Hakikat Books
English

Chapter 10 / 56

Təqlid ilə iman

Questions answered in this chapter (5)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Səkkizinci pis xasiyyət olan tanımadığı şəxsləri təqlid etmək nədir? draft Report an error
  2. Əməldə (ibadətdə) hansı alimlərə tabe olunmalıdır? draft Report an error
  3. Təsəvvüfü izah edən kitabların ən qiymətlisi hansıdır? draft Report an error
  4. Din adamı deyilən hər kəsin sözünə tabe olmaq caizdirmi? draft Report an error
  5. Küfrdən sonra ən böyük günah hansıdır? draft Report an error

8 – Qəlb xəstəliklərinin səkkizincisi, tanımadığı kimsələri “təqlid” etməkdir. Əhli-sünnət alimi olduğu anlaşılmayan kimsənin sözlərinin, kitablarının və özünün mədh olunmasına, şişirdilmiş, atəşli propaqandalara aldanaraq, buna tabe olmaq caiz deyildir. Necə kimsə olduğunu araşdırmadan, onu güvəndiyi kimsələrdən soruşmadan, etiqadında, sözlərində və ibadətlərində ona tabe olmaq insanı fəlakətə düçar edər. Müsəlman olmaq üçün, yəni Allahu təalanın varlığını, bir olduğunu, qüdrətini, sifətlərini anlamaq üçün əslində kimsəni təqlidə ehtiyac yoxdur. Fənn bilgilərini yaxşı öyrənən, ağlı başında bir kimsə yalnız düşünməklə Onun var olduğunu anlayar. İmana qovuşar. Əsəri görərək müəssirin, yəni əsəri ortaya çıxaranın varlığını anlamamaq axmaqlıq olar. Hər insanın belə düşünərək imana gəlməsini dinimiz əmr etməkdədir. Sələfi salehin (hicri ilk iki əsrin müsəlmanları) bu əmri söz birliyi ilə bildirmişdir. Hicrətin dörd yüzüncü ilindən sonra meydana çıxan bəzi azğın firqədəkilər, nəzər [incələmək] və istidlal etməyə [əsəri görüncə, müəssirini anlamağa] ehtiyac yoxdur, dedilərsə də, bunların sözlərinin qiyməti yoxdur. Çünki, sonra gələnlərin xilafı (qarşı çıxması), sabiqlərin icmasını rədd etməz. Bunun üçün anasını, atasını, müəllimlərini təqlid edərək doğru etiqada qovuşan kimsənin imanı səhih olsa da nəzəri və istidlalı tərk etdiyi üçün, yəni fənn bilgilərini qısaca öyrənib, Allahu təalanın varlığını düşünmədiyi üçün günah işləmişdir. Fənn dərslərini öyrənməmiş bir kimsə anadan-atadan, kitabdan öyrənərək iman etdiyi, düşünərək qəbul etdiyi, ağlını işlədərək inandığı üçün istidlalı tərk etmiş sayılmaz deyənlər vardır.

Əməllərdə, ibadətlərdə, ictihad dərəcəsinə yüksəlmiş olan alimlərdən birini seçərək hər işində bunu təqlid etməsi lazımdır. Dörd məzhəb alimlərindən birini təqlid edər. Belə həqiqi Əhli-sünnət alimi tapa bilməzsə, kitablarını təqlid edər. “İctihad”, nasslarda açıq bildirilməmiş, gizli bildirilmiş olan bilgiləri anlamaq, açıqlamaq deməkdir. Ayəti-kərimələrə və hədisi-şəriflərə “Nass” deyilir. İctihad etmək şərtlərinə malik olan dərin alimlərə “Müctəhid” deyilir. Hicrətdən dörd yüz il sonra müctəhid yetişmədi. Müctəhidə ehtiyac da qalmadı. Çünki Allahu təala və Onun rəsulu Muhamməd əleyhissəlam qiyamətə qədər həyat şəkillərində və fənn vasitələrində ediləcək dəyişikliklərin, yeniliklərin hamısını əhatə edən əhkamın hamısını bildirdilər. Müctəhidlər də bunların hamısını anlayıb açıqladılar. Sonra gələn alimlər bu əhkamın yeni hadisələrə necə tətbiq ediləcəyini təfsir və fiqh kitablarında bildirirlər. “Mücəddid” deyilən bu alimlər qiyamətə qədər mövcuddur. “Fənn vasitələri dəyişdi. Yeni hadisələrlə qarşılaşırıq. Din adamları toplanaraq yeni təfsirlər yazılmalı, yeni ictihadlar edilməlidir” deyərək nasslara əlavələr, dəyişikliklər etmək lazım olduğunu müdafiə edənlərin “Zındıq” və İslam düşməni olduqları anlaşılır. İslam düşmənlərinin ən zərərlisi ingilislərdir. “İngilis casusunun etirafları” kitabımıza baxın! Doğru olan dörd məzhəbdən birini təqlid etməyə başladıqda, ehtiyac olmadıqca başqa məzhəb təqlid edilməz. Lakin bir işi etməkdə öz məzhəbini təqlid etmək çətin olarsa, o işi dörd məzhəbdən birini təqlid edərək etməsi caiz olur. Dörd məzhəbi “təlfiq” etmək, yəni bir işi etmək üçün dörd məzhəbin asanlıqlarını toplayaraq bu işi bu asanlıqlara uyğun etmək caiz deyildir. Belə edilən iş və ibadət səhih olmaz. Hicrətdən dörd yüz il keçdikdən sonra qiyas edə biləcək, ictihad dərəcəsinə yüksəlmiş mütləq müctəhid yetişmədiyi üçün bu tarixdən sonra gələn alimləri təqlid etmək caiz deyildir. Bu tarixdən əvvəl yetişmiş olan bir müctəhidin məzhəbini öyrənmək üçün bu məzhəb alimlərinin söz birliyi ilə qəbul etdikləri fiqh kitablarını oxumaq lazımdır. Əhli-sünnət alimi olan həqiqi din adamlarının qəbul və təsdiq etmədiyi kitablardan və sözlərdən din bilgisi öyrənməyə qalxışmamaq lazımdır. Hər din kitabına tabe olaraq ibadət etmək caiz deyildir. Əhli-sünnət olmayan din adamlarının kitablarına və sözlərinə tabe olmamaq lazımdır. “Kadihan”, “Haniyyə”, “Hülasa”, “Bəzzaziyyə” və “Zahiriyyə”, “İbn Abidin” fətva kitabları hənəfi məzhəbində, “Müxtəsəri Xalil” malikidə, “Əl-Ənvar li-amali əbrar”, “Tuhfət-ül-möhtac” şafidə və “Əl-fiqh-u aləlməzahib-il-ərbəa” dörd məzhəbdə sağlam və səhihdirlər. İbadət və əhkam bilgiləri hədis kitablarından asan anlaşılmaz. “Əhkam”, halal, haram olan şeylər deməkdir. Hədis kitablarının ən mötəbəri “Buxari”, “Müslim” və “Kütübi sittə” deyilən digər dörd hədis kitabıdır.

Təsəvvüfdən bəhs edən kitabların ən qiymətlisi “Məsnəvi”dir. Təsəvvüfdən və İslamiyyətdən birlikdə bəhs edən ən qiymətli kitab İmam Rabbaninin “Məktubat”ıdır.

Alim görünən və din adamı deyilən hər kəsin sözünə və ya kitabına tabe olaraq əməl etmək caiz deyildir. Yuxarıda bildirilən qiymətli kitablardan toplanmış, tərcümə edilmiş Əhli-sünnət alimlərinin yazdıqları “Elmihal kitabları”nı oxumaq lazımdır. Belə tərcümə edilməmiş, öz başından yazılmış ilmihal kitablarını və uydurma təfsirləri oxumaq insanı dünya və axirət fəlakətlərinə sürükləyər. [Qazanlı qoca moskof Musa Beykiyev kafiri özünə müsəlman deməkdə, Qurani-Kərimə və Hədisi-şəriflərə inanmayıb, yeni bir din uydurub buna İslamiyyət demişdir. Şişirdilmiş sözlərlə, müsəlmanlara mürtəce, Əhli-sünnət alimlərinə dini fanat deyir. Quran və hədislər bugünkü fənn bilgiləri ilə yetişmiş olan gənclərin tabe olacaqları bir din deyildir deyərək, uydurduğu düşüncələrinə din deməkdə, kitabları ilə gəncləri aldatmaqdadır. Buna aldananlar çıxardıqları aylıq türkcə “Xəbər bülleteni” məcmuəsində pozuq, alçaq yalanlarla Əhli-sünnət alimlərinə hücum etməkdədirlər. Onların Əhli-sünnət kitablarını oxuyaraq doğru yola qovuşmaları üçün dua edirik.]

Şirkdən, yəni küfrdən, yəni imansızlıqdan sonra ən böyük günah bidət etiqadında olmaqdır. Bu azğın və pozuq etiqadın əksinə, “Əhli-sünnət vəl-cəmaat” etiqadı deyilir. Allaha imandan sonra ibadətlərin, üstünlüklərin ən qiymətlisi Əhli-sünnət etiqadında olmaqdır. Əhli-sünnət demək, etiqadda, söyləməkdə, hər işdə, ibadətlərdə və insanlara qarşı edilən işlərdə, Muhamməd əleyhissəlamın sünnətinə, yəni yoluna, Əshabı-kirama, Tabiinin və daha sonra gələn Əhli-sünnət alimlərinin (radıyallahu təala anhum əcmain) icmasına, yəni söz birliyinə tabe olmaqdır. Bunların yolunu fiqh və elmihal kitablarından oxuyub öyrənmək lazımdır. Həqiqi müsəlman bu yolda olanlardır. Müsəlmanların çoxu nəfslərinə və qısa ağıllarına, öz görüşlərinə və zamanlarındakı fənn bilgilərinə tabe olaraq Əhli-sünnət alimlərinin yolundan ayrılmış, “bidət əhli” olmuşlar.

[Pis kimsə [Fasiq] ilə dost olmağın sonu fəlakətdir. Pis insan İslamiyyəti bəyənməyən şəxs deməkdir. Muhamməd əleyhissəlamın əmrlərinə və qadağalarına “İslamiyyət” və “Əhkamı ilahiyyə” deyilir. İnsanların ən pisi “Zındıq”lardır. Bunlar müsəlman adını daşıyır, böyük çalma (əmmamə), köhnə cübbə içində gizlənirlər. Peyğəmbərimizi və İslamiyyəti mədh edərlər. Lakin Qurani-Kərimə və Hədisi-şəriflərə yanlış məna verərək İslamiyyəti istədikləri şəklə salarlar. Bunlar ingilis nökərləridir. Londondakı mason mərkəzindən aldıqları bol pul, saxta diplom, şöhrət ilə, kafirlərə satılmış axmaqlardır. Ağlı olan, Əhli-sünnət kitablarını oxumuş olan bunlara aldanmaz. Peyğəmbərimiz bu münafiqlərin gələcəyini və Cəhənnəmin dibində çox acı əzabda əbədi yanacaqlarını xəbər verdi. Gənc qardaşlarımızı bu xain düşmənlərə aldanmaqdan qorumaq üçün bu sətirləri yazırıq. Bu nəsihətimiz ağlı olana çox faydalı olacaqdır. “Ağlı olana nəsihət dinləmək saz, ağlı olmayana davul, zurna az” sözü məşhurdur. Bu bilgilər “Qiyamət və Axirət” kitabımızın 18-ci və sonrakı maddələrində ətraflı yazılıdır.]

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail