İSTİNCA (təharət): Öndən və arxadan nəcasət çıxınca, bu yerləri təmizləməyə istinca deyilir. İstinca, yəni təharətlənmək sünnəti-müəkkədədir. Yəni tualetdə dəstəmaz pozulduqdan sonra kişi və qadının, daş ilə və ya su ilə, önünü və arxasını təmizləyərək sidik və pislik buraxılmaması sünnətdir. Lakin başqasının yanında övrət yerini açmadan su ilə istinca edə bilməyəcəksə, pislik çox olsa belə, su ilə təharətlənmədən vaz keçər. Övrət yerini açmaz. Namazı elə qılar. Açarsa fasiq olar. Haram işləmiş olar. Tənha bir yer tapınca su ilə istinca edər və namazı iadə edər. Çünki bir əmri yerinə yetirmək, bir haramın işlənməsinə səbəb olarsa, haram işləməmək üçün o əmr təxirə salınır və ya tərk edilir, yerinə yetirilməz.
Sümük, yemək, gübrə, kərpic, saxsı və şüşə parçaları, kömür, heyvan yemi və başqasının malı ilə və möhtərəm, yəni pula dəyər şeylər, məsələn ipək ilə, məsciddən atılan şeylərlə, zəmzəm suyu ilə, yarpaq ilə, kağız ilə istinca tahrimən məkruhdur. Boş kağıza da hörmət lazımdır. Möhtərəm olmayan adlar, dinə yaramayan yazılar olan kağızlar və qəzet ilə istinca caizdir. Lakin İslam hərfləri ilə yazılmış heç bir kağız ilə istinca edilməz. Önü və arxanı qibləyə dönərək ayaq üstə və üzrsüz çılpaq dəstəmaz pozmaq məkruhdur. Sidik toplanan yerdə qüsl caiz deyildir. Lakin sidik axıb gedər, yığılmazsa, bunlar caiz olar. İstincada istifadə edilən su nəcs olar. Paltara sıçratmamalıdır. Bunun üçün istinca edərkən övrət yerini açmaq, tənha yerdə etmək lazımdır. Kran başında əlini tumanının içinə soxub, sidik yerini ovucdakı suya sürtərək yumaqla istinca olmaz. İdrar damcısı bulaşınca ovucdakı su nəcs olar və damcıladığı paltar pis olar. Bu suyun damcıladığı yerlərin cəmi ovuc içindən artıq olarsa, namaz qəbul olmaz.