Hakikat Books
English

Chapter 24 / 56

Qadr

21 – Qəzəbə səbəb olanlardan biri də “Qadr”, yəni əhdində və misaqında durmamaqdır. Bir tərəfin söz verməsinə “Vəd” deyilir. İki nəfərin sözləşməsinə “Əhd” deyilir. And içməklə qüvvətləndirilən vədə “Misaq” deyilir. Qarşılıqlı sözləşənə əvvəlcədən xəbər vermədən sözünü pozmağa qadr deyilir. Dövlət rəisi kafirlərlə etdiyi muahədəni (sözləşməni) pozmaq lazım olduğunu anlasa, onlara xəbər verməsi vacibdir. Xəbər vermədən əvvəl pozması caiz deyildir. Hədisi-şərifdə “Qadr edən qiyamət günü pis şəkildə cəzasını görəcək” buyuruldu. Qadr etmək haramdır. Kafirlərə verilən əhdi də qorumaq vacibdir.

Hədisi-şərifdə, “Əmin olmayan insanda iman yoxdur. Əhdini pozan insanda din yoxdur” buyuruldu. Bu hədisi-şərif əmanətə xəyanət edənin imanı kamil olmaz, buna əhəmiyyət verməzsə imanı qalmaz, deməkdir.

Allahummə innəkə Afüvvün, Kərimün tühıbbül afvə fafü anni!

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail