Hakikat Books
English

Chapter 118 / 136

Altıncı bölmə: Namaz qılmayanlar

Questions answered in this chapter (6)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Həzrəti Əbu Bəkr namaz vaxtları gəldikdə mələklərin nə dediyini bildirir? draft Report an error
  2. Bir namazı bilə-bilə qılmayan haqqında hədis imamları nə bildirir? draft Report an error
  3. Hənbəli məzhəbində namaz qılmayanın cəzası nədir? draft Report an error
  4. Şafii məzhəbində namaz qılmayanın cəzası nədir? draft Report an error
  5. Hənəfi məzhəbində namaz qılmayana nə edilir? draft Report an error
  6. Beş şeyi etməyən beş şeydən məhrum olur; bunlar hansılardır? draft Report an error

Həzrəti Əbu Bəkri Sıddıq (radıyallahu anh) buyurur ki, beş namazın vaxtı gələn zaman mələklər deyər ki: “Ey Adəm oğulları, qalxın! İnsanları yandırmaq üçün hazırlanmış olan atəşi namaz qılaraq söndürün.” Bir hədisi-şərifdə, “Mömin ilə kafiri ayıran fərq, namazdır” buyuruldu. Yəni mömin namaz qılar, kafir qılmaz. Münafiqlər isə bəzən qılar, bəzən qılmaz. Münafiqlər Cəhənnəmdə çox acı əzab görəcəkdir. Müfəssirlərin şahı, Abdüllah ibn Abbas (radıyallahu anhuma) deyir ki, Rəsulullahdan (sallallahu əleyhi və səlləm) eşitdim. Buyurdu ki: “Namaz qılmayanlar qiyamət günü Allahu təalanı hirsli olaraq görəcəkdir”.

Hədis imamları söz birliyi ilə bildirirlər ki: “Bir namazı vaxtında qəsdən qılmayan, yəni namaz vaxtı keçərkən namaz qılmadığı üçün üzülməyən kafir olar”. Və ya ölərkən imansız gedər. Bəs namazı yadına belə gətirməyənlərə, namazı vəzifə tanımayanlara nə olacaq? Əhli-sünnət alimləri söz birliyi ilə buyurdular ki, ibadətlər imandan parça deyildir. Yalnız, namaz üçün söz birliyi olmadı. Fiqh imamlarından İmam Əhməd ibn Hanbəl, İshaq ibn Raheveyh, Abdullah ibn Mübarək, İbrahim Nəhai, Hakəm ibn Uteybə, Əyyub Sahtiyani, Davud Tai, Əbu Bəkr ibn Şeybə, Zübeyr ibn Harb və daha bir çox böyük alimlər bir namazı qəsdən, yəni bilə-bilə qılmayan kimsə kafir olar dedilər. O halda ey din qardaşım, heç bir namazını buraxma və zəif qılma! Sevə-sevə qıl! Allahu təala qiyamət günü bu alimlərin ictihadlarına görə cəza verərsə nə edərsən?

Hanbəli məzhəbində bir namazı üzrsüz qılmayan mürtəd kimi qətl olunur. Yuyulmur, kəfənlənmir və namazı qılınmır. Müsəlmanların qəbiristanlığına basdırılmır və qəbri müəyyən edilmir. Dağda bir çuxura qoyulur.

Namaz qılmayan kimsə Şafii məzhəbində mürtəd olmazsa da, cəzası qətldir. Namaz qılmayan üçün Maliki məzhəbinin hökmləri Şafii hökmlərinin eynisidir.

Namaz qılmayan Hənəfi məzhəbində namaza başlayana qədər həbs olunur və ya qan axana qədər döyülür.

Beş şeyi etməyən beş şeydən məhrum olar:

1. Malının zəkatını verməyən malının xeyirini görə bilməz.

2. Uşrunu verməyənin tarlasında, qazancında bərəkəti qalmaz.

3. Sədəqə verməyənin vücudunda səhhət qalmaz.

4. Dua etməyən arzusuna qovuşa bilməz.

5. Namaz vaxtı gələn zaman qılmaq istəməyən son nəfəsdə Kəlimeyi-şəhadət gətirə bilməz. Bir hədisi-şərifdə buyuruldu ki: “Namazı üzrsüz qılmayan kimsəyə Allahu təala 15 dərd verir. 6-sı dünyada, 3-ü ölüm zamanında, 3-ü qəbirdə, 3-ü qəbirdən qalxan zaman.

Dünyada olan 6 əzab:

1. Namaz qılmayanın ömründə bərəkət olmaz.

2. Üzündə Allahu təalanın sevdiyi kimsələrin gözəlliyi, sevimliliyi qalmaz.

3. Heç bir yaxşılığına savab verilməz.

4. Duaları qəbul olunmaz.

5. Onu kimsə sevməz.

6. Müsəlmanların yaxşı dualarının buna faydası olmaz.

Ölərkən çəkəcəyi əzablar:

1. Zəlil, pis, çirkin can verər.

2. Aç olaraq ölər.

3. Çox su içsə də, susuzluq əzabı ilə ölər.

Qəbirdə çəkəcəyi əzablar:

1. Qəbir onu sıxar. Sümükləri bir-birinə keçər.

2. Qəbri atəşlə doldurular. Gecə-gündüz onu yandırar.

3. Allahu təala qəbrinə çox böyük ilan göndərər. Dünya ilanlarına bənzəməz. Hər gün hər namaz vaxtında onu sancar. Bir an belə əl çəkməz.

Qiyamətdə çəkəcəyi əzablar:

1. Cəhənnəmə aparan əzab mələkləri yanından ayrılmazlar.

2. Allahu təala onu hirsli olaraq qarşılayar.

3. Hesabı çox çətin olub, Cəhənnəmə atılar.”

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail