Hakikat Books
English

Chapter 6 / 73

Sıfatı-sübutiyyə (sübuti xüsusiyyətlər)

Questions answered in this chapter (28)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Sifəti-sübutiyyə neçədir və hansılardır? draft Report an error
  2. Sifəti-sübutiyyənin mənaları nədir? draft Report an error
  3. Sifəti-sübutiyyənin nəqli və əqli dəlili nədir? draft Report an error
  4. Sifəti-mənəviyyə neçədir və hansılardır? draft Report an error
  5. Sifəti-mənəviyyənin mənaları nədir? draft Report an error
  6. Allahu təala haqqında mühal (qeyri-mümkün) olan sifətlər hansılardır? draft Report an error
  7. “Və məlaikətihi” nə deməkdir; mələklər necə varlıqlardır? draft Report an error
  8. Mələklərin ən üstünü olan dörd böyük mələk kimlərdir? draft Report an error
  9. “Və kutubihi” nə deməkdir? draft Report an error
  10. Allahu təalanın neçə kitabı vardır; suhuflar və böyük kitablar neçədir? draft Report an error
  11. Yüz suhuf və dörd böyük kitab kimlərə nazil olmuşdur? draft Report an error
  12. “Və rusulihi” nə deməkdir? draft Report an error
  13. Peyğəmbərlər necə şəxslərdir? draft Report an error
  14. Peyğəmbərlər haqqında bilinməsi vacib olan beş sifət hansılardır? draft Report an error
  15. Peyğəmbərlər üçün caiz olan sifətlər hansılardır? draft Report an error
  16. Qurani-kərimdə adı bildirilən neçə Peyğəmbər vardır və onları bilmək hər kəsə fərzdirmi? draft Report an error
  17. Qurani-kərimdə adları bildirilən Peyğəmbərlər kimlərdir? draft Report an error
  18. İlk Peyğəmbər və son Peyğəmbər kimlərdir? draft Report an error
  19. “Vəl-yəvmil-axiri” nə deməkdir? draft Report an error
  20. “Və bil-qədəri xeyrihi və şərrihi minallahi təala” nə deməkdir? draft Report an error
  21. Etiqadda məzhəbimiz hansıdır? draft Report an error
  22. Əhli-sünnət kimə deyilir? draft Report an error
  23. Zamanımızda islam alimi kimi tanınan, lakin azğın firqədən olan şəxslər haqqında nə bildirilir və nəql edilən misra hansıdır? draft Report an error
  24. Allahu təaladan, sevdiklərini sevmək barədə necə dua edilməlidir? draft Report an error
  25. Əməldə (ibadətdə) məzhəb neçədir və imamları kimlərdir? draft Report an error
  26. Bu dörd məzhəbdən birini təqlid etmək lazımdırmı; dördü də haqdırmı? draft Report an error
  27. İmanın bizdə qalıb çıxmamasının şərti və səbəbi neçədir və hansılardır? draft Report an error
  28. Bu altı şeydən biri olmazsa, iman qalarmı? draft Report an error

Allahu əzimüşşan haqqında bizim bilməli olduğumuz sıfatı-sübutiyyə səkkizdir: Həyat, elm, səm, basar, iradə, qüdrət, kəlam, təkvin. Bu sıfatların mənaları bunlardır:

1. Həyat. Allahu əzimüşşan diridir. Birbaşa dəlil, Allahu əzimüşşanın Bəqərə surəsindəki 255-ci ayəti kəriməsinin baş qismidir. Ağıla uyğun dəlil, Allahu əzimüşşan diri olmasa, bu məxluqat vücuda gəlməzdi.

2. Elm. Allahu əzimüşşanın bilməsi, deməkdir. Birbaşa dəlil, Allahu əzimüşşanın Haşr surəsindəki 22-ci ayəti kəriməsidir. Ağıla uyğun dəlil, Allahu əzimüşşanın bilməsi olmasa, aciz və naqis olardı. Aciz və naqis olmaq, Onun haqqında muhaldır.

3. Səm. Allahu əzimüşşanın eşitməsi, deməkdir. Birbaşa dəlil, Allahu əzimüşşanın İsra surəsindəki birinci ayəti kəriməsidir. Ağıla uyğun dəlil, Allahu əzimüşşanın eşitməsi olmasa, aciz və naqis olardı. Aciz və naqis olmaq, Onun haqqında muhaldır.

