Misvaqdan istifadə etməyin on beş faydası var. Bunlar, “Siracül-vəhhac”dan götürülərək, aşağıda bildirilmişdir:
1. Ölərkən şəhadət kəlməsini söyləməyə səbəb olur.
2. Diş ətlərini möhkəmləndirir.
3. Bəlğəmi yox edir.
4. Ödü qovur.
5. Ağız ağrısını aparır.
6. Ağız qoxusunu yox edir.
7. Allahu təala misvaqdan istifadə edən insandan razı olur.
8. Baş damarlarını qüvvətləndirir.
9. Şeytan qəmlənir.
10. Gözlər nurlanır.
11. Misvaq işlədən insanın xeyir və həsənəti (yaxşı əməlləri) çox olur.
12. Sünnətlə əməl etmiş olur.
13. Ağız pak olur.
14. Fasih-ul-lisan, yəni gözəl danışan olur.
15. Misvaqlı qılınan iki rükət namazın savabı, misvaqsız qılınan yetmiş rükət namazın savabından çoxdur.