Allah (cəllə cəlaluhu) insanların dünyada və axirətdə məsud olmaları, rahat və dinclik içində olmaları və könüllərini birləşdirib, qardaşcasına yaşamaları və özünə qulluq vəzifələrini necə yerinə yetirəcəklərini bildirmək üçün, onlara Peyğəmbərlər göndərdi (əleyhimussəlam). İnsanların hər baxımdan ən üstünləri olan bu seçilmiş şəxslər vasitəsilə qullarına ən doğru yaşamaq yolunu bildirdi. Peyğəmbərlərinin (əleyhimussaləvatu vəttəslimat) ən üstünü və sonuncusu olan Muhamməd əleyhissəlamın dünyanın hər yerində qiyamətə qədər gələcək olan bütün insanların Peyğəmbəri olduğunu bildirdi. Allah (cəllə cəlaluhu) çox sevdiyi bu Peyğəmbərinə mələk ilə iyirmi üç ildə göndərdiyi “Qurani-kərim” adındakı böyük kitabında əmrlərini və qadağalarını bildirdi. Qurani-kərim ərəbcə olduğu üçün və çox incə bilgiləri və ağlın çata bilməyəcəyi şeyləri bildirdiyi üçün Muhamməd əleyhissəlam bu kitabın hamısını, əvvəldən sonuna qədər Əshabına (əleyhimurridvan) açıqladı. “Qurani-kərimi mənim bildirdiyimdən başqa şəkildə açıqlayan kafir olar” dedi. İslam alimləri (rahiməhumullahu təala), Peyğəmbərimizin (sallallahu təala əleyhi və səlləm) etdiyi açıqlamaları Əshabı-kiramdan eşidib hər kəsin başa düşə biləcəyi kimi genişləndirdilər və Təfsir kitablarında yazdılar. Bu alimlərə Əhli-sünnət alimləri deyilir. Əhli sünnət alimlərinin (rahiməhumullahu təala), Qurani-kərimin açıqlamalarından və ayrıca olaraq Peyğəmbərimizin (sallallahu təala əleyhi və səlləm) “Hədisi-şərif” deyilən sözlərindən toplayaraq yazdıqları din kitablarına “Elmihal” kitabları deyilir. Allahın Qurani-kərimdə bildirdiyi “İslam dini”ni doğru, sağlam öyrənmək istəyənlərin bu elmihal kitablarını oxumaları lazımdır.
İndi təqdim etdiyimiz “Cənnət yolu” elmihalının əsl adı “Miftah-ul Cənnət”, yəni Cənnət qapısının açarıdır. Hicri qəməri 885 (miladi 1480) ilində Ədirnədə vəfat etmiş Muhamməd ibn Qutbüddini İzniki (rahiməhullahu təala) yazmışdır.
Dərin İslam alimi, seyid Abdülhakim Əfəndi (rahiməhullahu təala), “Miftah-ul Cənnət elmihalının müəllifi saleh bir zat imiş, oxuyanlara faydalı olar” buyurmuşdur. Bunun üçün bu kitabı nəşr edirik. Bir neçə yerdə edilən açıqlamalar kvadrat mötərizə [ ] içinə qoyuldu. Bu açıqlamalar başqa kitablardan seçilərək əlavə edilmişdir. Bunların heç biri şəxsi düşüncələr deyildir. Allah hamımızı pusquda duran islam düşmənlərinin və müsəlman adını daşıyan, hətta din adamı kimi görünən pozğunların, məzhəbsizlərin, dini dəyişdirməyə çalışanların tələlərinə düşərək bölünməkdən, parçalanmaqdan qorusun! Hamımızı sevgili Peyğəmbərimizin (sallallahu təala əleyhi və səlləm) yolunda, izində olan “Əhli sünnət” məzhəbində birləşdirsin! Bir-birimizi sevməyimizi, köməkləşməmizi nəsib etsin! Amin!
[İnsan bir iş görəcəyi zaman, əvvəla qəlbinə bir hatara (fikir, düşüncə) gəlir. Bunu etmək istəyər. Bu istəyinə “Niyyət” deyilir. Bu işi etməsi üçün üzvlərinə (orqanlarına) əmr edər. Əmr verməsinə “Qəsd, təşəbbüs” deyilir. Üzvlərin iş görməsinə “Qəsb” deyilir. Qəlbin etdiyi işlərə “əxlaq (xasiyyət, xarakter)” deyilir. Qəlbə hatara 6 şeydən gələr: Allahdan gələn hataralara “Vəhy” deyilir. Vəhy yalnız Peyğəmbərlərin qəlblərinə gəlir. Mələklərin gətirdikləri hataralara “İlham” deyilir. İlham Peyğəmbərlərin (aleyhimüssaləvatü vəttəslimat) və saleh müsəlmanların qəlblərinə gəlir. Saleh müsəlmanların verdiyi hataralara “Nəsihət” deyilir. Vəhy, ilham və nəsihət daima yaxşı və faydalıdır. Şeytandan gələn hataralara “Vəsvəsə”, insanın öz nəfsindən gələn hataralara “Həva”, pis yoldaşın təlqin etdiyi (aşıladığı) hataralara “Qəflət” deyilir. Nəsihət hər insana verilir. Vəsvəsə və həva kafirlərin və fasiq (açıq günah işləyən) müsəlmanların qəlblərinə gəlir. İkisi də pis və zərərlidir. Allahın razı olduğu, bəyəndiyi şeylərə “Yaxşı” deyilir. Bəyənmədiklərinə “Yaman” deyilir. Allah (cəllə cəlaluhu) çox mərhəmətli olduğu üçün yaxşı və yaman şeyləri “Qurani-kərim”də bildirmişdir. Yaxşıları etməyi əmr etmiş, yamanları qadağan etmişdir. Bu əmr və qadağalara “Əhkamı-islamiyyə” deyilir. Bir qəlb, yaxşı yoldaşların nəsihətlərini və ağlı dinləyib, əhkamı-islamiyyəyə tabe olarsa, nurlanır, təmiz olar. Dünyada və axirətdə səadətə, dincliyə qovuşur. Yaman insanların, zındıqların (müsəlman görünüb insanların imanını pozmağa çalışan) iğfal edən, aldadan sözlərinə, yazılarına və nəfsə, şeytana uyub, əhkamı-islamiyyəyə uymayan qəlb qaralır, pozulur. Nurlu, təmiz qəlb əhkami-islamiyyəyə uymağı sevər. Qaralmış qəlb pis yoldaşa, nəfsə, şeytana uymağı sevər. Allah (cəllə cəlaluhu) çox mərhəmətli olduğu üçün dünyanın hər yerində yeni doğulmuş uşaqların qəlblərini təmiz olaraq yaradır. Sonradan bunların anaları, ataları və pis yoldaşları korlayır, özləri kimi edirlər.]