4. Basar. Allahu əzimüşşanın görməsi deməkdir. Birbaşa dəlil, Allahu əzimüşşanın yenə İsra surəsindəki birinci ayəti kəriməsidir. Ağıla uyğun dəlil, Allahu əzimüşşanın görməsi olmasa, aciz və naqis olardı. Aciz və naqis olmaq, Onun haqqında muhaldır.

5. İradə. Allahu əzimüşşanın istəməsi deməkdir. Onun istədiyi olur. O istəməzsə, heç bir şey olmaz. Varlıqları istəmiş, yaratmışdır. Birbaşa dəlil, Allahu əzimüşşanın İbrahim surəsindəki 27-ci ayəti kəriməsidir. Ağıla uyğun dəlil, Allahu əzimüşşanın istəməsi olmasa, aciz və naqis olardı. Aciz və naqis olmaq, Onun haqqında muhaldır.

6. Qüdrət. Allahu əzimüşşanın hər şeyə gücünün yetməsi deməkdir. Birbaşa dəlil, Allahu əzimüşşanın Ali İmran surəsindəki 165-ci ayəti kəriməsidir. Ağıla uyğun dəlil, Allahu əzimüşşanın əgər gücü yetməsə, aciz və naqis olardı. Aciz və naqis olmaq, Onun haqqında muhaldır.

7. Kəlam. Allahu əzimüşşanın söyləməsi. Birbaşa dəlil, Allahu əzimüşşanın Nisa surəsindəki 164-cü ayəti kəriməsidir. Ağıla uyğun dəlil, Allahu əzimüşşanın söyləməsi olmasa, aciz və naqis olardı. Aciz və naqis olmaq, Onun haqqında muhaldır.

8. Təkvin (yaratmaq). Allahu əzimüşşan xaliqdir, yaradandır. Hər şeyi yaradan, yoxdan var edən Odur. Ondan qeyri yaradan yoxdur. Birbaşa dəlil, Allahu əzimüşşanın Zümər surəsindəki 62-ci ayəti kəriməsidir. Ağıla uyğun dəlil, yerlərdə və göylərdə qeyri-adi məxluqatı vardır və cümləsini yaradan odur. Ondan başqası üçün “yaratdı” demək küfrdür. İnsan heç bir şey yarada bilməz.

Allahu əzimüşşan haqqında bilməli olduğumuz sıfatı-mənəviyyə səkkizdir: Hayyün, Alimün, Səmiun, Basirun, Müridün, Qadirün, Mütəkəllimün, Mükəvvinün.

Bu sıfatı şəriflərin mənaları bunlardır:

1. Hayyun, Allahu əzimüşşan diridir.

2. Səmiun, Allahu əzimüşşan qədim olan səm sıfatı ilə eşidəndir.

3. Basirun, Allahu əzimüşşan görəndir.

4. Müridün, Allahu əzimüşşan qədim olan iradə sıfatı ilə diləyəndir.

5. Alimün, Allahu əzimüşşan qədim olan elm sıfatı ilə biləndir.

6. Qadirün, Allahu əzimüşşan qədim olan qüdrət sıfatı ilə gücü yetəndir.

7. Mütəkəllimün, Allahu əzimüşşan qədim olan kəlam sıfatı ilə söyləyəndir.

8. Mükəvvinün, Allah (cəllə cəlaluhu) hər şeyi xəlq edəndir.

Allahu təala haqqında muhal olan sıfatlar bunların ziddidir.

VƏ MƏLƏİKƏTİHİ: Mən, Allahu əzimüşşanın mələklərinə inandım, iman etdim. Allahu əzimüşşanın mələkləri vardır, onları nurdan xəlq etmişdir. Cisimdirlər (burada cisim demək fizika kitablarında bildirilən cisim deyildir). Yeməzlər və içməzlər. Onlarda erkəklik və dişilik olmaz. Göydən yerə enərlər və yerdən göyə qalxarlar. Bir haldan başqa hala girərlər. Göz açıb yumacaq qədər Allahu əzimüşşana asi olmazlar və bizim kimi günah işləməzlər. Onların içində Allahu təalaya yaxın olanlar və Peyğəmbərlər vardır.

Hamısından fəzilətliləri Cəbrail, Mikail, İsrafil, Əzrail əleyhimussəlamdır. Bu dördü, bütün mələklərin Peyğəmbərləridir. Onların hər birini Allahu əzimüşşan bir vəzifəyə təyin etmişdir. Qiyamətə qədər başqa bir xidmətə keçməzlər.

VƏ KÜTÜBİHİ: Mən, Allahu əzimüşşanın kitablarına inandım, iman etdim.

