Hakikat Books
English

Chapter 17 / 56

Ucb

Questions answered in this chapter (3)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. On dördüncü pis xasiyyət olan ucb nədir? draft Report an error
  2. Ucbun zərərləri (afətləri) hansılardır? draft Report an error
  3. “Üç şey insanı fəlakətə sürükləyər” hədisi nəyi bildirir? draft Report an error

14 – Pis əxlaqın on dördüncüsü ucbdur. Ucb, etdiyi ibadətləri, yaxşılıqları bəyənərək bunlarla öyünməkdir. Etdiyi ibadətlərin, yaxşılıqların qiymətini bilərək, bunların əldən getməsini düşünərək qorxmaq, üzülmək ucb olmaz. Yaxud, bunların Allahu təaladan gələn nemətlər olduğunu düşünərək sevinmək də ucb olmaz. Bunların Allahu təaladan gələn nemətlər olduğunu düşünməyərək özü etdiyini, qazandığını sanaraq sevinmək, özünü bəyənmək, ucb olur. Ucbun ziddinə “Minnət” deyilir. Minnət, nemətə öz əliylə, öz çalışmasıyla qovuşmadığını, Allahu təalanın lütfü və ehsanı olduğunu düşünməkdir. Belə düşünmək ucb təhlükəsi olduğu zaman fərz olur. Digər zamanlarda isə müstəhəbdir. İnsanı ucba sürükləyən səbəblərin başında cəhalət və qəflət gəlir. Bu ucbdan qurtulmaq üçün hər şeyin Allahu təalanın diləməsi ilə və yaratması ilə meydana gəldiyini, ağıl, elm, ibadət etmək, mal və vəzifə kimi qiymətli nemətlərin Allahu təalanın lütfü və ehsanı olduqlarını düşünmək lazımdır. “Nemət”, insana faydalı olan, xoş gələn şey deməkdir. Bütün nemətləri göndərən Allahu təaladır. Ondan başqa yaradan və göndərən yoxdur. Əshabı-kiramdan bəziləri (radıyallahu təala anhum əcmain) Huneyn savaşında əsgərin çoxluğunu görərək, artıq biz heç məğlub olmarıq, dedi. Bu sözlər Rəsulullahın (sallallahu əleyhi və səlləm) mübarək qulağına çatanda üzüldü. Bunun üçün hərbin başlanğıcında nüsrəti ilahi (ilahi yardım) yetişməyib, məğlubiyyət başladı. Sonra, Cənabı Haqq mərhəmət edərək zəfər nəsib eylədi. Davud əleyhissəlam dua edərkən, “Ya Rəbb! Övladlarımdan bir neçəsinin namaz qılmadığı heç bir gecə yoxdur və oruc tutmadığı heç bir gün keçməmişdir” demişdi. Bunun qarşılığında Allahu təala, “Mən diləməsəydim, qüvvət və imkan verməsəydim bunların heç biri edilə bilməzdi” buyurdu. Davud əleyhissəlamın bu sözü qeyrəti-ilahiyyəyə toxundu, tarix kitablarında yazılan sıxıntıların başına gəlməsinə səbəb oldu. Kibrə səbəb olan şeyləri yuxarıda bildirmişdik. Bunlar ucba da səbəb olurlar. Allahu təalanın nemətlərinə şükr etmək də böyük bir nemətdir.

Ucbun zərərləri, afətləri çoxdur: Kibrə səbəb olur, günahları unutmağa səbəb olur. Günah qəlbi qaraldır. Günahlarını düşünən insan ibadətlərini böyük görməz. İbadət etməyin də Allahu təalanın lütfü, ehsanı olduğunu düşünər. Ucb sahibi Allahu təalanın məkrini (cəza) və əzabını da unudar. Başqalarından istifadə etməkdən məhrum qalar. Heç kimlə məşvərət etməz, məsləhətləşməz.

Hədisi-şərifdə, “Üç şey insanı fəlakətə sürükləyər: Buhl, həva və ucb”. Buhl sahibi, yəni xəsis kimsə, Allaha qarşı və qullara qarşı olan haqları və vəzifələri ödəməkdən məhrum olur. Həvasına, yəni nəfsinin arzularına tabe olan və ucb sahibi olan, yəni nəfsini bəyənən kimsə, mütləq həlaka, fəlakətə düçar olar. İmam Muhamməd Qəzali (rahiməhullahu təala) buyurdu ki, “Bütün pisliklərin başı, mənbəyi üçdür: Həsəd, riya, ucb. Qəlbini bunlardan təmizləməyə çalış!” Ucb sahibi həmişə mən, mən deyər. Toplantılarda baş tərəfdə olmaq istər. Hər sözünün qəbul olunmasını istəyər.

Hədisi-şərifdə, “Günah işləməzsəniz, daha böyük günaha yaxalanmanızdan qorxaram. O da ucbdur” buyuruldu. Günah işləyənin boynu bükük olur. Tövbə edə bilər. Ucb sahibi elmi ilə, əməli ilə məğrur olur. Eqoist olur. Tövbə etməsi çətin olur. Günah işləyənlərin iniltiləri Allahu təalaya təsbeh çəkənlərin öyünməsindən xoş gəlir. Ucbun ən pisi xətalarını, nəfsinin həvasını bəyənməkdir. Belə insan həmişə nəfsinə tabe olar, nəsihət qəbul etməz və başqalarını cahil sanar. Halbuki, özü çox cahildir. Bidət sahibləri, məzhəbsizlər belədirlər. Pozuq, azğın etiqadlarını və əməllərini doğru və yaxşı bilib, bunlara sarılmışdırlar. Belə ucbun əlacı çox çətindir. Maidə surəsinin, “Özünüzə baxın. Özünüz doğru yolda olduqca, başqalarının azması sizə zərər verməz!” məalindəki 105-ci ayəti-kəriməsinin mənasını Rəsulullahdan soruşdular. Cavabında, “İslamiyyətin əmrlərini bildirin və qadağan etdiklərini bildirin! Bir kimsə ucb edər, sizi dinləməzsə, öz halınızı islah edin” buyurdu. Ucb xəstələrinin dərmanını hazırlayan alimlər Əhli-sünnət alimləridir. Lakin bu xəstələr xəstəliklərini bilmədikləri, özlərini səhhətli sandıqları üçün, bu təbiblərin nəsihətlərini, elmlərini qəbul etməzlər, fəlakətdə qalarlar. Halbuki bu alimlər Rəsulullahdan (sallallahu əleyhi və səlləm) aldıqları əlacları heç dəyişdirmədən, korlamadan təqdim edirlər. Cahillər, axmaqlar bu əlacları, onların etdiklərini sanır. Haqq yolda olduqlarını zənn edərək özlərini bəyənirlər.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail