Hakikat Books
English

Chapter 39 / 56

Üzrü rədd etmək

36 – Müsəlmanın üzrünü rədd etmək məkruhdur. Hədisi-şərifdə “Müsəlman qardaşının üzrünü qəbul etməmək günah olar” buyuruldu. Üzrü qəbul etmək və qüsurları əfv etmək Allahu təalanın sifətlərindəndir. Belə olmayan kimsəyə Allahu təala qəzəb və əzab edər. Üzr istəmək üç cür olur: Nə üçün etdim? Və ya bunun üçün etdim. Kaş ki, etməsəydim demək və ya etdim, bir daha etmərəm, demək. Yaxud, etmədim deyərək inkar etmək. Etdim, bir daha etmərəm demək tövbə olar. Mömin, əfv etməsi üçün üzr istəməsini gözləyər. Münafiq eyiblərin ortaya çıxmasını istəyər. Hədisi-şərifdə “İffət sahibi olun. Çirkin şeylər etməyin. Qadınlarınızı da afif (iffətli) edin” və “İffət sahibi olsanız, qadınlarınız da afif olar. Ananıza, atanıza lütf edərsəniz, uşaqlarınız da sizə lütf edər. Din qardaşının üzrünü qəbul etməyən kövsər hovuzundan içməyəcəkdir” buyuruldu. Bu hədisi-şərif din qardaşının pislik etdiyini və üzrünün yalan olduğunu bilməyən kimsə üçündür. Çünki bunun üzrünü rədd etmək müsəlmana sui-zənn etmək olar. Yalan söylədiyini bilərək üzrünü qəbul etmək əfv olar. Əfv etmək vacib deyil, müstəhəbdir.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail