1. Ağır Nəcasət: İnsandan çıxan zaman dəstəmaz və ya qüslə səbəb olan hər şey, əti yeyilməyən heyvanların (yarasa xaric) və balalarının soyulmuş, aşılanmamış dərisi, əti, pisliyi və sidiyi, insanın və bütün heyvanların qanı və şərab, leş, donuz əti və hin quşlarının pisliyi və yük heyvanlarının, qoyun və keçinin nəcasətləri murdar, yəni ağırdır.
2. Yüngül Nəcasət: Yüngül olan nəcasətlərdən bir üzvə və paltarın bir qisminə bulaşınca, bu qism və ya üzvün dörddə biri qədəri namaza zərər verməz. Əti yeyilən dörd ayaqlı heyvanların sidiyi və əti yeyilməyən quşların pisliyi yüngüldür. Göyərçin, sərçə və bənzərləri kimi əti yeyilən quşların pisliyi təmizdir. Şərabın, ənbiqlənmə ilə əldə edilən raki və spirt ağır nəcasət olub, içilməsi şərab kimi haramdır. Namaz qılarkən, qan, spirt və alkoqollu içkilər, paltardan və dəridən yuyulub təmizlənməlidir. Buxarlanmaqla təmiz olmaz. Bunlar olan şüşə və bənzərləri cibdən çıxarılmalıdır. Nəcasət, hər təmiz su ilə, dəstəmaz və qüsl alınmış su ilə, sirkə və gül suyu kimi axıcı mayelərlə təmizlənir. Dəstəmazda, qüsldə istifadə edilən suya “müstaməl su” deyilir. Bu su təmizdir. Lakin hədəsi təmizləyici deyildir. Bununla nəcasət təmizlənər. Lakin dəstəmaz alınmaz və qüsl edilməz.