22 – Qəlb xəstəliklərinin iyirmi ikincisi xəyanətdir. Xəyanət etmək də qəzəbə səbəb olar. Xəyanət də haramdır. Münafiqlik əlamətidir. Xəyanətin ziddi əmanətdir, əmin olmaqdır. Xəyanət, birisinə özünü əmin tanıtdıqdan sonra o əminliyi pozan bir iş görmək deməkdir. Mömin, hər kəsin malını, canını etibar etdiyi insandır. Əmanət və xəyanət malda olduğu kimi sözdə də olur. Hədisi-şərifdə, “Məşvərət edilən kimsə əmindir” buyuruldu. Yəni, onun doğru danışacağına və soruşulanı başqalarından gizləyəcəyinə əmin olunur, güvənilir. Onun doğru söyləməsi vacibdir. İnsan malını əmin olduğu insanlara həvalə etdiyi kimi doğru danışacağına əmin olduğu birisi ilə məsləhətləşir. Ali-İmran surəsi 159-cu ayətində məalən, “Görəcəyin bir işi əvvəlcədən məsləhətləş” buyuruldu. Məsləhətləşmək, məşvərət etmək insanı peşman olmaqdan qoruyan bir qala kimidir. Məsləhət alınan kimsənin insanların halını, zamanın və o yerin şərtlərini bilməsi lazımdır. Buna siyasət elmi deyilir. Bundan başqa ağlı, fikri qüvvətli, uzaqgörən, hətta səhhəti yerində olması lazımdır. Məsləhət edilən kimsənin bilmədiyini və ya bildiyinin əksini söyləməsi günahdır. Xəta ilə söyləməsi günah olmaz. Yuxarıdakı şərtlərə sahib olmayan birisi ilə məsləhətləşilərsə, hər iki tərəfə günah olar. Din və dünya işlərində bilməyərək fətva verənə mələklər lənət edər. Bir nəfər zərərli olduğunu bilərək bir əmr versə xəyanət etmiş olar.
[“Hadiqa”da deyilir ki, Abdullah ibn Məsud (radıyallahu təala anh) buyurdu ki, “Dinimizdən ilk olaraq ayrılacağınız, əlinizdən qaçıracağınız şey əmanət olacaq. Son olaraq əlinizdən çıxacaq olan şey namazdır. Dini olmadığı halda namaz qılan insanlar olacaqdır”. Hədisi-şərifdə, “Yoldaşlıq etdiyi insanı öldürən mənim ümmətimdən deyil. Öldürülən kafir də olsa yenə belədir” buyuruldu.]