Hakikat Books
English

Chapter 127 / 136

Səkkizinci bölmə: Otuz iki və əlli dörd fərz

Questions answered in this chapter (1)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Həddi-buluğa çatan uşaq və ya imana gələn kafir ilk olaraq nə etməlidir? draft Report an error

Bir uşaq yetkin olduğu zaman və bir kafir “Kəlimeyi-tövhid” söyləsə, yəni “Lə ilahə illəllah Muhammədün rəsulullah” desə və bunun mənasını bilib inansa, “Müsəlman” olar. Kafirin günahlarının hamısı dərhal bağışlanar. Lakin bunların hər müsəlman kimi imkan tapınca imanın altı şərtini, yəni “Aməntü”nü əzbərləmələri və mənasını öyrənərək bunlara inanmaları və “İslamiyyətin hamısını, yəni Muhamməd əleyhissəlamın söylədiyi əmrlərin və qadağanların hamısını Allahu təalanın bildirmiş olduğuna inandım” demələri lazımdır. Daha sonra imkan tapdıqca bütün xasiyyətlərdən və qarşılaşdığı işlərdən fərz olanları, yəni əmr olunanları və haram olanları, yəni qadağan edilmiş olanları öyrənməsi də fərzdir. Bunları öyrənmənin və fərzləri yerinə yetirmənin, haramlardan çəkinmənin fərz olduğunu inkar edərsə, yəni inanmazsa imanı gedər. Bu öyrəndiklərindən birini bəyənməzsə, qəbul etməzsə mürtəd olar. Mürtəd, “Lə ilahə illallah” deməklə və İslamiyyətin bəzi əmrlərini yerinə yetirməklə, məsələn namaz qılmaqla, oruc tutmaqla, həccə getməklə, xeyir və gözəl iş görməklə müsəlman olmaz. Bu yaxşılıqlarının axirətdə heç bir faydasını görməz. İnkarından, yəni inanmadığı şeydən tövbə etməsi, peşman olması lazımdır.

İslam alimləri hər müsəlmanın öyrənməsi, inanması və tabe olması lazım olan fərzlərdən 32 və ayrıca 54 ədədini seçmişdirlər.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail