Hakikat Books
English

Chapter 16 / 56

Təzəllül

Questions answered in this chapter (3)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. On üçüncü pis xasiyyət olan təzəllül (özünü həddən artıq alçaltmaq) nədir? draft Report an error
  2. Təzəllül niyə pis xasiyyətdir? draft Report an error
  3. Sənət və ticarət kimi işlər görmək təzəllüldürmü? draft Report an error

13 - Təvazönün həddən artıq miqdarına “Təzəllül”, bayağılıq, özünü aşağı tutmaq deyilir. Təzəllül haramdır. Başqa haramlarda olduğu kimi bu da zərurət ilə caiz olur. Dinini, canını, malını, şərəfini qorumaq, zalımdan qurtulmaq “Zərurət”dir. Məşəqqət, çətinlik olduqda, asanlıq axtarmaq caiz olur.

Təzəllül, pis əxlaqlardan biridir. Bir alimin yanına bir çəkməçi gəldiyi zaman alimin ayağa qalxıb, yerinə onu oturtması, gedəcəyi zaman qapıya qədər yanında getməsi və çəkmələrini önünə qoyması təzəllülə bir misaldır. Yalnız ayağa qalxıb otursaydı, ona yer göstərsəydi və işini, halını, nə üçün gəldiyini soruşsaydı, suallarına gülər üzlə cavab versəydi, dəvətini qəbul etsəydi, sıxıntısını aradan qaldıracaq bir şey etsəydi, təvazö göstərmiş olardı. Hədisi-şərifdə, “Din qardaşını sıxıntıdan qurtarana [nafilə] həcc və umrə savabı verilir” buyuruldu. Həzrəti Həsən (radıyallahu təala anh) Sabit Bənaniyə (rahiməhullahu təala) bir ehtiyacını həll etməsini rica etdi. “Camidə itiqaf edirəm, başqa vaxt edərəm” dedikdə, “din qardaşının ehtiyacını həll etmək üçün getməyin [nafilə] həcc savabından daha xeyirli olduğunu bilmirsənmi?” dedi. Vəzifə sahiblərinin möhtac olanlara və müəllimlərin tələbələrinə vəzifələri ilə və malları ilə yardım etmələrinin çox savab olması bu hədisi-şərifə söykənir. Nəfəqəsi, yəni bir günlük yeyəcəyi, içəcəyi olan kimsənin dilənməsi təzəllüldür, haramdır. Bunun bir günlük nəfəqəsi olmayan başqa bir kimsə üçün və ya borclu üçün yardım toplaması təzəllül olmaz. Daha çox hədiyyə almaq üçün az bir şeyi hədiyyə vermək də təzəllül olur. Ayəti-kərimə belə hədiyyə verməyi qadağan edir. Alınan hədiyyənin qarşılığını bundan artıq vermək əfzəldir. Lakin daha çox qarşılıq üçün hədiyyə vermək caiz deyildir. Dəvət olunmadan ziyafətə getmək də təzəllüldür. Hədisi-şərifdə, “Dəvət edilən yerə getməmək günahdır. Dəvət olunmadığı yerə getmək oğurluq etmək olur” buyuruldu. Nikah sahibinin dəvət etdiyi yerdə haram şeylər yoxdursa, bu dəvətə getmək vacib olur. Başqa dəvətlərə getmək sünnətdir. Riya və iftixar üçün, yəni göstəriş və öyünmək üçün edilən dəvətlərə getmək caiz deyildir. Bir mənfəətə qovuşmaq düşüncəsiylə, dövlət adamları ilə, hakimlərlə, zənginlərlə dostluq etmək təzəllül olur. Zərurətin müstəsna olduğu yuxarıda bildirilmişdi. Belə kimsələrlə qarşılaşdıqda, onlara salam verərkən əyilmək və səcdə etmək də təzəllüldür. Böyük günahdır. İbadət məqsədilə əyilmək küfrdür. Yəhudilərin salam vermələrinə bənzəyir. [Fəqir möhtac deməkdir. İslamiyyətdə zəruri ehtiyaclardan əlavə qurban nisabı miqdarı malı olmayana “Fəqir” deyilir. Rəsulullahın (sallallahu təala əleyhi və səlləm) Allahu təaladan istədiyi və öyündüyü fəqirlik, hər zaman, hər işdə Allahu təalaya möhtac olduğunu bilməkdir. Abdüllah Dəhləvi (rahiməhullahu təala), “Dürr-ül-məarif” kitabında buyurur ki, “Təsəvvüfdə “fəqir”, muradı olmayan, yəni Allahu təalanın rızasından başqa diləyi olmayan deməkdir”. Belə olan şəxs nəfəqə olmadıqda səbr və qənaət edər. Allahu təalanın felindən və iradəsindən razı olur. Allahu təala əmr etdiyi üçün ruzi qazanmağa çalışar. Çalışarkən, ibadətlərini tərk etməz və haram işləməz. Qazanarkən də, qazandığını sərf edərkən də İslamiyyətə tabe olar. Belə kimsəyə zənginlik də, yoxsulluq da faydalı olur. Dünya və axirət səadətinə qovuşmasına səbəb olur. Lakin nəfsinə tabe olaraq səbr və qənaət etməyən Allahu təalanın qəza və qədərinə razı olmaz. Kasıb olduqda az verdin deyə etiraz edər. Zəngin olarsa, doymaz, daha çox istər. Qazandığını haramlara sərf edər. Onun zənginliyi də, onun yoxsulluğu da, dünyada və axirətdə fəlakətinə səbəb olur.]

Hər sənətə yiyələnmək və ticarət etmək, maaş, məvacib qarşılığında mübah olan işləri görmək, məsələn, çobanlıq, bağbanlıq etmək, inşaatda, qazıntıda çalışmaq və belində yük daşımaq təzəllül deyildir. Peyğəmbərlər (əleyhimussaləvatu vəttəslimat) və Vəlilər (rahiməhumullahu təala) bunları etmişdirlər. Özünün və ailəsinin nəfəqəsini (ehtiyaclarını) təmin etmək üçün çalışmaq fərzdir. Başqalarına yardım üçün hər cür qazanc yolunda çalışaraq daha artıq qazanmaq mübahdır. İdris əleyhissəlam dərzilik edərdi. Davud əleyhissəlam dəmirçilik edərdi. İbrahim əleyhissəlam əkinçilik və parça ticarəti edərdi. İlk olaraq parça toxuyan Adəm əleyhissəlamdır. [Din düşmənləri ilk insanların ot ilə örtündüklərini, mağarada yaşadıqlarını yazırlar. Bu yazılarının heç bir əsası yoxdur.] İsa əleyhissəlam pinəçilik edərdi. Nuh əleyhissəlam xarratlıq, Saleh əleyhissəlam çantaçılıq edərdi. Peyğəmbərlərin çoxu (əleyhimussaləvatu vəttəslimat) çobanlıq etmişdir. Hədisi-şərifdə, “Evinin ehtiyaclarını alıb gətirmək kibrsizlik əlamətidir” buyuruldu. Rəsulullah (sallallahu təala əleyhi və səlləm) mal satmış və satın almışdır. Satın alması daha çox olmuşdur. Əmək haqqı ilə çalışmış və çalışdırmışdır. Mudarəbə şirkəti1 və ortaqlıq qurmuşdur. Başqasına vəkil olmuş və vəkil etmişdir. Hədiyyə vermiş və almışdır. Borc və ariyyət2 mal almışdır. Vəqf (fond) qurmuşdur. Dünya işi üçün heç kimə hirslənməmiş, heç kimə incidəcək söz söyləməmişdir. And içmiş və içdirmişdir. And içdiyi şeyləri etmiş, etməyib kəffarət verdiyi də olmuşdur. Lətifə etmiş və söyləmiş, lətifələri həmişə haqq üzrə və faydalı olmuşdur. Yuxarıda sayılanları etməkdən çəkinmək, utanmaq kibr olur. Çox kimsələr burada yanılırlar. Təvazökarlığı ilə təzəllülü bir-biri ilə qarışdırırlar. Nəfs, burada çox kimsələri aldadır.

Gəl ey qürbət diyarında əsir olub qalan insan.

Gəl ey dünya xarabında yatıb qafil olan insan!

Gözün aç, ətrafa bir bax, neçə bəylər gəlib keçdi.

Nə məcnundur bu faniyə könül verib duran insan!

Qəfəsdə bülbülə şəkər verərlər, lakin heç durmaz.

Əcəb neyçün qərar edər, bu zindana girən insan!

Ağlını başına topla, əlində var ikən fürsət.

Sonsuz əzab çəkəcəkdir, “Adam sən də” deyən insan!

Notes

  1. Ortaqlardan bir qisminin sərmayə qoyması və bir qisminin iş görməsi ilə qurulan ortaqlıq. ↑
  2. Əvəzi ödənilməyən, istifadəyə verilən mal. ↑

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail