Hakikat Books
English

Chapter 93 / 136

Camaat ilə namaz

Questions answered in this chapter (3)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Camaat necə meydana gəlir və kimlərə vacibdir? draft Report an error
  2. Camaatla namazın (birlik və bərabərlik baxımından) faydası nədir? draft Report an error
  3. Kimlərə camaata getmək şərt deyildir? draft Report an error

Namazda ən az iki nəfərdən birinin imam olması ilə camaat meydana gəlir. Beş vaxt namazın fərzlərini camaat ilə qılmaq kişilərə sünnətdir. Cümə və bayram namazları üçün camaat fərzdir. Camaat ilə qılınan namazlara daha çox savab verildiyi hədisi-şəriflərdə bildirilir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Camaat ilə qılınan namaza, yalnız qılınan namazdan 27 qat artıq savab verilir”. Yenə buyurdu ki: “Yaxşı bir dəstəmaz alıb, məscidlərdən birinə camaat ilə namaz qılmaq üçün gedənin, Allahu təala hər addımına bir savab yazar və hər addımında əməl dəftərindən bir günahı silər və Cənnətdə onu bir dərəcə yüksəldər”.

Camaat ilə qılınan namaz müsəlmanlar arasında birliyi və bərabərliyi təmin edər. Sevgi və bağlılığı artırar. Camaat toplanıb bir-biri ilə söhbət edər. Dərd və çətinlikləri olanlar, xəstələr bu yolla asanca ortaya çıxar. Camaat müsəlmanların tək qəlb, tək bədən kimi olduqlarının ən gözəl nümunəsidir. Xəstə, iflic, bir ayağı kəsik olanın, yeriyə bilməyən qocaların və korun camaata getməsi şərt deyildir. Camaat ilə qılınan namazda özünə tabe olunan kimsəyə “İmam” deyilir. İmamlığın və buna tabe olub camaat olmanın şərtləri vardır.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail