Abdülkadiri Qeylani həzrətləri “Fütuh-ul qayb” kitabında deyir ki: Möminin ən əvvəl fərzləri yerinə yetirməsi lazımdır. Fərzlər bitdikdən sonra sünnətləri edər. Ondan sonra nafilələrlə məşğul olar. Fərz borcu olanın sünnət ilə məşğul olması axmaqlıqdır. Fərz borcu olanın sünnətləri qəbul olmaz. Əli ibn Əbi Talib (radıyallahu anh) bildirir ki: Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Üzərində fərz borcu olan kimsə qəzasını qılmadan nafilə qılarsa, boş yerə zəhmət çəkmiş olar. Bu kimsə qəzasını ödəmədikçə, Allahu təala onun nafilə namazlarını qəbul etməz”. Abdülqadiri Qeylaninin yazdığı bu hədisi-şərifi şərh edən Hənəfi məzhəbi alimlərindən Abdülhakı Dəhləvi həzrətləri buyurur ki: “Bu xəbər fərz borcu olanların, sünnətlərinin və nafilələrinin qəbul olmayacağını göstərir. Sünnətlərin fərzləri tamamlayacağını bilirik. Bunun mənası fərzlər yerinə yetirilərkən, bunların kəmallarına səbəb olan bir şey qaçırılarsa, sünnətlər, qılınan fərzin kəmal tapmasına səbəb olar. Fərz borcu olanın qəbul edilməyən sünnətləri bir işə yaramaz”.
Qüds qazısı Muhamməd Sadiq Əfəndi, faitə (üzr ilə qəzaya qalmış) namazların qəza edilməsini izah edərkən belə bildirir: Böyük alim İbn Nüceym həzrətlərindən soruşuldu ki, “Bir kimsənin qəzaya qalmış namazları olsa, sübh, zöhr, əsr, şam və işanın sünnətlərini bu namazların qəzalarına niyyət edərək qılsa, bu kimsə sünnətləri tərk etmiş olarmı?”. Cavabında: “Sünnətləri tərk etmiş olmaz. Çünki beş vaxt namazın sünnətlərini qılmaqdan məqsəd, o vaxt içində, fərzdən başqa bir namaz daha qılmaq deməkdir. Şeytan heç namaz qıldırmamaq istəyər. Fərzdən başqa bir namaz daha qılaraq şeytana inad edilmiş, rəzil edilmiş olar. Sünnət yerinə qəza qılmaqla, sünnət də yerinə yetirilmiş olar. Qəza borcu olanların hər namaz vaxtı, o vaxtın fərzindən başqa namaz qılaraq, sünnəti yerinə yetirmək üçün qəza qılması lazımdır. Çünki çox kimsə qəza qılmayıb, sünnətləri qılır. Bunlar Cəhənnəmə gedəcəkdir. Halbuki sünnətlərin yerinə qəza qılan, Cəhənnəmdən qurtulur” buyurdu.