Hakikat Books
English

Chapter 5 / 73

Sıfatı-zatiyyə (zati xüsusiyyətlər)

Questions answered in this chapter (1)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Sifəti-zatiyyə neçədir və hansılardır? draft Report an error

Allahu əzimüşşan haqqında bizim bilməli olduğumuz sıfatı-zatiyyə beşdir. Bunlara “Üluhiyyət sıfatları” deyilir.

1. Qıdəm. Allahu əzimüşşanın varlığının əvvəli olmamaq.

2. Bəka. Allahu əzimüşşanın varlığının sonu olmamaq. Buna vacibül-vücud deyilir. Birbaşa dəlil Allahu əzimüşşanın Hadid surəsində üçüncü ayəti-kəriməsidir. Ağıla uyğun dəlil, varlığının əvvəli və axırı olsa, sonradan var olmuş olub, aciz və naqis olardı. Aciz və naqis olan başqasını yarada bilməz. Bu, Allahu əzimüşşan haqqında muhaldır.

3. Qiyam bi-nəfsihi. Allahu əzimüşşan zatında, sıfatlarında və işlərində heç kimə möhtac deyildir. Birbaşa dəlil Muhamməd (əleyhissəlam) surəsinin son ayəti kəriməsidir. Ağıla uyğun dəlil, bu sıfatlar Onda olmamış olsa, aciz və naqis olardı. Bu isə Allahu əzimüşşan haqqında muhaldır.

4. Müxaləfətün lil-havadis. Allahu əzimüşşan zatında və sıfatında heç kimə bənzəməz. Birbaşa dəlil, Allahu əzimüşşanın Şura surəsindəki on birinci ayəti kəriməsidir. Ağıla uyğun dəlil, bu sıfatlar Onda olmamış olsa, aciz və naqis olardı. Bu isə Allahu əzimüşşan haqqında muhaldır.

5. Vəhdaniyyət. Allahu əzimüşşanın zatında, sıfatında və işlərində şəriki və bənzəri yoxdur. Birbaşa dəlil, Allahın İxlas surəsindəki birinci ayəti kəriməsidir. Ağıla uyğun dəlil, əgər ortağı olsa, aləm yox olardı. Biri bir şeyi yaratmağı, digəri yaratmamağı istəyərdi.

[Alimlərin çoxusuna görə “Vücud”, yəni var olmaq da ayrıca bir sıfatdır. Beləcə, sıfatı-zatiyyə altı olur.]

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Share

WhatsApp Telegram X Facebook E-mail