Hakikat Books
English

Chapter 66 / 136

5. Namaz vaxtları

Questions answered in this chapter (10)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Qiblənin ilk olaraq necə müəyyən edildiyi haqqında nə bildirilir? draft Report an error
  2. Sübh namazının vaxtı nədir? draft Report an error
  3. Zöhr namazının vaxtı nədir? draft Report an error
  4. Əsr namazının vaxtı nədir? draft Report an error
  5. Günəş saraldıqdan sonra namaz qılmaq necədir? draft Report an error
  6. Şam namazının vaxtı nədir? draft Report an error
  7. İşa və vitr namazının vaxtı nədir? draft Report an error
  8. Namazı vaxtından əvvəl və ya sonra qılmaq nəyə səbəb olur? draft Report an error
  9. Namaz qılmağın təhrimən məkruh (haram) olduğu üç vaxt hansılardır? draft Report an error
  10. Yalnız nafilə qılmağın məkruh olduğu iki vaxt hansılardır? draft Report an error

Rəsuli əkrəm (sallallahu əleyhi və səlləm) bir hədisi-şərifdə buyurdular ki, “Cəbrayıl əleyhissəlam Kəbə qapısı yanında iki gün mənə imam oldu. İkimiz, fəcr doğarkən sübh namazını, günəş təpədən ayrılarkən zöhrü, hər şeyin kölgəsi öz boyu olunca əsri, günəş batarkən [üst kənarı qeyb olunca] şamı və şəfəq qaralınca işanı qıldıq. İkinci günü də sübh namazını hava işıqlanınca, zöhrü hər şeyin kölgəsi öz boyunun iki qatı olunca, əsri bundan dərhal sonra, şamı oruc pozulduğu zaman, işanı gecənin üçdə biri olunca qıldıq. Sonra ey Muhamməd! Sənin və keçmiş Peyğəmbərlərin namaz vaxtları budur. Ümmətin, beş vaxt namazın hər birini, bu qıldığımız iki vaxtın arasında qılsınlar dedi”. Hər gün qılınması əmr olunan namaz sayının beş olduğu buradan da aydın olur.

Sübh namazı Vaxtı: Fəcrin doğmasından, yəni şərqdə ağarmanın başlamasından etibarən, günəş doğana qədərdir.

Zöhr Namazı Vaxtı: Kölgələr qısalıb uzanmağa başladığı zamandan etibarən başlayar və kölgə bir misli və ya iki misli uzanana qədər davam edər. Birincisi iki imama, yəni İmam Əbu Yusüf ilə İmam Muhammədə görə, ikincisi isə, İmam Əzəm Əbu Hanifəyə (rahmətullahi əleyhim) görədir.

Əsr Namazı Vaxtı: Zöhr vaxtı bitincə başlayar. Bu da:

1. İmam Əbu Yusüf və İmam Muhammədə görə, kölgə, özünü əmələ gətirən cisim qədər uzananda başlayar və günəş batana qədər davam edər.

2. İmam Əzəm Əbu Hanifəyə görə isə, kölgə özünü əmələ gətirən cismin iki misli olunca başlayar, günəş batana qədər davam edər.

Lakin günəş saraldıqdan sonra yəni üfüq xəttinə bir nizə boyu qədər yaxınlaşınca hər namazı qılmaq haramdır. Yəni əsr namazını bu zaman qədər gecikdirmək haramdır. Lakin əsr namazını qılmamışsa, günəş batana qədər də qılmaq lazımdır.

Şam Namazı Vaxtı: Günəş batdıqdan sonra başlayıb, şəfəq qaralana qədər, yəni qırmızılıq itənə qədər davam edər.

İşa Namazı Vaxtı: Şam namazı vaxtının çıxmasından etibarən, fəcrin ağarmasına qədər davam edər. İmam Əzəm Əbu Hənifəyə (rahmətullahi əleyh) görə, işanın vaxtı göydəki ağartı itdikdən sonra başlayar. Necə ki əsr vaxtında da belə keçmişdi. Yəni iki imama görə İşa vaxtı olduqdan sonra ən az yarım saat daha gözləyib İşanı qılarsa, bütün imamlara görə qılmış olar. İşa namazını üzrsüz, şəri gecənin yarısından sonraya buraxmaq məkruhdur. Namazları vaxtlarından əvvəl və sonra qılmaq haramdır. Böyük günahdır. “Türkiyə” qəzetinin hazırladığı divar təqvimlərində namaz və imsak vaxtları doğru olaraq bildirilmişdir.

Namaz qılması tahrimən məkruh, yəni haram olan vaxtlar üçdür. Bu üç vaxtda başlanan fərzlər səhih olmaz. Günəş doğarkən, batarkən, gündüzün ortasında ikən. Bu üç vaxtda, əvvəlcədən hazırlanmış cənazənin namazı, səcdəi tilavət və səcdəi-səhv də caiz deyildir. Günəş batarkən yalnız o günün əsr namazı qılınır.

Yalnız nafilə qılmaq məkruh olan iki vaxt vardır. Sübh namazının fərzini qıldıqdan sonra günəş doğana qədər və əsrin fərzini qıldıqdan sonra şamın fərzindən əvvəl nafilə qılmaq məkruhdur.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail