Hakikat Books
English

Chapter 120 / 136

Namazın həqiqəti

Questions answered in this chapter (2)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Abdullah Dəhləvi namazın həqiqəti haqqında nə bildirir? draft Report an error
  2. Namazın tam və kamil olması üçün nələrə diqqət edilir (tümanin, qövmə, cəlsə)? draft Report an error

Böyük islam alimi Abdüllahi Dəhləvi (rahmətullahi əleyh) “Məkatibi şərifə” kitabının 85-ci məktubunda buyurur ki:

“Namazı camaat ilə qılmaq və “Tümaninət” ilə qılmaq, rükudan sonra “Kavmə” etmək və iki səcdə arasında “Cəlsə” etmək, bizlərə Allahın Peyğəmbəri tərəfindən bildirildi. Kavmənin və cəlsənin fərz olduğunu bildirən alimlər vardır. Hənəfi məzhəbinin müftülərindən “Kadixan” bu ikisinin vacib olduğunu, ikisindən birini unudunca “Səcdəi-səhv” etmək vacib olduğunu və bilərək etməyənin namazı təkrar qılmasını bildirmişdir. Müəkkəd sünnət olduqlarını bildirənlər də vacibə yaxın sünnət demişdirlər. Sünnəti yüngül görərək, əhəmiyyət verməyərək tərk etmək küfrdür. Namazın qiyamında, rükusunda, qövməsində, cəlsəsində, səcdələrində və oturulduğu zamanında ayrı-ayrı, başqa-başqa keyfiyyətlər, hallar hasil olar. Bütün ibadətlər namaz içində toplanmışdır. Qurani-Kərim oxumaq, təsbeh söyləmək [yəni sübhanallah demək], Rəsulullaha salavat söyləmək və günahlara istigfar etmək və ehtiyacları yalnız Allahu təaladan istəyərək Ona dua etmək namaz içində toplanmışdır. Ağaclar, otlar namazda durulan kimi dik dururlar. Heyvanlar rüku vəziyyətində, cansızlar da namazda “Qadə”də oturan kimi yerə sərilmişdilər. Namaz qılan bunların ibadətlərinin hamısını edir. Namaz qılmaq mirac gecəsi fərz oldu. O gecə mirac etməklə şərəflənən Allahın sevgili Peyğəmbərinə uymağı düşünərək namaz qılan hər bir müsəlman O uca Peyğəmbər kimi Allahu təalaya yaxınlaşdıran məqamlarda yüksəlir. Allahu təalaya və Onun Rəsuluna qarşı ədəbi riayət edərək hüzur ilə namaz qılanlar bu mərtəbələrə yüksəldiklərini anlayarlar. Allahu təala və Onun Peyğəmbəri bu ümmətə mərhəmət edərək böyük ehsan etmişdilər, namaz qılmağı fərz etmişdilər. Bunun üçün Rəbbimizə həmd və şükr olsun! Onun sevgili Peyğəmbərinə salavat və təhiyyat və dualar edirik! Namaz qılarkən hasil olan səfa və hüzur təəccüblü şeydir. Üstadım [Mazhər-i Can-ı Canan] buyurdu ki, “Namaz qılarkən Allahu təalanı görmək mümkün deyil isə də, görür kimi bir hal hasil olur”. Bu halın hasil olduğunu təsəvvüf böyükləri söz birliyi ilə bildirmişdilər. İslamiyyətin başlanğıcında namaz Qüdsə qarşı qılınırdı. Beyt-ül-müqəddəsə qarşı qılmağı buraxıb, İbrahim əleyhissəlamın qibləsinə dönmək əmr olunduğu zaman Mədinədəki yəhudilər hirsləndilər. “Beyt-ül-müqəddəsə qarşı qılmış olduğunuz namazlar nə olacaq?” dedilər. Bəqara surəsinin 143-cü ayəti-kəriməsi gələrək, məalən “Allahu təala imanlarınızı zay etməz!” buyuruldu. Namazların qarşılıqsız qalmayacaqları bildirildi. Namaz iman kəlməsi ilə bildirildi. Bundan anlaşılır ki, namazı sünnətə uyğun olaraq qılmamaq imanı zay etmək olar. Rəsulullah əfəndimiz (sallallahu təala əleyhi və səlləm), “Gözümün nuru və ləzzəti namazdadır” buyurdu. Bu hədisi-şərif, “Allahu təala namazda zuhur edir, müşahidə olunur. Beləcə gözümə rahatlıq gəlir”, deməkdir. Bir hədisi-şərifdə, “Ya Bilal (radıyallahu təala anh)! Məni rahatlandır!” buyuruldu ki, “Ey Bilal! Azan oxuyaraq və namazın qamətini söyləyərək məni rahata qovuşdur”, deməkdir. Namazdan başqa bir şeydə rahatlıq axtaran bir kimsə məqbul deyildir. Namazı zay edən, əldən qaçıran başqa din işlərini daha çox qaçırır.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail