Hakikat Books
English

Chapter 117 / 136

Qəza namazları necə qılınır?

Questions answered in this chapter (1)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Qəza namazları necə (niyyət edilərək) qılınır? draft Report an error

Qəza namazlarını bir an əvvəl qılaraq ayrıca tövbə də edərək, böyük cəzadan qurtulmalıdır. Bunun üçün sünnətləri də qəza niyyəti ilə qılmaq lazımdır. Tənbəlliklə namaz qılmayanlar, illərcə qəza borcu olanlar, namaza başladıqları zaman, sünnəti qılarkən, o vaxtın ilk qəzaya qalmış namazını qəza etməyi niyyət edərək qılmalıdır. Bunların sünnətləri qəza namazı üçün niyyət edərək qılması dörd məzhəbdə də lazımdır. Hənəfi məzhəbində namazı üzrsüz qəzaya buraxmaq əkbəri kəbairdir. Bu çox böyük günah, hər namaz qılacaq qədər boş zaman keçincə bir misli artır. Çünki namazı, boş zamanlarda dərhal qəza etmək də fərzdir. Hesaba, saya sığmayan bu müdhiş günahdan və əzabdan qurtulmaq üçün zöhr namazının ilk dörd rəkət sünnətini qılarkən ilk qəzaya qalmış zöhrün fərzini niyyət edərək qəza qılmalıdır. Zöhrün son sünnətini qılarkən ilk qəzaya qalmış sübhün fərzini niyyət edərək qəza qılmalıdır. Əsrin sünnətini qılarkən əsrin fərzini niyyət edərək qəza qılmalıdır. Şamın sünnətini qılarkən üç rəkət şamın fərzini niyyət edərək qəza qılmalıdır. İşanın ilk sünnətini qılarkən işanın fərzini və son sünnətini qılarkən də ilk qəzaya qalmış vitri niyyət edərək üç rəkət olaraq qəza qılmalıdır. Beləcə hər gün, bir günlük qəza ödənilir. Təravih namazlarını qılarkən də qəza niyyət edərək, qəza qılmalıdır. Neçə illik qəza namazı varsa, buna, o qədər il davam etməlidir. Qəzalar bitincə yenə sünnətləri qılmağa başlamalıdır. Vaxtı varsa, ayrıca hər fürsətdə qəza qılıb, bir an əvvəl qəza borclarını bitirməlidir. Qılınmayan qəzaların, günahı hər gün keçdikçə bir misli artır.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail