Hakikat Books
English

Chapter 57 / 73

Gözəl əxlaq haqqında

Questions answered in this chapter (5)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. İnsanda olan gözəl xasiyyətlər (əxlaqi-həmidə) neçədir? draft Report an error
  2. Bu gözəl xasiyyətlər (iman, ixlas, təvazö və s.) hansılardır? draft Report an error
  3. Təvazö və zikri-minnət kimi bəzi gözəl xasiyyətlərin mənası nədir? draft Report an error
  4. Hüquqi-ibad (qul haqqı) nədir və ən mühümü hansıdır? draft Report an error
  5. Nikah ibadətinin (Adəm əleyhissəlamdan bəri davam edən) xüsusiyyəti nədir? draft Report an error

İnsanın yetmiş ikiyə qədər gözəl xüsusiyyəti vardır:

İman, Əhli sünnət etiqadı, İxlas (Allah əmr etdiyi üçün ibadət etmək), Ehsan (yaxşılıq), Təvazö, Zikri minnət, Nəsihət, Təsfiyə (saflaşdırmaq, təmizləmək), Qayrət (Cəhd), Qibtə, Səha (Comərdlik), İsar, Mürüvvət (Mərdlik), Fütüvvət (İgidlik), Hikmət, Şükr, Rıza (Məmnunluq), Səbr, Havf (Qorxu), Rəca (Ümid), Hubbu fillah, buğdu fillah (Allah dostlarını sevmək, Allah düşmənlərinə düşmənlik), Hamul, İstivai zəm və mədh, Mücahidə (çalışmaq, mücadilə etmək), Səy, Qəsd, Əməl, Zikri mevt (ölümü düşünmək), Təfviz (hər şeyi Allahu təalaya həvalə etmək), Təslim (Allahın əmrinə uymaq, itaət etmək), Tələb-ül elm (elm axtarmaq), Salamatlıq, Sadr, Şücaət, Həlimlik, Rıfk (Nəzakət), İnabət (günahları tərk edərək Haqqa dönüş), Vəfai ahd (Əhdə vəfalı olmaq), İncazi vəd, Hüsnu hulk (Gözəl əxlaq), Zühd (nəfsani arzulardan əl çəkib, özünü ibadətə vermək), Qənaət, Rüşd (Doğru yolda olma), Say fili hayrat (Yaxşılıq etməyə səy göstərmək), Riqqət (acıma, incəlik), Şövq (nəşə, çox istək), Həya, Səbatı fi əmrillah (Allahın əmrlərində qəti olmaq), Ünsü billah, Şövqü ila liqaillah (Allaha qovuşmağı çox istəmək), Vekar (ağır olmaq, yerini bilmək, şəxsiyyətli olmaq), Zəkavət (Zəkalılıq), İstiqamət (Doğruluq), Ədəb, Firasət, Təvəkkül, Sidq (doğru söz), Murabata (qəlbi Allaha bağlamaq), Müşarata (nəfsi hesaba çəkməyin ilk addımı olub, Allahu təalanın bəyəndiyi işləri etmək, bəyənmədiklərini tərk etmək və axirətə hazırlaşmaq barədə nəfslə sözləşmək), Mürakəbə (qulun, bütün hallarında Allahu təalanın onu gördüyünü bilməsi və Onu unutmaması), Mühasəbə (insanın nəfsini hesaba çəkməsi), Muatebe, Kəzmi gayz (qəzəbini udmaq), Hubbi tüli hayati, liibadətihi, Tövbə, Huşu (yüksək və heybətli hüzurda duyulan təvazökarlıq), Yəqin (qətilik, şübhəsizlik), Allaha təslim olmaq, Ubudiyyət, Mükafat (yaxşı qarşılıq vermək), Riayəti hüquqi ibad (Qul haqlarına riayət etmək).

Təvadü, qəlb alçaqlığına, Zikri minnət, hər itaətin Allahu əzimüşşanın quluna yardımı və lütfü olduğunu bilib, şükr etməyə; nəsihət, mümin qardaşına nəsihət etməyə; təsfiyə, qəlbdən pis əxlaqı çıxarıb, gözəl əxlaqla vəsf olunmağa; Qayrət, dinində səy göstərməyə; qibtə, başqasındakı nemətin özündə də olmasını istəməyə; Səha ilə fütüvvət, comərdliyə; isar, mömin qardaşlarının işlərini görməyə; mürüvvət, insanlıq vəzifələrini yerinə yetirməyə; hikmət, ilmihalını bilib, əməl etməyə; şükr, nemətləri əmr olunan yerlərdə sərf etməyə; rıza, Allahu təaladan gələn təqdirata razı olmağa; səbr, bəlalara səbr etməyə deyilir.

[Hüquqi ibad, qul haqqına riayət etmək, deməkdir. Qul haqqının ən mühümü, ata-ana haqqıdır. Şirin dillə, gülər üzlə, yardımlarına getməklə onların könüllərini almağa çalışmaq lazımdır. Sonra qonşu haqqı, müəllim haqqı, ər-arvad haqqı, dost haqqı, daha sonra dövlətin haqqı gəlir. Heç kimə yalan danışmamaq, hiylə etməmək, ölçü alətlərini düzgün istifadə etmək, işçinin əmək haqqını alın təri qurumadan ödəmək lazımdır. Borc ödəməmək, avtobus və bənzərlərinin pullarını ödəməmək xəyanət hesab olunur. Dövlətə vergi ödəməmək, minlərlə insanın haqqını tapdalamaqdır. Dövlət zülm etdikdə, zülm edilənlər, dövlətə qarşı üsyan edərlərsə, bu üsyançılara yardım etməyin caiz olmadığı “Berika”da fitnə mövzusunda, “Hindiyyə”də və “Dürr-ül-muxtar”da yazılmışdır. Hədisi-şərifdə: “Hökumətə xəyanət edənə, Allah xəyanət edər”, buyrulmuşdur. Yəni üsyan edəni zəlil, həqir edər [Nibras]. Buna görə, Seyyid Qutb və Mevdudi kimi məzhəbsizlərin, müsəlmanları hökumətə qarşı üsyana təşviq edən parçalayıcı, dağıdıcı yazılarına aldanmaq olmaz. Zalım olan hökumətə də üsyan etmək və üsyançılara yardım etmək olmaz. İbn Abidin (rahiməhullahu təala), ipək paltar geyməyin kişilərə haram olduğunu bildirərkən deyir ki, “Toy və bayramlarda, ipək parça sərmək və qızıl, gümüş əşyaları istifadə etmədən nümayiş etdirmək, göstəriş üçün deyil, sadəcə hökumətin əmrini yerinə yetirmək üçün olarsa, caizdir. Lakin gündüzlər işıq, şam yandırmaq, işıqlı reklamlar göstərmək, malı zay etmək, lazımsız yerdə istifadə etmək olduğu üçün caiz deyil. Hökumətin əmri ilə olarsa, bunları etmək və övladlarını qız-oğlan qarışıq məktəblərə göndərmək caiz olur. “İslam Əxlaqı” Sonrakı səhifəyə baxın! Qadın-kişi qarışıq olan, övrət yerləri açıq şəxslərin olduğu yığıncaqlara getmək də caiz deyildir.” Kafirlərin qanunlarına da üsyan etməyin caiz olmadığı İbn Abidinin “Cümə namazı” və “Qazilik” bölmələrində yazılmışdır.

Üzərində qul haqqı olanın ibadətlərinin qəbul olmayacağı, Cənnətə girə bilməyəcəyi bildirilmişdir. Kafirin haqqından qurtulmağın, müsəlmanın haqqından qurtulmaqdan daha çətin olduğu deyilir. Hər kəsə yaxşılıq etmək, pislik edənlərə pisliklə qarşılıq verməmək lazımdır. Həqiqi müsəlman, Allahu təalanın əmrlərinə, hökumətin qanunlarına itaət edər.]