Allahu əzimüşşanın kitabları vardır. Bunlar, Qurani-kərimdə bildirilən 104 kitabdır. 100-ü kiçik kitabdır. Bunlara “suhuf” deyilir. 4-ü böyük kitabdır. Tövrat, həzrəti Musa əleyhissəlama, Zəbur, həzrəti Davud əleyhissəlama, İncil, həzrəti İsa əleyhissəlama, Qurani-kərim bizim Peyğəmbərimiz Muhamməd əleyhissəlama nazil olmuşdur. Bu gün yəhudilərin və xristianların oxuduqları Tövrat və İncil haqqında “Cavab verə bilmədi” kitabımızda geniş məlumat vardır.

Yüz suhufdan on suhufu həzrəti Adəm əleyhissəlama, əlli suhufu Şit əleyhissəlama, otuz suhufu İdris əleyhissəlama, on suhufu İbrahim əleyhissəlama enmişdir. Bunların hamısını Cəbrail əleyhissəlam endirmişdir. Bunlardan sonra Quranı əzimüşşan nazil olmuşdur. Quranı əzimüşşan az-az, ayət-ayət, iyirmi üç ildə nazil olmuşdur. Hökmü qiyamətə qədər qüvvədədir. Nəsh olmaqdan (qüvvədən düşməkdən) və dəyişdirilməklə təhrif olunmaqdan (insanların dəyişdirməsindən) qorunmuşdur.

VƏ RUSÜLİHİ: Mən, Allahu əzimüşşanın Peyğəmbərlərinə (aleyhimüssaləvatü vəttəslimat) iman etdim.

Allahu əzimüşşanın Peyğəmbərləri vardır (aleyhimüssaləvatü vəttəslimat). Peyğəmbərlərin hamısı insandır. Əvvəli Adəm əleyhissəlam və axırı bizim Peyğəmbərimiz Muhamməd Mustafadır (sallallahu təala əleyhi və səlləm). Bu ikisinin arasında çox Peyğəmbər (aleyhimüssaləvatü vəttəslimat) gəlmiş və keçmişdir. Onların sayını Allahu əzimüşşan bilir.

Peyğəmbərlər (aleyhimüssaləvatü vəttəslimat) haqqında bizim bilməli olduğumuz sıfatlar beşdir: Sidq, Əmanət, Təbliğ, İsmət, Fətanət.

1. Sidq. Bütün Peyğəmbərlər (aleyhimüssaləvatü vəttəslimat) sözlərində sadiq olurlar. Hər sözləri doğrudur.

2. Əmanət. Onlar əmanətə xəyanət etməzlər.

3. Təbliğ. Onlar Allahu əzimüşşanın əmrinin və qadağalarının hamısını bilib, ümmətlərinə bildirir və çatdırırlar.

4. İsmət. Böyük və kiçik, bütün günahlardan təmizdirlər. Heç günah işləməzlər. İnsanlardan məsum olan yalnız Peyğəmbərlərdir (əleyhimussəlam). [[Bunlardan başqasına məsum deyənlər şiələrdir.]

5. Fətanət. Bütün Peyğəmbərlər (aleyhimüssaləvatü vəttəslimat) digər insanlardan daha ağıllıdırlar.

Peyğəmbərlər (aleyhimüssaləvatü vəttəslimat) üçün caiz olan sıfatlar beşdir: Onlar yeyir, içir, xəstələnir, ölür, dünyalarını dəyişirlər. Dünyaya məhəbbət etməzlər.

Quranı əzimüşşanda ismi-şərifləri bildirilən 28 Peyğəmbərdir. Bunları bilmək hər kəsə vacibdir, dedilər.

Peyğəmbərlərin adları (aleyhimüssaləvatü vəttəslimat):

Adəm, Şis [Şit], İdris, Nuh [Şit], Hud, Salih, Lut, İbrahim, İsmail, İshaq, Yaqub, Yusif, Şüeyb, Musa, Harun, Davud, Süleyman, Yunis, İlyas, Əlyəsa, Zül-kifil, Eyyub, Zəkəriyyə, Yəhya, İsa, Muhamməddir “saləvatullahi alə nəbiyyinə və aleyhim”. Üzeyr, Loğman və Zülqarneyn üçün ixtilaf olundu. Bunlara və Xızır əleyhissəlama alimlərdən bəzisi nəbi, bəziləri isə vəli dedilər. Məktubatı Məsumiyyənin 2-ci cildinin 36-cı məktubunda Xızırın Peyğəmbər olduğunu bildirən xəbərin qüvvətli olduğu yazılmışdır. 182-ci məktubda deyilir: Xızır əleyhissəlamın insan şəklində görünməsi və bəzi işlər görməsi Onun həyatda olduğunu göstərmir. Allahu təala Onun və bir çox Peyğəmbərin, vəlinin ruhlarının insan şəklində görünməsinə izn vermişdir. Onları görmək həyatda olduqlarını göstərmir.

Bundan başqa biz: “İlk Peyğəmbər olan həzrəti Adəm əleyhissəlamın zürriyyətindənəm (soyundanam), axır zaman Peyğəmbəri Muhamməd (aleyhissalatü vəssəlam) dinindən və ümmətindənəm, əlhamdülilləh” deməliyik. Vəhhabilər Adəm əleyhissəlamın Peyğəmbər olduğuna inanmırlar. Buna görə və müsəlmanlara müşrik dedikləri üçün kafir olurlar.

VƏL-YƏVMİL-ƏXIRİ: Mən, qiyamət gününə inandım, iman etdim. Çünki Allahu təala xəbər vermişdir. Qiyamət günü qəbirdən qalxınca başlar. Cənnətə və ya Cəhənnəmə gedincəyə qədər davam edər. Hamımız ölüb, yenə diriləcəyik. Cənnət və Cəhənnəm, mizan (tərəzi), sırat körpüsü, haşr (toplanmaq), nəşr (Cənnətə və Cəhənnəmə paylanmaq), qəbir əzabı, münkər və nəkir adındakı iki mələyin qəbirdə sualı haqqdır və olacaqdır.

VƏ BİL-QADƏRİ XAYRİHİ VƏ ŞƏRRİHİ MİNƏLLAHİ TƏALA: Xeyir və şər, olmuş və olacaq şeylərin hamısı Allahu əzimüşşanın təqdiri ilə, yəni əzəldə bilməsi, istəməsi, vaxtları gəlincə yaratması ilə və lövh-il mahfuza yazmasıyla olduğuna inandım, iman etdim. Qəlbimdə əsla şəkk və şübhə yoxdur.

Əşhədü ən lə iləhə illəllah və əşhədü ənnə Muhammədən abdühü və rasulüh.

Etiqadda (yəni inanılacaq şeylərdə) məzhəbim “Əhli sünnət vəl cəmaat” məzhəbidir. Mən, bu məzhəbdənəm. Digər yetmiş iki firqənin etiqadları yanlışdır, pozuqdur. Onlar Cəhənnəmə gedəcəklər.

[Əshabı-kiramın (əleyhimurridvan) hamısını sevənlərə “Əhli sünnət” deyilir. Əshabı-kiramın hamısı alim və adil idi. İnsanların əfəndisinin (sallallahu əleyhi və səlləm) söhbətində, xidmətində iştirak etmiş və Ona yardımçı olmuşdurlar. Söhbətdə ən az iştirak edən belə, Əshabı-kiramdan olmayan ən yüksək Vəlidən daha yüksəkdir. O islam günəşinin, O Allahu təalanın həbibinin bir söhbətində, bir təvəccöhündə hasil olan hallar, o mübarək nəfəslərinin və nəzərlərinin təsiri ilə zühur edən kəmallar, o hüzura, o yaxınlıq səadətinə qovuşa bilməyənlərə nəsib olmamışdır. Əshabı-kiramın hamısı (rıdvanullahi təala aleyhim əcmain) hələ ilk söhbətdə nəfslərinə uymaqdan qurtulmuşdurlar. Hamısını sevməyimiz əmr olunub. “Şirətül-İslam” şərhinin ilk səhifələrində yazılır: “Əshabı-kiramın (əleyhimurridvan) hamısı haqqında mümkün olduğu qədər yaxşı danışın, onların heç birini əsla təhqir etməyin.” 72 firqəyə gəlincə, kimi ifrata vararaq həddini aşdı, kimi əksinə, haqqlarını vermədi, kimi ağıla güvəndi, kimi fəlsəfəyə və qədim yunan filosoflarına aldandı. Beləliklə, dini-islamda olmayan, hətta qadağan olan şeyləri etdilər. Bidətə sarıldılar. Sünnəti, yəni islamiyyəti tərk etdilər. Əbu Bəkr Sıddıq, Həzrəti Ömər (radıyallahu anhuma) kimi Əshabı-kiramın (əleyhimurridvan) icma ilə ən üstün olanlarını, hətta Peyğəmbər əfəndimizi (əleyhissəlam) belə gözü götürməyənlər zühur etdi. Peyğəmbər əfəndimizin meraca bədəni və ruhu ilə bərabər aparıldığını inkar edənlər törədi.

