Yeməkdən əvvəl, sünnət olduğunu düşünərək, əlləri yumağın on faydası vardır.
Bir kimsə təam yemək üçün əllərini yuduqdan sonra yaş olan barmaqlarının ucunu gözlərinin bucağına qoyub geriyə doğru silsə, o şəxs, Allahu təalanın izni ilə göz ağrısı görməz. On fayda:
1.Ərşi-rəhman altında bir mələk deyər: “Əlini pak etdiyin kimi, sənin (kiçik) günahların pak oldu.”
2.Nafilə namaz qılmış kimi savaba nail olar.
3.Kasıblıqdan əmin olar.
4.Sıddıqların savabına nail olar.
5.Mələklər onun üçün Allahdan əfv diləyər.
6.Hər tikənin müqabilində, bu tikələri sədəqə vermiş kimi savaba nail olar.
7.Bəsmələ ilə yedikdə günahları təmizlənər.
8.Yeməkdən sonra etdiyi duası qəbul olar.
9.O gecə ölərsə, şəhidlik dərəcəsinə çatar.
10.Gündüz ölərsə, şəhidlər sırasına yazılar.
Yeməkdən əvvəl əlləri yumaq və qurulamamaq sünnətdir.
Yeməkdən sonra, sünnəti yerinə yetirmək niyyəti ilə əlləri yumağın altı faydası var:
1.Ərşi-rəhman altında bir mələk deyər: “Ey mömin! Rəsulullah (sallallahu təala əleyhi və səlləm) səndən razı oldu.”
2.Bu nemətə məxsus savaba nail olar.
3.Bədənindəki tüklərin sayı qədər savab qazanar.
4.Rəhmət dəryasından nəsibi olar.
5.Əlindən axan damlaların sayı qədər savab qazanar.
6.Vəfat etdikdə, şəhid olar.
[Allahu təalanın əmrləri iki cürdür: Əmri təkvini və Əmri təklifi və ya Əmri təşrii.
Əmri təkvini, Yaratmağını istədiyi şeylərə “Ol” deməsidir. Ol dedikdə, dərhal var olar. Heç kim bu şeyin var olmasına mane ola bilməz. Hər şeyin yaradılması üçün, bəlli şeyləri səbəb etmişdir. Bəlli maddələr, digər bəlli maddələrin yaradılmasına səbəb olduğu kimi, insanın maddi və mənəvi gücü, müxtəlif enerjilər də, bir çox şeylərin yaradılmasına səbəbdir. Bir quluna bir şey ehsan etmək, yaxşılıq nəsib etmək istədikdə, o qulu, həmin şeyin səbəbinə qovuşdurar. Səbəb təsir etdiyi zaman, O da istəyərsə, “Ol” deyərsə, o şey var olar. O istəməzsə, heç bir şey var olmaz. Hikmətini, yaratmağını səbəblərlə örtmüş, gizləmişdir. Çox insan ancaq səbəbləri görür, səbəblərin arxasındakı hikməti, Onun yaratmağını anlamır. Bu anlayışsızlıq da o insanın fəlakətinə səbəb olur.
Əmri təklifi, insanlara, yerinə yetirmələri və ya çəkinmələri üçün verdiyi əmrlərdir. Bu əmrlərin icrası insanın iradəsinə, istəməsinə bağlıdır. İnsanı iradəsində, istəyində sərbəst buraxmışdır. Lakin insanın arzuladığı şeyi yaradan, yenə də Odur. İnsan istədikdən sonra, O da istəsə, yaradar. İstəməsə, yaratmaz. Hər şeyi yaradan, maddələrə müxtəlif təsirlər, özəlliklər verən, yalnız Odur. Ondan başqa yaradıcı yoxdur. Ondan başqasında üluhiyyət sıfatının olduğuna inanmaq, başqasını Ona şərik, ortaq etmək deməkdir. Başqasını Ona şərik qoşanı, Qiyamətdə əsla bağışlamayacağını, ona sonsuz və çox acı əzablar verəcəyini bildirmişdir. İnsan Onun əmrini yerinə yetirmək, yaxşılıq etmək istədikdə, O da mərhəmət edərək istəyir və yaradır. Ona inanmayanlar, qarşı çıxanlar bir pislik etmək istədikdə, O da istəyir və yaradır. Ona inananlar, yalvaranlar bir pislik etmək istədikdə, O, mərhəmət edərək istəmir və yaratmır. Buna görə düşmənlərinin hər istədikləri yerinə yetdiyi üçün, daha da yollarını azıb, qudururlar.
Allahu təalanın əmri təklifləri əhəmiyyətlərinə görə dərəcələrə ayrılırlar:
1-Bütün insanlara, iman etməyi, müsəlman olmağı əmr etmişdir.
2-İman edənlərə, haramdan uzaq olmağı, pislik etməməyi əmr etmişdir.
3-İman edənlərə, fərzləri yerinə yetirməyi əmr etmişdir.
4-Haramlardan çəkinən və fərzləri icra edən müsəlmanlara, məkruhlardan uzaq olmağı, sünnətləri, nafilə ibadətləri yerinə yetirməyi əmr etmişdir.
Yuxarıdakı sırada, birinci əmri icra etməyib, ondan sonra olanı icra etmək məqbul deyil, bəyənilmir. Faydası da yoxdur. Məsələn, imanı olmayanın pisliklərdən çəkinməsini və ya pisliklərdən, haramlardan çəkinməyənin, fərzləri icra etməsini, yaxud fərzləri yerinə yetirməyənin sünnətləri, nafilə ibadətləri icra etməsini Allahu təala bəyənməz, qəbul etməz. Buna görə, namaz qılmayan, zəkat verməyən, ananın, atanın, zövcənin və övladın haqqlarını icra etməyən müsəlmanın sədəqələrini, yaxşılıqlarını, xeyir əməllərini, məscid tikdirməsini, pul yardımlarını, yeməkdən əvvəl və sonra əllərini yumasını, ümrəyə getməsini bəyənməz, qəbul etməz. Göründüyü kimi, hər insan buyrulan əmrləri yuxarıdakı sırayla yerinə yetirməlidir. Bununla bərabər, əvvəlki sıradakı əmri yerinə yetirməyən, sonrakını yerinə yetirər və bunu yerinə yetirməsi fərzi tərk etməsinə, haram işləməsinə səbəb olmazsa, savab qazanmasa belə, bunu etməyi də əldən qaçırmamalıdır. Bu əmrləri hər zaman yerinə yetirməyin bərəkəti ilə, Allahu təalanın, mərhəmət edərək, əvvəlki əmrləri də yerinə yetirməyi nəsib edəcəyini ummağın lazım olduğu “Ruh-ul-bəyan” təfsirində, altıncı cüzün sonunda yazılmışdır.]
Təam yeməyin dörd fərzi var:
1. Yediyi zaman doymağı və içdiyi zaman kifayətlənməyi Allahu əzimüşşandan bilmək.
2. Halal şey yemək.
3. O təamdan aldığı qüvvət tükənənə qədər Allahu əzimüşşana qulluq etmək.
4. Əlinə keçənə qənaət etmək.
Yeməyə başlarkən, Allahu təalaya ibadət etmək üçün, Allahu təalanın qullarına faydalı işlər görmək üçün, Allahu təalanın dinini, əbədi səadət və dinclik yolunu bütün insanlara yaymaq üçün qüvvət əldə etməyə niyyət etmək lazımdır. Başı açıq yemək caizdir.
Təam yeməyin müstəhəbləri: Süfrəni yerə salmaq, təmiz geyimdə süfrəyə oturmaq, diz çöküb yemək, yeməkdən əvvəl əli və ağzı yumaq, yeməyə başlarkən Bəsmələ demək, yeməyin əvvəlində duz dadmaq, arpa çörəyi yemək, çörəyi əl ilə parçalamaq, çörək qırıntılarını zay etməmək, önündən yemək, sirkə yemək, tikəni kiçik götürmək, tikəni yaxşı çeynəmək, üç barmaq ilə yemək, qabı barmaqla siyirmək, üç dəfə barmaqları yalamaq, təamın sonunda həmd etmək, diş çöpündən istifadə etmək.
Təam yeməyin məkruhları: Sol əllə yemək, yeyəcəyi təamı iyləmək, Bəsmələni deməmək. [Yemək arasında olsa da, xatırladıqda Bəsmələ çəkilməlidir.]
Təam yeməyin haramları: Doyduğu halda yeməyə davam etmək [qonaq varsa, onun yeməsinə mane olmamaq üçün, yeyirmiş kimi davranmaq lazımdır], yeməkdə israf etmək, bəzilərinə görə başqasının malını [haqsız olaraq] yeyərkən Bəsmələ demək, qonaqlığa dəvətsiz getmək, başqasının malını icazəsiz yemək, bədənə xəstəlik verəcək şey yemək, riyakarlıqla hazırlanmış təamı yemək, nəzir etdiyi şeyi yemək.
Yeməyi isti yeməyin zərərləri: Qulağın kar olmasına səbəb olur, üz saralır, gözün parlaqlığı olmur, dişlər saralır, ağzın ləzzəti olmur, qarın doymur, anlayışı və ağlı az olar, bədəndə xəstəlik əmələ gəlir.
Az yeməyin faydaları: Bədəni güclü, qəlbi nurlu olar, hafizəsi güclü olar, dolanışığı asan olar, işlərindən həzz alar, Allahu əzimüşşanı çox zikr etmiş olar, Axirəti düşünər, ibadətlərində çox həzz olar, hər şeydə isabəti və irşadı çox olar, hesabı asan olar.
Zahida! Aç gözünü, səhraya bax da, ibrət al!
Bu dirəksiz qübbəli səmaya bax da, ibrət al!
Görmək istərsən, Cənabı kibriyanın qüdrətin,
Hər sabah, səhər vaxtı, dünyaya bax da, ibrət al!
Padşah olsan da, deyərlər, “ər kişi niyyətinə”,
Var, musallada yatan meyidə bax da, ibrət al!
Bir kəfəndir aqibət, sərmayəi-bəy və fəqir,
Varlığa məğrur olan, məcnun deyil də, bəs nədir?