Hakikat Books
English

Chapter 9 / 136

İkinci şərt: Mələklərə inanmaq

Questions answered in this chapter (2)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. “Və məlaikətihi” nə deməkdir; mələklər necə varlıqlardır? draft Report an error
  2. Dörd böyük mələk (Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl) və vəzifələri hansılardır? draft Report an error

Və Mələikətihi: Allahu təalanın mələklərinə inandım deməkdir. Mələklər Allahu təalanın qullarıdır. Hamısı Allahu təalanın əmrlərinə itaət edər. Günah işləməzlər. Kişi və qadın deyillər. Evlənməzlər. Diridirlər. Yeməzlər, içməzlər, yatmazlar. Nurani cisimdirlər, ağıllıdırlar. Ən üstün olanları dörddür.

1. Cəbrail-əleyhissəlam: Vəzifəsi Peyğəmbərlərə vəhy gətirmək, əmr və qadağaları bildirməkdir.

2. İsrafil-əleyhissəlam: Sura üfürməklə vəzifəlidir. Birinci üfürməsindən hasil olan səsi eşidən Allahu təaladan başqa hər diri öləcək, ikincisində hamısı təkrar diriləcək.

3. Mikail-əleyhissəlam: Ruzi göndərmək, ucuzluq, bolluq, qıtlıq, bahalıq və hər maddəni hərəkət etdirməklə vəzifəlidir.

4. Əzrail-əleyhissəlam: İnsanların ruhunu almaqla vəzifəlidir.

Bunlardan sonra dörd sinif mələk vardır. Hamələi-arş deyilən mələklər dörd ədəddir. Huzuri-ilahidə olan mələklərə Mukarrebin deyilir. Əzab mələklərinin böyüklərinə Kərubiyan, rəhmət mələklərinə Ruhaniyan deyilir. Cənnət mələklərinin böyüyünün adı Rıdvan, Cəhənnəm mələklərinin böyüyünün adı Malik-dir. Cəhənnəm mələklərinə Zəbani deyilir. Sayı ən çox olan məxluq mələklərdir. Göylərdə mələklərin ibadət etmədikləri boş bir yer yoxdur.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail