Hakikat Books
English

Chapter 95 / 136

Məsbukun namazı

Questions answered in this chapter (4)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. İmama tabe olanlar neçə növdür (müdrik, müqtədi, məsbuq, lahiq)? draft Report an error
  2. Məsbuq (birinci rükətə çata bilməyən) namazını necə tamamlayır? draft Report an error
  3. İmam etməzsə, camaatın da etməyəcəyi beş şey nədir? draft Report an error
  4. İmam edərsə, camaatın etməyəcəyi dörd şey nədir? draft Report an error

İmama tabe olanlar dörd çeşiddir. Bunlar, “Müdrik”, “Müqtədi”, “Məsbuk” və “Lahık”dır.

Müdrik, iftitah təkbirini imam ilə birlikdə alana deyilir.

Müqtədi, iftitah təkbirinə çatmayana deyilir.

Məsbuk, imama birinci rəkətdə çatmayana deyilir.

Lahık, iftitah təkbirini imam ilə birlikdə almış, lakin sonra özündə dəstəmazını pozan bir hal meydana gəldiyi üçün dəstəmaz alıb, təkrar imama uymuş olana deyilir. Bu kimsə yenə əvvəlcə olduğu kimi, qiraətsiz, rüku və səcdə təsbehlərini söyləyərək namazını qılar. O kişi, əgər dünya kəlamı söyləməmiş isə, imamın ardında kimidir. Lakin məsciddən çıxdıqdan sonra yaxın bir yerdə dəstəmazını almalıdır. Çünki çox irəliyə gedərsə, namazı pozulur, deyə də deyilmişdir. Məsbuk, yəni imama birinci rəkətdə çatmayan bir kimsə imam iki tərəfə də salam verdikdən sonra ayağa qalxaraq çatmadığı rəkətləri tamamlayar. Qiraətləri birinci, sonra ikinci, sonra üçüncü rəkət qılırmış kimi oxuyar. Oturmağı isə dördüncü, üçüncü və ikinci rəkət sırası ilə, yəni sondan başlamış kimi edər. Məsələn; işanın son rəkətinə çatan kimsə imam salam verdikdən sonra qalxıb, birinci və ikinci rəkətdə Fatihə və surə oxuyar. Birinci rəkətdə oturar, ikincidə oturmaz.

BEŞ ŞEYİ İMAM ETMƏZSƏ, CAMAAT DA ETMƏZ:

1. İmam kunut oxumazsa, camaat da oxumaz.

2. İmam bayram namazlarındakı təkbirləri etməzsə, camaat da etməz.

3. İmam dörd rəkətli namazın ikinci rəkətində oturmazsa, camaat da oturmaz.

4. İmam səcdə ayəti oxuyub səcdə etməzsə, camaat da etməz.

5. İmam səcdəi-səhv etməzsə, camaat da etməz.

DÖRD ŞEYİ İMAM EDƏRSƏ, CAMAAT ETMƏZ:

1. İmam ikidən çox səcdə edərsə, camaat etməz.

2. İmam bayram təkbirini bir rəkətdə üçdən çox edərsə, camaat etməz.

3. İmam cənazə namazında dörddən çox təkbir edərsə, camaat etməz.

4. İmam beşinci rəkətə qalxarsa, camaat qalxmaz, imamı gözləyər, birlikdə salam verərlər.

ON ŞEYİ İMAM ETMƏZSƏ, CAMAAT EDƏR:

1. İftitah təkbirində əl qaldırmaq.

2. Sübhanəkə oxumaq.

3. Rükuya əyilərkən təkbir gətirmək.

4. Rükuda təsbeh oxumaq.

5. Səcdələrə gedib, qalxarkən təkbir söyləmək.

6. Səcdələrdə təsbeh oxumaq.

7. Səmiallahü deməzsə, rabbəna ləkəl-həmd demək.

8. Əttəhiyyatunu sonuna qədər oxumaq.

9. Namaz sonunda salam vermək.

10. Qurban bayramında, 23 fərzdən sonra salam verər-verməz, təkbir oxumaqdır. Bu 23 təkbirə təşrik təkbirləri deyilir.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail