 124-cü [miladi 741] ildə vəfat etmişdir (rahiməhullahu təala).

Urvə ibn Zübeyr, Zübeyr ibn Avvamın ikinci oğludur. Əsma binti Əbi Bəkrin oğludur. Fuqahayi-səbadan biridir. Aişədən (radıyallahu anhə) çox hədisi-şərif bildirmişdir. 22-ci ildə təvəllüd, 93-cü ildə Mədinədə vəfat etmişdir (rahiməhullahu təala)].

Yenə, Əbdüləziz ibn Nübatə yuxuda görülüb, Allahu təala həzrətləri sənə necə rəftar etdi, deyə soruşulduqda, Allahu təala mənə buyurdu ki, “Sən o şəxs deyilsənmi ki, sözünü qısa deyərdin və sənə, bu nə gözəl fəsih sözlər deyir, deyilsin deyə danışardın”. Mən də, “Ya Rəbb, uca zatını nöqsan sifətlərdən tənzih və təqdis edirəm ki, mən həqir qulun dünyada zati-rübubiyyətini vəsf, mədh və səna edərdim”. “Elə isə dünyada dediyin kimi vəsf eylə” buyurdu.

Mən də, “Əvvəlcə yoxdan yaradan, onların yenə ruhlarını alaraq öldürər. Onlara nitq (danışma qabiliyyəti) verən, yenə nitqlərini yox edər. Yox etdiyi kimi sonra yenə yoxdan icad edər. İnsan öldükdən sonra üzvlərini bir-birindən ayırdığı kimi onları yenə qiyamət günü cəm edər” dedim. Günahları əfv edici olan Allahu təala, “Doğru dedin. Get Mən də səni bağışladım” buyurdu, dedi. [İbn Nübatə şair olub, divanı var idi. 405-ci [miladi 1014] ildə Bağdadda vəfat etmişdir.]

Mənsur ibn Ammarı da (rahmətullahi əleyh) yuxuda görüb soruşdular ki, “Allahu təala səninlə necə rəftar etdi”. Buyurdu ki, Cənabı-Haqq məni mənəvi hüzurunda saxlayıb, “Mənə nə ilə gəldin ey Mənsur?” buyurdu. Mən də Ya Rəbb, otuz altı həcc ilə gəldim. “Onlardan heç birini qəbul etmədim. Nə ilə gəldin?” buyurdu. Mən də Ya Rəbb, sənin rızan üçün oxuduğum üç yüz altmış xətmi-şəriflə gəldim. “Onlardan heç birini qəbul etmədim. Nə ilə gəldin, ey Mənsur?” buyurdu. Mən də Ya Rəbb, rəhmətinlə gəldim, dedim. Allahu təala cavab olaraq, “Bax, indi mənə gəldin, get Mən də səni məğfirət etdim” buyurdu, dedi.

Bu hekayələrin çoxu ölümün qorxulu hallarını xəbər verir. Mən sənə Allahu təalanın yardımı ilə, söz dinləyən şəxslərin tabe olacağı şeylərdən xəbər verdim. Bəzi insanlar var ki, kürsiyə çatdığı zaman bir nida eşidər və onu oradan geri qaytararlar. Bəzilərini də pərdələrdən geri qaytararlar. Allahu təalanın hüzuruna çatanlar Arifi-billah olanlardır, yəni Övliyayı-kiramdır. Vilayətin dördüncü dərəcəsi və daha yuxarı məqamlarda olan şəxslərdən savayı olanlar Allahu təalanın hüzuruna çata bilməzlər.

Betərdir günbəgün halım, bəqayət, ya Rəsulallah!

Düzəlsin artıq əf'alım, inayət ya Rəsulallah!

Azdırdı bu alçaq nəfsim, məni şeytana uydurdu.

Nə mümkün bunca üsyanla, dəhalət ya Rəsulallah!

Əcəb qabilmi qurtulmaq, həvayı-nəfsü-şeytandan?

Ərişməzsə əgər səndən, hidayət ya Rəsulallah!

Gəlincə feyzü-ehsanın, günahkar kimsəyə bir an,

Onun rahı, dü-aləmdə səlamət ya Rəsulallah!

Əmri, nehyi təzim etdim, harama demədim halal.

Hər günahın sonu oldu, nədamət ya Rəsulallah!

Ey insü-cinnin Rəsulu, insanların ən üstünü,

İxlasıma bağışla, qıl şəfaət ya Rəsulallah!

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)English

Paylaş

WhatsApp Telegram X Facebook E-posta