Hakikat Books
English

Chapter 15 / 56

Elmin və alimlərin qiyməti

Questions answered in this chapter (6)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. “Riyadun-nasihin”ə görə elm və alimlər haqqında nə bildirilir? draft Report an error
  2. “Alimlər arasında...” hədisi alimlərin qiyməti haqqında nə bildirir? draft Report an error
  3. İnsanı zəlalətdən, pis yoldan qurtaran nədir? draft Report an error
  4. İmam Əbu Yusifin oğlunun vəfatı ilə bağlı hekayə nədir? draft Report an error
  5. Müəllimin təqva sahibi alim oğlu ilə bağlı hekayə nədir? draft Report an error
  6. Həqiqi alimə istehza etmək haqqında nə bildirilir? draft Report an error

Farsca “Riyad-un-Nasihin”1 kitabının 356-cı səhifəsindən başlayaraq deyilir ki:

“Mirsad-ül-ibad minəl-məbdəyi iləl-məad”da2 yazılmış hədisi-şərifdə, “Alimlər arasında qiymətli olmaq üçün, cahillər ilə mücadilə üçün və hər yerdə məşhur olmaq üçün din bilgisi öyrənən elm adamı Cənnətin ətrini belə duymayacaqdır” buyuruldu. Bu hədisi-şərifdən aydın olur ki, mal toplamaq, bir vəzifə əldə etmək və heyvani arzularına qovuşmaq üçün elm öyrənən və elmi ilə əməl etməyən kimsə İslam alimi deyildir. Digər bir hədisi-şərifdə, “Dünyalıq ələ keçirmək üçün elm öyrənən dünyada mal və vəzifə əldə edər. Axirətdəki qazancı ancaq Cəhənnəm atəşi olar”. Belə elmin faydası yoxdur. Belə elmdən qaçmaq lazımdır. Necə ki, hədisi-şərifdə “Ya Rəbb! Məni faydasız elmdən qoru!” buyuruldu. Bir müsəlmanın öyrənməli olduğu bilgilərə “İslam elmləri” deyilir. İslam elmləri iki növdür. “Din bilgiləri” və “Fənn bilgiləri”. Dində reformçular din bilgilərinə “Skolastik bilgilər”, fənn bilgilərinə “Rasional bilgilər” deyirlər. Faydasız elm iki cürdür: Birincisi, yuxarıda bildirilən Cəhənnəmlik olanların öyrəndikləri din bilgiləridir. İkincisi, din bilgiləri ilə birlikdə olmayan fənn bilgiləridir. [Qədim romalıların yəhudilərə etdikləri aslanlar zülmü, orta əsrlərdə xristianların Fələstində müsəlmanlara etdikləri qorxunc hücumlar, Hitlerin Avropada, rus və çin kommunistlərinin Asiyada milyonlarca insanın canına qıydıqları nüvə silahları və ingilislərin millətləri aldadaraq qardaşı qardaşa qırdırdıqları hücumlar hamısı bu fənn bilgiləri ilə edildi.] Allahu təala fənn bilgilərində irəliləmiş olan bu vəhşi insan düşmənlərini eşşəklərə bənzədərək “Tövratı [və İncili] yüklənmiş eşşək kimidirlər” buyurmaqdadır. İslam əxlaqından xəbərləri olmayan bu zalım fənn adamları Haqq yolunda deyildirlər. Haqq təala bunlardan razı deyildir. [“Künuz-üd-dəqaiq”dəki hədisi-şərifdə “Ən yaxşınız Quranı öyrənən və öyrədəndir” buyuruldu.] “Mişkat” kitabında deyilir ki, “Hər müsəlman kişinin və qadının İslam bilgilərini öyrənmələri fərzdir” hədisi-şərifi Allahu təalanın rızasına uyğun elmləri öyrənməyi əmr etməkdədir. Uyğun olmayan kimsələrə elm öyrətmək, donuzlara qızıl və mirvari boyunbağı taxmaq kimidir. [“Türkiye” qəzetinin 12 iyun 1995-ci il tarixli təqvim səhifəsində yazılmış olan hədisi-şərifdə, “Qiyamətə yaxın həqiqi din bilgiləri azalacaq. Cahil din adamları öz düşüncələri ilə fətva verərək, insanları doğru yoldan azdıracaqlar” buyuruldu.] Bir hədisi-şərifdə buyuruldu ki, “Bir zaman gələcək ki, insanlar din adamından küçədə rastlaşdıqları eşşək ölüsündən qaçar kimi qaçarlar”. Bu hal insanların hallarının pozuq, pis olacağını xəbər verir. Çünki elmə Allahu təala qiymət verir. Lakin dünyaya tapınan axmaqlar uşaq ikən ana-ata tərbiyəsi almamış, məktəbə getməmiş, böyük yaşında ikən də həqiqi din aliminin söhbətində iştirak etməklə və ya onların kitablarını oxumaqla şərəflənə bilməmişdirlər. Bunlar dinlərinin nöqsan olması təhlükəsindən qorxmazlar və həqiqi din alimlərinin kitablarından oxuyub öyrənməzlər. Bunların tək düşüncələri pul, mal toplamaq və vəzifə əldə etməkdir. Halaldanmı, haramdanmı gəldiyini heç ayırd etməzlər. Haqqı batildən ayıra bilməzlər. Elmin və həqiqi din alimlərinin qiymətini bilməzlər. Həqiqi din adamlarının vəzləri, kitabları bunların nəzərində, heyvan bazarında gözəl ətirlər satan əttar və korlara ayna satan kimidir. Əbu Ləhəb kimi kimsəyə “Taha” surəsini oxumaq, küçə avarasının cibinə mirvari, mərcan doldurmaq, bir kora sürmə hədiyyə etmək, ağıllı kimsənin edəcəyi şey deyildir. Allahu təala belə başı boş insana “Bunlar heyvan kimidir, hətta daha aşağıdırlar” buyurdu. Ənəs ibn Malikin xəbər verdiyi hədisi-şərifdə, “Alimi haqsız olaraq təhqir edəni, Allahu təala bütün insanlar arasında dəyərsiz, rəzil edər. Alimə hörmət edəni Allahu təala Peyğəmbərlər kimi əziz edər, şərəfləndirər” buyuruldu. Bir hədisi-şərifdə, “Bir kimsə, alimin səsindən yüksək səslə danışarsa, Allahu təala onu dünyada və axirətdə dəyərsiz, mənfur edər. Əgər peşman olub, tövbə edərsə əfv olunar.” Göründüyü kimi həqiqi alimlərə hörmət etmək lazımdır. Şeir:

Bir damla sudan yaradıldın unutma!

Əsla özünü alimlərlə bir tutma!

Bax, nə buyurdu Mustafa:

“Alimə edilən hörmət, hörmət etmək olur mənə!”

Yaxşı bil ki, insanı zəlalətdən, pis yoldan elm və alimlər qurtarar. Rəhbər olmadan doğru yola qovuşmaq olmaz. Bunun üçün Əhli-sünnət alimlərini və onların yazdığı doğru din kitablarını axtarıb tapmaq lazımdır. Uca Peyğəmbər Musa əleyhissəlam elmin ən yüksək dərəcəsində olduğu, Allahu təala ilə danışmaq şərəfinə qovuşduğu və Allahu təalanın məhəbbət şərbətindən içdiyi halda elmə yiyələnmək üçün öz tələbəsi olan Yuşa əleyhissəlam ilə birlikdə Hızır əleyhissəlamın yanına gəldiyi “Kəhf” surəsində bildirilir. Musa əleyhissəlam məntiq elminin ustadı ikən, Hızır əleyhissəlamdan elm öyrənməyə gəldi. Buxari təfsiri bunu geniş anlatır. O halda, ey qardaşım! Qiymətli ömrünü elmdən və alimdən daha qiymətli olan bir şey tapdınmı ki, ona sərf edirsən? Bilmirsənmi ki, dinimiz elmə qiymət verməyi, alimlərə hörmət etməyi və Allah yolunda olanlarla bərabər olmağı əmr etməkdədir. Bunun üçün qiymətli ömrünü faydasız şeylərlə keçirmə! Hədisi-şərifdə, “Doğru elm sahibi olan və elmi ilə əməl edən bir alimlə Peyğəmbərlər arasında bir dərəcə fərq vardır. Bu bir dərəcə peyğəmbərlik məqamıdır” buyuruldu. Bu səadətə qovuşmaq üçün elm öyrənməyə çalışmaq lazımdır. Şeir:

Ey elm öyrənməkdə olan məsud kimsə!

Ömrünün bir dəqiqəsini boş keçirmə!

Bu nəsihətimin qiymətini bil!

Peşman olur qiymət bilməyən kimsə!

Hekayə: İmam Əbu Yusif Qazının on beş yaşında oğlu vardı. Oğlunu çox sevirdi. Anidən vəfat etdi. Tələbəsinə “Dəfn işini sizin öhdənizə buraxdım. Mən ustadımın dərsinə gedirəm. Bu günkü dərsi qaçırmayım” dedi. İmamı vəfatından sonra röyada gördülər. Cənnətdə, böyük bir imarətin qarşısında dururdu. İmarətin yüksəkliyi Ərşə çatırdı. “Bu imarət kimindir?” deyildikdə, “mənimdir” buyurdu. “Buna necə qovuşdun?” deyildikdə, “Elmə, elm öyrənməyə və öyrətməyə olan məhəbbətim ilə” buyurdu. Ey qardaşım! Dünyada və axirətdə əziz olmaq üçün elm öyrən! Şeir:

Həmişə nəşəli olmaq üçün,

hər yerdə hörmət tapmaq üçün,

elm sahibi olmağa çalış,

elm tacını daşımağa alış!

Hekayə: Bu fəqirin müəlliminin uşaqlarının ən böyüyü təqva sahibi idi və çox alim idi.3 Vəfat edərkən atası yatağının başında idi. Vəfat etdikdə üstünü örtdü. Mədrəsəyə gəlib bir cüz hədis dərsi verdi. Sonra mədrəsədən çıxıb dəfn işinə başladı. Dağlardan, hər yerdən gələn bir səs, “Oğlumun əcəli gəldi. Vəfat etdi. Bu iş Allahu təalanın rızası ilə olduğu üçün mən də razı oldum. Başqa bir çarə bilmirəm. Allahu təalanın qəzası və əmri belə oldu” deyirdi. Hassan ibn Atıyyənin (radıyallahu anh) rəvayət etdiyi hədisi-şərifdə, “Alimin ölümünə üzülməyən münafiqdir. İnsanlar üçün bir alimin ölümündən daha böyük musibət yoxdur. Bir alim öldükdə göylər və göylərdə olanlar yetmiş gün ağlar” buyuruldu. Həqiqi alim vəfat etdikdə dində bir yara açılar ki, qiyamətə qədər bağlanmaz. Digər bir hədisi-şərifdə, “Bir insan ya alimdir, yaxud elm öyrənməkdə olan tələbədir. Yaxud bunları sevməkdədir. Bu üçündən başqaları axırlarda uçan milçəklər kimidir” buyuruldu. Bu dördüncü dərəcədən olmamağa çalışın! Şeir:

İnsanı Cəhənnəmdən qurtaran elmdir.

Kimsənin səndən ala bilməyəcəyi mal elmdir.

Elmdən başqa bir şey istəmə ki,

dünyada və axirətdə məqsədə qovuşduran elmdir!

Bəldəci fətvalarında deyilir ki, İmam Sadr-üş-şəhid4 deyir ki, “Həqiqi alim ilə istehza edənin zövcəsi boş olur”. Bir alimə axmaq, cahil, donuz, eşşək deyən təzir (cəza) edilir. Təhqir edərək söylərsə, kafir olur, zövcəsi boş olur. İmam Muhamməd buyurur ki, küfrə səbəb olan hər kəliməni söyləmək də belədir. Elmi və alimləri təhqir edən kafir olur. Allahu təala hamımıza faydalı elm nəsib etsin. Faydası olmayandan mühafizə etsin. Faydası olan elm Rəsulullahdan gələn elmdir. Bu elmlər Əhli-sünnət alimlərinin kitablarında yazılmışdır.

Notes

  1. “Riyad-un-nasihin” kitabını Muhamməd Rəbhami hicri 835-ci ildə yazmışdır. 1313-cü ildə Bombeydə çap edilmiş, 1994-cü ildə Hakikat Kitabevi tərəfindən ikinci nəşri edilmişdir. ↑
  2. “Mirsad-ül-ibad” müəllifi Nəcmüddin Əbu Bəkr Razi 654-cü ildə vəfat etmişdir. ↑
  3. “Riyad-ün-nasıhin” kitabının müəllifi, Mövlana Muhamməd Rəbhamidir. Onun ustadı Allamə Muhamməd Cəlal Qayini Sümmə Hirəvidir. ↑
  4. Sadr-üş-şəhid Hüsaməddin Ömər, 536-cı ildə Səmərqənddə şəhid oldu. ↑

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail