Hakikat Books
English

Chapter 115 / 136

Qəza namazları

Questions answered in this chapter (7)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Namaz başqasının yerinə qılına bilərmi? draft Report an error
  2. Tərtib sahibi olmaq nədir və nə vaxt fərzdir? draft Report an error
  3. Fərz, vacib və sünnət namazların qəzası hansı hökmdədir? draft Report an error
  4. Fərz namazları bilərəkdən və üzrsüz tərk etmək nəyə səbəb olur? draft Report an error
  5. Namazın dinin dirəyi olduğu hansı hədislə bildirilir? draft Report an error
  6. Bir namazı vaxtında qılmamaq neçə cür olur? draft Report an error
  7. Qəza namazları necə (niyyət edilərək) qılınır? draft Report an error

Namaz bədən ilə edilən bir ibadət olduğundan, başqası başqasının yerinə qıla bilməz. Hər kəsin özünün qılması lazımdır. Namazları vaxtında qılmağa “Əda” deyilir. Hər hansı bir zamanda təkrar qılmağa “İadə” deyilir. Məsələn, məkruh olaraq qılınan namazın vaxtı çıxmadan, buna imkan olmazsa, hər zaman iadəsi vacibdir. Fərz və vacib olan namazı vaxtı keçdikdən sonra qılmağa “Qəza” etmək deyilir.

Bir günlük beş vaxt fərzi və vitr namazını qılarkən və qəza edərkən tərtib sahibi olmaq fərzdir. Yəni namaz qılarkən, sıralarına diqqət etmək lazımdır. Beşdən artıq qəzası olmayana “Tərtib sahibi” deyilir. Cümə fərzini o günün zöhr namazı sırasında qılmaq lazımdır. Sübh namazına qalxa bilməyən xütbə oxunarkən belə xatırlayarsa, dərhal bunu qəza etməlidir. Bir namazı qılmadıqca ondan sonrakı beş namazı qılmaq caiz olmaz. Hədisi-şərifdə, “Bir namazı yuxuda keçirən və ya unudan kimsə sonrakı namazı camaat ilə qılarkən xatırlayarsa, imamla namazı bitirib, sonra öncəki namazını qəza etsin! Bundan sonra imamla qıldığını təkrar qılsın!” buyuruldu.

Fərzi qəza etmək fərzdir. Vacibi qəza etmək vacibdir. Sünnəti qəza etmək əmr olunmadı. Hənəfi məzhəbinin alimləri söz birliyi ilə bildirirlər ki; “Sünnət namazlarının yalnız vaxtında qılınmaları əmr olundu. Vaxtında qılınmayan sünnət namazlar insanın üzərində borc qalmaz. Bunun üçün vaxtından sonra qəza edilmələri əmr olunmadı. Sübh namazının sünnəti vacibə yaxın olduğundan o gün zöhrdən əvvəl fərzi ilə birlikdə qəza edilir. Sübh namazının sünnəti zöhrdən sonra, başqa sünnətlər isə heç bir zaman qəza edilməz. Qəza olarsa, sünnət savabı hasil olmaz, nafilə qılınmış olar.” “İbn Abidin”də və “Tərgib-üs-salat” 162-ci səhifələrində deyilir ki, “sünnətləri üzrsüz oturaraq qılmaq caizdir. Heç qılmamaq günahdır. Fərzləri üzr ilə oturaraq qılmaq caizdir”.

