Hakikat Books
English

Chapter 30 / 73

Namazın sünnətləri

NAMAZIN SÜNNƏTLƏRİ. Hənəfi məzhəbində namazın sünnətləri bunlardır:

İftitah təkbirində və vitrin kunut təkbirində kişilərin əllərini qulaqlarının yumşaq yerinə, qadınların çiyin bərabərinə qaldırması; iftitah və kunut təkbirlərində ovucların qibləyə doğru yönəldilməsi; qiyamda sağ əlin baş və incə barmaqları ilə sol əlin biləyinin bağlanması; qadınların sağ əlini sol əlin üzərinə qoyması; kişilərin əllərini göbəyin altında, qadınların isə sinələri üstündə bağlaması; hər namazın birinci rükətində istər imamın, istər camaatın, istərsə də tək qılanın “Sübhanəkə” oxuması; imamın və tək qılanın birinci rükətdə Sübhanəkədən sonra Əuzü və Bəsmələ oxuması; imamın və yalnız qılanın bütün rükətlərdə Fatihəi şərifənin əvvəlində Bəsmələ oxuması; imam “Vələddallin” dedikdə, imamın və camaatın, eləcə də tək qılan özü Fatihəi şərifəni bitirdikdə yavaşca “Amin” deməsi; qiyamdan rükuya əyilərkən təkbir gətirmək; rükuda əlləri dizlərin üstünə qoyub, barmaqları açmaq; rükuda üç dəfə “Sübhanə rabbiəl azım” demək; rükuda bel ilə başı bir səviyyədə tutmaq; imamın və tək qılanın rükudan qalxarkən “SəmiAllahu limən hamidəh” deməsi; camaatın və tək qılanın rükudan qalxdıqdan sonra “Rabbənə ləkəl hamd” deməsi; qiyamdan səcdəyə enərkən “Allahu Əkbər” demək; səcdədə üç dəfə “Sübhanə rabbiəl alə” demək; birinci səcdədən qalxdıqda, səcdəyə endikdə “Allahu Əkbər” demək; səcdədə əl barmaqlarını bitişdirmək; kişilərin səcdədə dizlərini yerə qoyub budlarını qarından aralı tutması; qadınların budlarını qarınlarına bitişdirməsi; ikinci səcdədən qalxarkən “Allahu Əkbər” demək; kişilərin sağ ayağını dik tutub, sol ayağın üzərinə oturması; qadeyi-axirədə, yəni son oturuşda salavat duasını oxumaq; sağa və sola salam verərkən başı döndərmək; təhiyyatda əlləri dizlərin ucuna bərabər tutub, barmaqları sərbəst saxlamaq; səcdədə əl və ayaq barmaqlarını qibləyə doğru çevirmək; səcdəyə getdikdə əlləri qulaqlar bərabərində tutmaq; yeddi əza üzərinə səcdə etmək; dörd rükətli fərzlərin son iki rükətində yalnız Fatihəi şərifə oxumaq; sünnətə uyğun azanı Muhammədi oxumaq; istər camaatla qılınsın, istərsə də tək, fərzlərdə kişilərin iqamə söyləməsi.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Share

WhatsApp Telegram X Facebook E-mail