Hakikat Books
English

Chapter 60 / 136

2. Nəcasətdən təharət

Questions answered in this chapter (4)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Nəcasətdən təharət nədir? draft Report an error
  2. Namazın səhih olması üçün nə qədər nəcasətə icazə vardır (dirhəm miqdarı)? draft Report an error
  3. Dirhəm miqdarı nə qədərdir (bərk və maye nəcasətdə)? draft Report an error
  4. Nəcasət neçə cürdür (ağır və yüngül)? draft Report an error

Bədəndə, paltarda və namaz qılınacaq yerdə nəcasətin, kirin olmamasıdır. Baş geyimi, başlıq, sarıq, məst və ayaqqabı da paltardan sayılır. Boyuna sarılı şalın sallanan qismi namaz qılan ilə birlikdə hərəkət etdiyi üçün paltardan sayılır və bu hissəsi təmiz olmazsa, namaz qəbul olmaz. Döşəyin, ayaq basdığı və başını qoyduğu yeri təmiz olunca, başqa yerində nəcasət olarsa, namaz qəbul olar. Çünki döşək şal kimi bədənə bitişik deyildir. Lakin qapalı şüşə içində sidik daşıyanın namazı caiz olmaz. Çünki şüşə sidiyin meydana gəldiyi yer deyildir. [Bundan anlaşılır ki, cibində qapalı odekolon, spirt, yod şüşəsi və ya qapalı qutudakı qanlı yaylıq, nəcs parça varsa, namaz qılmaq caiz deyildir.] İki ayağın basdığı və səcdə etdiyi yerin təmiz olması lazımdır. Nəcasət üstünə örtülü parça, şüşə, neylon üstündə namaz qəbul olur. Səcdədə ətəkləri quru nəcasətə dəyərsə, zərəri olmaz.

Dəridə, paltarda, namaz qılınan yerdə, “dirhəm miqdarı” və ya daha çox ağır nəcasət yox isə, namaz qəbul olarsa da, dirhəm miqdarı olarsa, tahrimən məkruh olar və yumaq vacib olar. Dirhəmdən çox isə, yumaq fərz olar. Az isə yumaq sünnətdir. Şərabın damcısını da yumaq fərzdir. İmameynə [İmam Əbu Yusif və İmam Muhammədə] görə və digər üç məzhəbdə ağır nəcasətlərin hamısının zərrəsini belə yumaq fərzdir. Nəcasət miqdarı bulaşdığı zaman deyil, namaza durarkən olan miqdarıdır. Dirhəm miqdarı bərk nəcasətlərdə bir misqal, yəni 4,8 qram ağırlığındadır. Axıcı nəcasətlərdə açıq əlin ovucundakı suyun üzü genişliyi qədər səthidir. Bir misqaldan az olan bərk nəcasət paltarın ovuc içindən daha geniş üzünə yayılınca namaza mane olmur.

Nəcasət iki cürdür:

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail