Hakikat Books
English

Chapter 19 / 73

Dəstəmazın sünnətləri

DƏSTƏMAZIN SÜNNƏTLƏRİ: İyirmi beşə qədər sünnət vardır.

1. Əuzü oxumaq.

2. Bəsmələ oxumaq.

3. Əlləri yumaq.

4. Barmaqların arasını hilallamaq.

5. Ağıza su almaq.

6. Buruna su çəkmək.

7. Niyyət etmək. Hənəfidə üzü yuyarkən niyyət etmək fərz deyil, sünnətdir. Şafidə fərzdir. Malikidə əlləri yuyarkən fərzdir.

8. Qibləyə dönmək.

9. Saqqalı hilallamaq. [əgər sıxdırsa]

10. Saqqalı məsh etmək.

11. Sağ tərəfdən başlamaq.

12. Sol əlin kiçik barmağı ilə sağ ayağın kiçik barmağının altından başlayaraq, sırayla barmaqların arasını hilallamaq.

13. Başın hamısına məsh etmək.

14. Başı islatdığı su ilə boynu və qulaqları məsh etmək.

15. Tərtibə, yəni sıralamaya riayət etmək.

16. Əzaları ara vermədən yumaq.

17. Başa məsh edərkən öndən başlamaq.

18. Misvaqdan istifadə etmək.

19. Gözün kənarına və qaşlara suyu çatdırmaq.

20. Yuyulan yerləri ovmaq.

21. Dəstəmazı yüksək yerdə durub almaq.

22. Dəstəmaz üzvlərini üç dəfə yumaq.

23. Dəstəmaz aldıqdan sonra dəstəmaz qabını dolu saxlamaq.

24. Dəstəmaz alarkən dünya kəlamı söyləməmək.

25. Həmişə bu niyyətdə olmaq.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Share

WhatsApp Telegram X Facebook E-mail