Hakikat Books
English

Chapter 12 / 56

Tuli əməl

Questions answered in this chapter (2)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Onuncu pis xasiyyət olan tuli-əməl nədir? draft Report an error
  2. Tuli-əməlin səbəbləri hansılardır? draft Report an error

10 – Qəlb xəstəliklərinin onuncusu “Tuli əməl”dir. Tuli əməl, zövq və səfa sürmək üçün çox yaşamağı istəməkdir. İbadət etmək üçün çox yaşamağı istəmək tuli əməl olmaz. Tuli əməl sahibləri ibadətləri vaxtında etməzlər. Tövbə etməyi tərk edərlər. Qəlbləri sərt olur. Ölümü xatırlamazlar. Moizə və nəsihətdən ibrət almazlar. Hədisi-şərifdə, “Ləzzətlərə son verən şeyi çox xatırlayın” buyuruldu. Hədisi-şərifdə, “Ölümdən sonra olacaq şeyləri bildiyiniz kimi heyvanlar da bilsəydilər, yemək üçün kök, yağlı heyvan tapa bilməzdiniz” və “Gecə və gündüz ölümü xatırlayan şəxs qiyamət günü şəhidlər yanında olacaqdır” buyuruldu. Tuli əməl sahibi daim dünya malına və vəzifəsinə qovuşmaq üçün ömrünü sərf edər, axirəti unudar, yalnız zövq və səfasını düşünər. Ailəsinin bir illik qidasını hazırlamaq uzun əməl olmaz. Bir illik nəfəqəyə “Havayıci aslıyyə” deyilir. Lazımlı əşyadan sayılır. Nisab hesabına qatılmaz. Buna malik olan zəngin sayılmaz. Buna malik olmayan subay şəxsin qırx günlük qida maddəsi saxlaması caizdir. Daha artıq saxlamaları təvəkkülü pozar. Hədisi-şərifdə, “İnsanların ən yaxşısı ömrü uzun və əməli gözəl olan kimsədir”, və “İnsanların ən pisi ömrü uzun, əməli pis olandır”, “Ölmək istəməyin. Qəbr əzabı çox acıdır. Ömrü uzun olub İslamiyyətə tabe olmaq böyük səadətdir” və “Müsəlmanlıqda ağaran tüklər qiyamət günü nur olacaqdır” buyuruldu.

Tuli əməlin səbəbləri dünya zövqlərinə düşkün olmaq və ölümü unutmaq, səhhətinə, gəncliyinə aldanmaqdır. Tuli əməl xəstəliyindən qurtulmaq üçün bu səbəbləri yox etmək lazımdır. Ölümün hər an gələcəyini düşünmək, səhhətin, gəncliyin ölümə mane olmadıqlarını unutmamaq lazımdır. Uşaqlardakı və gənclərdəki ölüm sayısının yaşlılardakı ölüm sayısından çox olduğunu statistika göstərir. Çox xəstələrin yaxşı olub yaşadıqları, çox sağlam insanın tez öldükləri hər zaman görülmüşdür. Tuli əməl sahibi olmağın zərərlərini və ölümü xatırlamağın faydalarını öyrənmək lazımdır. Hədisi-şərifdə, “Ölümü çox xatırlayın. Onu xatırlamaq insanı günah işləməkdən qoruyar və axirətə zərərli olan şeylərdən çəkindirməyə səbəb olar” buyuruldu. Əshabı-kiramdan Bəra ibn Azib (radıyallahu təala anh) deyir ki, bir cənazəni götürdük. Rəsulullah (sallallahu əleyhi və səlləm), qəbr başında oturdu. Ağlamağa başladı. Mübarək göz yaşları torpağa damladı. Sonra, “Ey qardaşlarım! Hamınız buna hazırlaşın” buyurdu. Ömər ibn Abdüləziz (rahiməhullahu təala), bir alimi gördükdə nəsihət istədi. O da, indi xəlifəsən, istədiyin kimi əmr verirsən. Sabah öləcəksən, dedi. Bir az daha söylə, dedikdə, Adəm əleyhissəlama qədər bütün ataların ölümü daddı. İndi sıra sənə gəldi, dedi. Xəlifə uzun zaman ağladı. Hədisi-şərifdə, “İnsanlara nəsihət olaraq ölüm yetişər. Zənginlik istəyənə qəza və qədərə iman etmək yetişər” buyurdu və “İnsanların ən ağıllısı ölümü çox xatırlayandır. Ölümü çox xatırlayan insana, dünyada şərəf, axirətdə yüksək dərəcələr nəsib olar”, və “Allahu təaladan həya edin. Başqalarına qalacaq olan şeyləri toplamaqla vaxtınızı itirməyin. Qovuşa bilməyəcəyiniz şeyləri ələ keçirmək üçün çalışmayın. Ehtiyacınızdan artıq binalar tikməklə həyatınızı sərf etməyin”, və “Evlərinizi haram mallarla tikməyin. Dininizin və dünyanızın xarab olmasına səbəb olar” və çox sevdiyi Üsamə ibn Zeydin (radıyallahu təala anhuma) bir ay sonra ödəmək üzrə yüz qızıla bir kölə satın aldığını eşitdikdə, “Siz buna heyrət etmədinizmi? Üsamə tuli əməl sahibi olmuşdur” buyurdu. Ehtiyac maddələrinin nisyə də alınması caizdir. Bir hədisi-şərifdə, “Cənnətə getmək istəyən uzun əməl sahibi olmasın. Dünya işləri ilə məşğul olması ölümü unutdurmasın. Haram işləməkdə Allahdan həya etsin” buyurdu. Haram olan ləzzətlərin içində yaşamaq üçün uzun əməl sahibi olmaq haramdır. Mübahlarla ləzzətlənmək üçün tuli əməl sahibi olmaq haram olmasa da yaxşı deyildir. Çox yaşamağı deyil, səhhətli və sağlam yaşamağı istəmək lazımdır.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail