Hakikat Books
English

Chapter 68 / 73

Üçüncü cild, 9-cu məktub

Questions answered in this chapter (4)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. İmam Rabbaninin doqquzuncu məktubunda Rəsulullaha tabe olmaq və Ona salavat haqqında nə bildirilir? draft Report an error
  2. İmam Rabbaninin səksən dördüncü məktubunda zikr və qəlbin təmizlənməsi haqqında nə bildirilir? draft Report an error
  3. Zikri nə qədər çox etmək lazımdır? draft Report an error
  4. İnsanı hər şeyə qovuşduranın yalnız Allahu təala olduğu necə bildirilir? draft Report an error

İmam Rabbani Mücəddid-i əlfi sani Ahməd Farukinin (rahiməhullahu təala) “Məktubat”ından üçüncü cildinin doqquzuncu məktubu, Mir Muhamməd Numan üçün yazılmışdır. “Rəsulullahın gətirdiklərini alın!” ayəti kəriməsini izah etməkdədir. Bu məktub ərəb dilində olub, tərcüməsi aşağıdakı kimidir:

Bismilləhirrahmənirrahim! Haşr surəsində, yeddinci ayəti kəriməsində mealən buyurulub: “Rəsulullahın sizə gətirdiklərini alın. Qadağan etdiklərindən çəkinin və Allahdan qorxun!” [Əmrləri yerinə yetirməyə və haramlardan çəkinməyə “İslamiyyət”ə uymaq deyilir.] Allahu təalanın, qadağalardan çəkinin, dedikdən sonra Allahu təaladan qorxun buyurması, qadağalardan qorunmağın daha mühüm olduğunu göstərməkdədir. Çünki Allahu təaladan qorxmaq, yəni “Təqva”, haramlardan qorunmaqdır. Təqva dinin təməlidir. Şübhəli şeylərdən də çəkinməyə “Vera” deyilir. Rəsulullah (sallallahu əleyhi və səlləm), “Dininizin dirəyi veradır”, buyurdu. Başqa bir Hədisi-şərifdə, “Heç bir şey vera kimi ola bilməz”, buyurdu. Dinimizin haramlardan çəkinməyə belə əhəmiyyət verməsi, çəkiniləcək şeylərin daha çox olmasından və faydasının daha çox olmasından irəli gəlir. Çünki əmrləri yerinə yetirmənin özündə də çəkinmələr mövcuddur. Bir əmri yerinə yetirmək, bu əmri yerinə yetirməməkdən çəkinmək deməkdir. Faydasının daha çox olması, nəfsə heç uyulmadığındandır. Əmri yerinə yetirərkən, nəfs də ləzzət alır. Bir işdə, nəfsə uymaq nə qədər az olarsa, faydası da o qədər çox olar. Yəni Allahu təalanın rızasına daha tez qovuşdurar. Çünki əhkam-ı islamiyyə, yəni islamiyyətin əmr və qadağaları, nəfsi cəzalandırmaq, zəiflətmək üçündür. Nəfs, Allahu təalanın düşmənidir. Hədisi qüdsidə, “Nəfsinə düşmənlik et! Çünki o, mənim düşmənimdir”, buyruldu. Bunun üçün yüksək təriqət yolları içində, islamiyyətə daha çox əməl olunan yol, Allahu təalaya daha yaxın yoldur. Çünki burada nəfsə uymamaq daha çoxdur. Əhlinin bildiyi kimi, bu da, bizim olduğumuz yoldur. Buna görə də, böyüyümüz, öndərimiz, böyük alim Bəhaüddin-i Buxari, “Allahu təalaya qovuşduran yolların ən qısasını tapdım”, buyurmuşdur. Çünki bu yolda nəfsə qarşı gəlmək daha çoxdur. Bu yolda, islamiyyətə riayət etməyin çoxluğuna gəldikdə, kitablarını araşdıran ağıllı və insaflı bir insan üçün bunu anlamaq çox asandır. Belə olduğunu aydın görür. Belə aydın olmaqla yanaşı, bir çox məktubumda bunu ətraflı bildirdim. Hər şeyin doğrusunu Allahu təala bilir. O, bizə yardımcıdır. Çox gözəl bir vəkildir. Əfəndimiz Muhamməd əleyhissəlama və Alinə və Əshabına (radıyallahu təala anhum əcmain) və doğru yolda olanlara salət və salam olsun!

ÜÇÜNCÜ CİLD, 84-cü MƏKTUB

Allaha həmd olsun və Onun seçdiyi, sevdiyi qullarına salam olsun! Bu yolda çalışmaq [Allahın sevgisinə qovuşmaq] istəyən, ilk öncə etiqadını, haqq yolda olan alimlərin [yəni Əhli sünnət alimlərinin] bildirdiklərinə uyğun düzəltməlidir. [Bu böyük alimlər, bütün bilgilərini Əshab-ı kiramdan almışdırlar. Öz düşüncələrini və fəlsəfəçilərin fikirlərini bu bilgilərə qarışdırmamışdırlar.] Allah (cəllə cəlaluhu) onların çalışmalarına bol-bol mükafat [qarşılıq] versin! Bundan sonra hər kəsə lazım olan fiqh (islam hüququ) bilgilərini öyrənməlidir. Daha sonra bu öyrəndiklərinə əməl etməlidir. Bundan əlavə, hər zaman Allahu təalanı zikr etməlidir. [Yəni qəlb hər zaman Onun adını və sıfat-i zatiyyəsini düşünməlidir.] Lakin zikr etməyi kamil və mükəmməl olan bir zatdan öyrənmək şərtdir. Nöqsanı olandan [xüsusən də cahil və yolunu azmış şeyxlərdən] öyrənilərsə, kamala çatmaq mümkün olmaz. Başlanğıcda o qədər çox zikr etməlidir ki, fərz namazları və onların sünnətlərini qıldıqdan sonra zikrdən başqa bir ibadət etməməli, Qurani-kərim oxumağı və nafilə ibadətləri başqa vaxta saxlamalıdır. Dəstəmazlı da, dəstəmazsız da zikr etmək lazımdır. Ayaq üstə olarkən, oturarkən, yeriyərkən, uzanarkən, həmişə bu vəzifəni yerinə yetirmək lazımdır. Yol gedərkən, yeyərkən və yatan zaman zikrsiz olmamaq lazımdır. Farisi beyt tərcüməsi:

Zikr et, hey zikr, olduqca canın!

Qəlbin paklığı, zikriylədir Cananın.

Zikri o qədər çox etmək lazımdır ki, zikr olunandan [Allahu təaladan] başqa qəlbdə heç bir arzu, düşüncə qalmamalıdır. Ondan başqa şeylərin adları və nişanələri qəlbə gəlməməlidir. Başqa şeyləri düşünmək üçün özünü məcbur etsə də, qəlbinə gətirə bilməməlidir. Qəlbin, Allahdan başqa hər şeyi belə unutması, Ona qovuşmağın başlanğıcıdır. Bu unutma, arzu olunanın rızasına, sevgisinə qovuşmağın müjdəcisidir. Ərəbi beyt tərcüməsi:

Necə Süada qovuşulur əcaba!

Dağlar və uçurumlar var arada.

[Süad, bir məşuqənin adıdır.] İnsanı hər şeyə qovuşduran, yalnız Allahu təaladır. Doğru yolda olanlara salam olsun! [Üçüncü cild, 17-ci məktubda buyurulur: “Qəlb ilə zikr etmək, onu Allahdan başqa şeylərə düşkün olmaqdan qurtarır. Bu düşkünlük, qəlbin xəstəliyidir. Qəlb bu xəstəlikdən qurtulmadıqca, həqiqi imana qovuşa bilməz və əhkam-i islamiyyəyə, yəni Allahın əmrlərinə, qadağalarına uyması çətin olar. Bunlara uyarkən niyyət etmək və mübahlara əməl edərkən nəfsin ləzzət almasını düşünməmək də zikrdir.” Qəlbin xəstəliyinə səbəb, nəfsə uymasıdır. Nəfs, Allahu təalanın düşmənidir. Allaha itaət etmək istəməz. Özünə də düşməndir. Qəlbin hər üzvə, haramları, pis, zərərli şeyləri etdirməsindən zövq alar. Bu zövqlərinə qovuşmaq üçün dinsiz, imansız olmaq istəyər. Kafirlərlə, məzhəbsizlərlə dostluq etmək, onların kitablarını, qəzetlərini oxumaq, radio və televizorlarındakı zərərli verilişləri izləmək də qəlbi xəstə edər. İslamiyyətə uymaq qəlbi xəstəlikdən xilas edər. Nəfsi isə xəstə edər. Zövqlərini, arzularını, qəlbə təsir qüvvəsini azaldar.]

Kim tapar, zor ilə məqsuda hər zaman zəfər?

Gələr əlbət zühura, nə isə hökmü qədər.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Share

WhatsApp Telegram X Facebook E-mail