Hakikat Books
Türkçe

Bölüm 83 / 136

Səhv (yanılma və unutma) səcdəsi

Bu bölümde cevaplanan sorular (1)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Səhv (yanılma və unutma) səcdəsi nədir, nə vaxt və necə edilir? taslak Hata bildir

Namaz qılan namazda fərz olan bir şeyi bilərək və ya unudaraq tərk edərsə, namazı pozulur. Əgər bir vacibi unudaraq tərk edərsə, namazı pozulmaz. Lakin səhv səcdəsi etməsi lazım olar. Səcdəi-səhvi bilə-bilə etməyən və ya namazın vaciblərindən birini bilərək tərk edən kimsənin o namazı yenidən qılması vacib olar. Qılmazsa, günahkar olar. Sünnətin tərkində səcdəi-səhv lazım olmaz. Səcdəi-səhv bir fərzin gecikməsində və ya bir vacibin tərk və gecikməsində edilir.

Namazda bir neçə dəfə səcdəi-səhv lazım gəlsə, bir dəfə etmək kifayət edər. İmamın çaşması ona uyanların da səcdəi-səhv etməsini lazım edir. İmama tabe olan səhv edərsə, özü imamdan ayrı səcdəi-səhv etməz. Səcdəi-səhvi etmək üçün təhiyyat oxunub, bir tərəfə salam verildikdən sonra iki səcdə edib oturulur və “Təhiyyat”, “Salli və barik”, “Rabbəna” duaları oxunaraq namaz tamamlanır. Bir və ya iki tərəfə salam verdikdən sonra və ya heç salam vermədən də səcdəi-səhv edilə bilər.

SƏCDƏİ-SƏHVİ LAZIM EDƏN XÜSUSLAR:

Oturması lazım olan yerdə qalxmaq, qalxması lazım olan yerdə oturmaq, səsli oxuması lazım olan yerdə yavaş oxumaq, yavaş oxuması lazım olan yerdə səsli oxumaq, dua oxunacaq yerdə Qurani-Kərimdən oxumaq, Qurani-Kərimdən oxunacaq yerdə dua oxumaq, (məsələn, Fatihə surəsi yerinə Əttəhiyyatu duasını oxumaq, Əttəhiyyatu oxunacaq yerdə Fatihə oxumaq kimi. Burada Fatihə tərk edilmiş olur) namazı tamamlamadan salam vermək, fərz namazların birinci və ikinci rəkətlərində zammı-surəni oxumayıb, üçüncü və dördüncü rəkətlərində oxumaq, ilk iki rəkətdə, Fatihədən sonra zammı-surə oxumamaq, bayram namazı təkbirlərini tərk etmək, vitr namazında kunut duasını tərk etmək.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Paylaş

WhatsApp Telegram X Facebook E-posta