Hakikat Books
Türkçe

Bölüm 76 / 136

Qiyam

Bu bölümde cevaplanan sorular (1)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Namazın rüknləri (daxilindəki fərzlər) neçədir; birincisi olan qiyam nədir? taslak Hata bildir

1. KIYAM: Namazın beş rüknündən birincisi qiyamdır. Qiyam, ayaq üstə durmaq deməkdir. Ayaq üstə dura bilməyən xəstə oturaraq qılar. Otura bilməyən xəstə arxası üstə uzanıb, başı ilə qılar. Üzü səmaya qarşı deyil, qibləyə qarşı olması üçün başı altına yastıq qoyulur. Ayaqlarını dik tutar. Qibləyə qarşı uzatmaz. Ayaq üstə ikən, iki ayaq bir-birindən dörd barmaq eni qədər açıq olmalıdır. Ayaq üstə dura bilməyən xəstə, ayaq üstə başı dönən, başı, dişi, gözü və ya başqa yeri çox ağrıyan, sidik, yel qaçırdan, yarası axan, ayaq üstə düşmən qorxusu, malının oğurlanması təhlükəsi olan, ayaq üstə qıldığı zaman orucu və ya oxuması pozulacaq və ya övrət yeri açılacaq olanlar oturaraq qılar. Rüku üçün bir az əyilər. Səcdə üçün başını yerə qoyar. Başını yerə qoya bilməyən kimsə rüku üçün bir az, səcdə üçün isə daha çox əyilər. Səcdə üçün əyilməsi rüku üçün əyilməsindən daha çox olmazsa, namazı qəbul olmaz. Yerə daş və taxta qoyub, bunun üstünə səcdə edərsə, namaz qəbul olarsa da, günaha girər. Yəni tahrimən məkruh olar.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-posta