Çox təəccüblüdür ki, zamanımızda da islam alimi olaraq tanınan, lakin 72 firqənin ən zərərlisi olan “İsmailiyyə” mövqeyindən çıxış edən zavallılar mövcuddur. Peyğəmbər əfəndimizin (əleyhissəlam) analarının və atalarının kafir olduğunu və Peyğəmbər əfəndimizin (əleyhissəlam) nübüvvəti təbliğ etmədən öncə bütlərə qurban kəsdiyini söyləyərək, dəlil olaraq da bəzi şiə kitablarını göstərərək və bunlar kimi neçə-neçə dağıdıcı yazılarla saf gəncləri aldatmağa, zəhərləməyə çalışırlar. Beləcə, bu fitnəkarların məqsədi, islam dinini baltalamaq, gənclərin imanını oğurlamaq, onları küfrə batırmaq olduğu aşkarca anlaşılır. Hədisi-şərifdə: “Qurani-kərimə öz ağlı ilə məna verən kafir olur”, buyruldu. Din alimləri ədəbli idilər. Diqqətli danışar və yazardılar. Səhv bir şey söyləməyim deyə çox düşünürdülər. Düşünmədən danışmaq, islamiyyəti “Ədilləi şəriyyə”dən, yəni dörd ana mənbədən almayaraq, öz səhv fikirləri və pozuq düşüncələri ilə anlatmağa cürət etmək nəinki bir islam aliminin, hətta hər hansı bir müsəlmanın belə görəcəyi iş deyil. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) və Əshabı-kiramın (rıdvanullahi təala aleyhim əcmain) böyüklüyünü anlamayan cahillərin, etiqadı zədələyən, dağıdan sözlərini və yazılarını öldürən zəhər bilməliyik.

Farsca misranın tərcüməsi:

İmanıma zərər vuracaqlarından qorxub, söyüd yarpağı kimi titrəyirəm.

Allah (cəllə cəlaluhu) qəlblərimizdə sevdiklərinin sevgisini artırsın. Düşmənlərini sevmək fəlakətinə salmasın. Bir qəlbdə iman olmasının əlaməti, Allahın sevdiklərini sevmək, sevmədiklərini sevməməkdir.]

Əməldə məzhəb dörddür: İmamı-azam, imamı-Şafi, imamı-Malik, imamı-Əhməd ibn Hanbəlin (rahmətullahi aleyhim) məzhəbləri.

Bu dörd məzhəbdən hər hansı birini təqlid etmək lazımdır. Dördünün də məzhəbi haqdır, doğrudur. Dördü də Əhli-sünnətdir. Biz, İmamı-azam məzhəbindənik. Bu məzhəbdə olanlara “Hənəfi” deyilir. İmamı-azam məzhəbi savabdır, doğrudur. Xəta olması ehtimalı da vardır. Digər üç məzhəb xətadır. Savab olması ehtimalı da vardır, deyirik.

İMANIN BİZDƏ BAQİ (əbədi) QALIB, ÇIXMAMASININ ŞƏRTİ VƏ SƏBƏBİ ALTIDIR:

1. Biz, qeybə iman etdik. Bizim imanımız qeybədir, zahirə deyildir. Belə ki, Allahu əzimüşşanı gözümüzlə görmədik, lakin görmüş kimi inandıq, iman etdik. Bunda əsla şübhəmiz yoxdur.

2. Yerdə və göydə, insanda, cində, mələklərdə və Peyğəmbərlərdə (aleyhimüssələvatü vəttəslimat) qeybi bilən yoxdur. Qeybi ancaq Allahu əzimüşşan bilir və istədiklərini istədiklərinə bildirir. [Qeyb demək, duyğu orqanları ilə və ya hesab, təcrübə ilə anlaşılmayan deməkdir. Qeybi ancaq Onun bildirdikləri bilir.]

3. Haramı haram bilib, etiqad etmək.

4. Halalı halal bilib, etiqad etmək.

5. Allahu əzimüşşanın əzabından əmin olmayıb, daima qorxmaq.

6. Hər nə qədər günahkar olsa da, Allahu əzimüşşanın rəhmətindən ümid kəsməmək.

Kimdəsə bu altı şərtdən biri olmayıb, beşi olsa, yaxud beşi olmayıb, biri olsa, o şəxsin imanı və islamı səhih deyildir.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Share

WhatsApp Telegram X Facebook E-mail