Adəm əleyhissəlamdan bəri yalnız nikah ibadəti davam etmiş, qaldırılmamışdır. Hər ibadət kimi, nikahın da səhih olması üçün nikah bağlanarkən niyyət etmək lazımdır. Yəni nikahlananlar: “Allahu təalanın əmri ilə, sevimli Peyğəmbərimizin sünnətinə uyaraq nikah bağlayıram”, deyə qəlblərindən keçirməlidirlər. İslam nikahı ilə nikah məmurunun apardığı evlənmə işlərini bir-birinə qarışdırmaq olmaz. İslam nikahı bağlamaq Allahu təalanın əmridir. Evlənmə qeydiyyatını etdirmək də qanunun əmridir. İkisinin adı da, şərtləri də başqadır. İslam nikahı bağlamamaq böyük günahdır. Evlənmə qeydiyyatını etdirməmək də suçdur. Bu suçu işləyən həbs olunur. Müsəlman günah işləməməli və qanunun suç saydığı şeydən çəkinməlidir. Qanuna uymamaq cəzaya, zərərə səbəb olur və fitnəyə yol açır. Bunlar isə haramdır. Evlənmə qeydiyyatı etdirmək dinimizdə qadağan deyil. Qanun da islam nikahını qadağan etməmişdir. Osmanlılar zamanında da hər ikisi edilirdi. 1298 [m. 1880]-ci ildə çıxarılan qərarnamədə: “Nikahlar, doğumlar və ölümlər Bələdiyyəyə qeyd etdiriləcəkdir”, yazılmışdır. Evlənmək üçün şəri məhkəmələrdən icazə almayanların nikahını qıyan imamlara veriləcək cəzaları bildirən Şurayi-dövlət məzbətəsi “Cəridei-məhakim”in 2434-cü səhifəsində yazılmışdır. Buna görə indi də evlənmək istəyən müsəlman əvvəlcə bələdiyyəyə gedərək qanunun əmr etdiyi evlənmə qeydiyyatını etdirməli, sonra islam nikahını bağlamalıdır. İslam nikahını imamın, din xadiminin bağlaması şərt deyil. Din bilgisi olan, namaz qılan saleh şəxslər bağlayar. Dinsizlər, məzhəbsizlər islam nikahına “imam nikahı” deyərək lağ edirlər. Bələdiyyə nikahı bağlandıqda imam nikahına ehtiyac yoxdur, deyirlər. İmam nikahı bağlamaq qadağandır, suçdur, deyərək müsəlmanları aldadırlar. Halbuki islam nikahı bağlamaq qadağan deyil, suç deyil. Bələdiyyədə evlənmə qeydiyyatı etdirməmək suçdur. “İslam nikahına ehtiyac yoxdur. Quranda yazılmayıb” kimi sözlərlə nikahı inkar edən, inanmadığı üçün bağlamayan və bağlatmayan kafir olur, imanı gedər. İslamın beş şərtindən birini inkar etmiş kimi olar. Evlənəcək kişinin və qızın müsəlman olmaları lazımdır. Bu şərt islam nikahının səhih ola bilməsi üçün lazım olan şərtlərin ən mühümüdür. Buna görə nikah bağlamazdan əvvəl, imanından şübhə edilən kişiyə və qıza imanın altı şərtini və islamın beş şərtini soruşmalı, bilmirlərsə öyrətməli, əzbərdən oxutmalı və onlar “Kəlimeyi-şəhadət” oxumalıdırlar. “Təcdidi-iman” etdirməli, bundan sonra nikah bağlamalıdır. Şahidlərin də belə şübhəsiz imanlı olmaları lazımdır. İslam nikahı ər ilə arvad arasında məhəbbətə, xoşbəxt yaşamalarına səbəb olur. Övladlarının və nəvələrinin də müsəlman və saleh olmalarını, dünyada və axirətdə xoşbəxt olmalarını, rahat yaşamalarını istəyən hər müsəlman nikaha çox əhəmiyyət verməlidir.

Möminə sədaqət yaraşır, görsə də ikrah,

Yardımcısıdır doğruların Həzrəti Allah.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Share

WhatsApp Telegram X Facebook E-mail