Fərz namazları bilərək və üzrsüz olaraq tərk etmək böyük günahdır. Vaxtında qılınmayan belə namazları qəza etmək lazımdır. Fərz və vacib olan bir namazı bilə-bilə qəzaya buraxa bilmək üçün iki üzr vardır: Biri düşmən qarşısında olmaqdır. İkincisi səfərdə olan, yəni üç günlük yol getməyə niyyəti olmasa belə, yolda olan kimsənin oğrudan, yırtıcı heyvandan, seldən, fırtınadan qorxmasıdır. Bunlar oturaraq və hər hansı bir tərəfə dönərək və ya heyvan üzərində ima ilə də qıla bilmədiyi zaman qəzaya buraxa bilər. Bu iki səbəblə fərzləri qəzaya buraxmaq, yuxu və unutmaq səbəbi ilə qılmamaq günah olmaz. “Əşbah” şərhində, “boğulmaqda olanı və buna oxşar olanları qurtarmaq üçün namazı vaxtından sonra qılmaq da səhihdir” deyilir. Lakin üzr bitincə dərhal qəza qılması fərz olar. Haram olan üç vaxtdan başqa boş vaxtlarında qılmaq şərti ilə ailəsinin ruzisini qazanacaq qədər gecikdirmək caiz olar. Daha artıq gecikdirərsə, günaha girməyə başlayar. Belə ki sevgili Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm), Xəndək müharibəsinin şiddətindən qıla bilmədikləri dörd namazı dərhal o gecə Əshabi kiram (radıyallahu anhum) yaralı və çox yorğun olduqları halda camaat ilə qıldı. Sevgili Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurdu ki; “İki fərz namazı bir yerə gətirmək böyük günahlardandır”. Yəni, bir namazı vaxtında qılmayıb vaxtından sonra qılmaq ən böyük günahdır. Bir hədisi-şərifdə buyuruldu ki, “Bir namazı vaxtı çıxdıqdan sonra qılan kimsəni Allahu təala səksən hukbə Cəhənnəmdə buraxacaqdır.” Bir hukbə səksən axirət ilidir və axirətin bir günü dünyanın min ili qədərdir. Bir vaxt namazı vaxtından sonra qılmağın cəzası bu olarsa, heç qılmayanın cəzasını düşünməlidir.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurdu ki, “Namaz dinin dirəyidir. Namaz qılan dinini doğrultmuş olar. Namazı qılmayan dinini yıxmış olar.” Bir hədisi-şərifdə buyurdu ki, “Qiyamət günü imandan sonra ilk sual namazdan olacaqdır.” Allahu təala buyuracaq ki, “Ey qulum! Namaz hesabının altından qalxarsan, qurtuluş sənindir. O biri hesabları asanlaşdıraram”. Ankəbut surəsi, 45-ci ayətində məalən, “Qüsursuz qılınan bir namaz insanı pis, çirkin işləri işləməkdən qoruyar” buyurulur. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurdu ki, “İnsanın Rəbbinə ən yaxın olduğu zaman namaz qıldığı zamandır”.

Bir müsəlmanın hər hansı bir namazı vaxtında qılmaması iki cür olar: 1. Üzr ilə qılmamasıdır. 2. Namazı vəzifə bildiyi, əhəmiyyət verdiyi halda tənbəlliklə tərk etməsidir.

Fərz namazı üzrü olmadan vaxtı keçdikdən sonra qılmaq, yəni qəzaya buraxmaq haramdır, böyük günahdır. Bu günah qəza etdikdə əfv olunmur. Qəza etdikdə, yalnız namazı qılmamaq günahı əfv olur. Bir kimsə namazları qəza etmədikdə, yalnız tövbə ilə əfv olmaz. Qəza etdikdən sonra tövbə edərsə, əfv olması ümid edilir. Tövbə edərkən qılmadığı namazları qəza etməsi lazımdır. Qəza etməyə gücü varkən qəza etməzsə, ayrıca böyük bir günah işləmiş olur. Bu böyük günah hər namaz qılacaq qədər [6 dəqiqə] boş zaman keçincə, bir əvvəlki əzab zamanı qədər artmaqdadır. Çünki namazı boş zamanlarda dərhal qəza etmək də fərzdir. Qəza qılmağa əhəmiyyət verməyən sonsuz yanacaqdır. “Umdət-ül-islam” və “Cami-ül fətava”- da deyir ki, “düşmən qarşısında, bir fərz namazı qılmaq mümkün ikən tərk etmək, 700 böyük günah işləmiş kimi günahdır.” Qəzanı gecikdirmənin günahı vaxtında qılmamaq günahından daha çoxdur. Bir namazın ilk qəzasını qılmağa niyyət edərək bir qəza qılınca, bu günahların hamısı əfv olar.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail