Hakikat Books
Türkçe

Bölüm 113 / 136

Beşinci bölmə: Səfərdə “yolçuluqda” namaz

Bu bölümde cevaplanan sorular (10)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Neçə km yola və neçə gün qalmaq niyyəti ilə çıxan şəxs müsafir olur? taslak Hata bildir
  2. Müsafir kimə deyilir və dörd rükətli fərzləri necə qılır? taslak Hata bildir
  3. Müsafirin məst, oruc və namaz məsələsindəki asanlıqları hansılardır? taslak Hata bildir
  4. Namaz vaxtının sonunda səfərə çıxan şəxs o namazı necə qılır? taslak Hata bildir
  5. Səfərdə nafilə namazlar necə qılınır? taslak Hata bildir
  6. Fərz və vacib namazlar heyvan (nəqliyyat vasitəsi) üzərində qılına bilərmi? taslak Hata bildir
  7. Gəmidə namaz necə qılınır? taslak Hata bildir
  8. Dənizin ortasında lövbər salmış gəmidə namaz necə qılınır? taslak Hata bildir
  9. İki təkərli araba, qatar və təyyarədə namaz qılına bilərmi? taslak Hata bildir
  10. Səfərdə fərz və vacibləri harada qılmalıdır? taslak Hata bildir

Hənəfi məzhəbində olan bir kimsə 15 gündən az qalmaq niyyəti ilə 104 kilometr və daha uzaq bir yerə gedərsə, müsafir olar.

Səfəri olmaq demək, yolçu olmaq deməkdir. Yolçu, 4 rəkətli fərz namazları 2 rəkət qılar. Müqim (müsafir olmayan) imama tabe olarsa, yenə 4 rəkət qılar. Yolçu imam olarsa, ikinci rəkətin sonunda salam verir. Sonra ona tabe olmuş olan camaat namazlarını tamamlamaq üçün iki rəkət daha qılarlar.

Səfəri olan bir kimsə məst üzərinə 3 gün, 3 gecə məsh edə bilər. Orucunu poza bilər. Yolçu rahat isə orucunu pozmaması daha yaxşıdır. Qurban kəsməsi vacib olmaz. Cümə namazı da müsafir olana fərz deyildir.

Namaz vaxtının sonunda səfərə çıxan kimsə bu namazı qılmamış isə, iki rəkət qılar. Lakin vaxtın sonunda vətəninə gələn bu vaxtın namazını qılmamış isə dörd rəkət qılar.

“Neməti-islam”da deyilir ki, nafilə namazları ayaq üstə qılmağa gücü çatarkən oturaraq qılmaq hər zaman və hər yerdə caizdir. Oturaraq qılarkən rüku üçün bədəni ilə əyilir. Səcdə üçün başını yerə qoyur. Lakin üzrü yoxsa nafilələri oturaraq qılana ayaq üstə qılanın yarısı qədər savab verilir. Beş vaxt namazın sünnətləri və təravih namazı da nafilə namazdır. Yolda, yəni şəhər, kənd xaricində nafilə namazları heyvan üzərində qılmaq caizdir. Qibləyə dönmək və rüku və səcdə etmək lazım deyildir. İma ilə qılar. Yəni, rüku üçün bədəni ilə bir az əyilər. Səcdə üçün bundan daha çox əyilər. Heyvan üzərində artıq nəcasət olması namaza mane deyildir. Yerdə nafilə qılarkən yorulanın çəliyə, insana, divara dayanıb qılması caiz olar. Özü yeriyərkən namaz qılmaq səhih deyildir.

Fərz və vacib namazları zərurət olmadıqca, heyvan üzərində qılmaq caiz deyildir. Ancaq üzr ilə qıla bilər. Zərurət olan üzrlər: malının, canının, heyvanının təhlükədə olması, enincə heyvanının və ya heyvandakı və ya yanındakı malın oğurlanması, yırtıcı heyvan, düşmən, yerdə palçıq olması, yağış olması, xəstənin enərkən, minərkən, yaxşı olmasının gecikməsi və ya xəstəliyinin artması, yoldaşlarının gözləməyib, təhlükədə qalması, endikdən sonra heyvana köməksiz minə bilməmək. Mümkün isə heyvanı qibləyə qarşı dayandırıb qılar. Mümkün deyil isə hərəkət cəhətlərində qılar. Heyvan üzərindəki kəcavə deyilən sandıq kimi şeylərin içində qılmaq da belədir. Heyvan dayandırılıb kəcavənin altına dirək qoyularsa, “Sərir”, yəni stol, divan kimi olub yerdə qılmaq deməkdir. Qibləyə qarşı ayaq üstə qılması lazım olar. Enə bilən kimsə fərzləri kəcavədə qıla bilməz.

Gəmidə namaz qılmaq Cafər Tayyar həzrətləri Həbəşistana gedərkən, Rəsulullahın (sallallahu əleyhi və səlləm) ona öyrətdiyi kimi bu cürdür: Hərəkət edən gəmidə üzrü olmadan fərz və vacib də qılınır. Gəmidə camaat ilə qılına bilər. Hərəkət edən gəmidə də ima ilə qılmaq caiz olmayıb, rüku və səcdə edər. Qibləyə dönməsi də lazımdır. Namaza başlayarkən qibləyə qarşı durur. Gəmi döndükcə özü qibləyə dönər. Gəmidə nəcasətdən təharət də lazımdır. İmam Əzəm Əbu Hənifəyə görə, gedən gəmidə fərzləri də üzrsüz ikən, yerdə oturaraq qılmaq caiz olar.

Dəniz ortasında lövbər salmış gəmi çox sallanırsa, gedən gəmi kimidir. Az sallanırsa, sahildə duran gəmi kimidir. Sahildə duran gəmidə fərzlər oturaraq qılına bilməz. Sahilə çıxmaq mümkün isə, ayaq üstə qılmaq da səhih olmayıb, sahilə çıxıb qılmaq lazımdır. Malı, canı və ya gəminin hərəkət etmək təhlükəsi varsa, gəmidə ayaq üstə qılması caiz olar.

“İbn Abidin” deyir ki: “İki təkərli olan, heyvana bağlanmadan yerdə düz dura bilməyən arabada durarkən də, gedərkən də, namaz qılmaq heyvan üzərində qılmaq kimidir. Dörd təkərli araba durarkən sərir, stol kimidir. Hərəkət edərkən isə heyvan üçün yuxarıda yazılı üzrlərlə, içində fərz qılına bilər və arabanı dayandırıb qibləyə qarşı qılar. Dayandıra bilməzsə, gedən gəmidəki kimi qılar”. Hərəkət əsnasında qibləyə dönə bilməyən, Şafii məzhəbini təqlid edərək, iki namazı cəm edər. Buna da imkan olmazsa, qibləyə dönmək vəzifəsi üzərindən düşər. Stulda, kresloda oturaraq ima ilə namaz qılmaq, heç kimə caiz deyildir. Avtobusda, təyyarədə namaz qılmaq, avtomobildə qılmaq kimidir.

Fərzləri və vacibləri, yolçuluqda zərurət olmadıqda heyvan üzərində qılmamaq lazımdır. Vasitələri dayandırıb, qibləyə qarşı və ayaq üstə qılmaq lazımdır. Bunun üçün vasitəyə minmədən lazımi tədbirləri əvvəldən almaq lazımdır.

Yolçu gəmidə və qatarda fərz namaz üçün qibləyə qarşı dayanıb, səcdə yerinin yanına kompas qoymalıdır. Gəmi və qatar döndükcə özü qibləyə dönməlidir. Sinəsi qiblədən ayrılarsa, namazı pozulur. Avtobusda, qatarda, dalğalı dənizdə qibləyə dönə bilməyənlərin fərz namazları caiz olmadığı üçün bunlar yolda olduqları zaman Şafii məzhəbini təqlid edərək, zöhr ilə əsri və şam ilə işanı cəm edə bilər. Yəni səfərdə olan zaman bu iki namazı bir-birinin arxasınca qılar. Çünki Şafii məzhəbində 80 kilometrdən artıq davam edən səfərdə əsri zöhr namazı vaxtına və işanı şam namazı vaxtına çəkərək qılmaq, və yaxud zöhrü əsr vaxtına və şamı işa namazı vaxtına təxir edərək, iki namazı bir yerdə qılmaq caizdir. Bunun üçün Hənəfi məzhəbində olan kimsə yolda qibləyə dönə bilməsə, yola çıxdıqdan sonra gündüz bir yerdə durduğu zaman, zöhr vaxtında zöhrü qılınca dərhal əsri də qılmalı, gecə bir yerdə dayanıldığı zaman, işa vaxtında şamı və sonra işanı bir yerdə qılmalı və bu dörd namaza niyyət edərkən “Şafii məzhəbini təqlid edərək əda edirəm” deyə niyyət etməli, yəni qəlbindən keçirməlidir. Yola çıxmazdan əvvəl və ya səfər bitdikdən sonra iki vaxtın namazını birlikdə qılmaq olmaz.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-posta