Hakikat Books
Türkçe

Bölüm 4 / 73

İmanın sıfatları (xüsusiyyətləri)

Bu bölümde cevaplanan sorular (14)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Əhli-sünnət alimlərinə görə imanın sifətləri neçədir? taslak Hata bildir
  2. “Aməntu billahi” nə deməkdir? taslak Hata bildir
  3. Allahu əzimüşşan haqqında ilk bilinməsi lazım olan şey (vardır və birdir) nədir? taslak Hata bildir
  4. Allahu təalanın şəriki və bənzəri varmı? taslak Hata bildir
  5. Allahu təala bir məkandadırmı? taslak Hata bildir
  6. Allahu təala hansı sifətlərlə vəsf olunur? taslak Hata bildir
  7. Allahu təala nöqsan sifətlərdən uzaqdırmı? taslak Hata bildir
  8. Kamal sifətləri kimdə, nöqsan sifətləri kimdə olur? taslak Hata bildir
  9. Bizdə olan nöqsan sifətlər hansılardır? taslak Hata bildir
  10. Allahu əzimüşşanda olan (kamal) sifətlər hansılardır? taslak Hata bildir
  11. Allahu təala haqqında bilinməsi vacib olan sifətlər neçədir? taslak Hata bildir
  12. “Vacib” və “mühal” nə deməkdir? taslak Hata bildir
  13. Sifəti-nəfsiyyə nədir və neçədir (vücud)? taslak Hata bildir
  14. Allahu təalanın var olmasının nəqli dəlili nədir? taslak Hata bildir

Əhli sünnət alimləri deyir ki, imanın sıfatları altıdır:

AMƏNTÜ BİLLƏHİ: Mən Allahu əzimüşşanın varlığına və birliyinə inandım, iman etdim.

Allahu əzimüşşan vardır və birdir.

Şəriki və naziri yoxdur (Ortağı və bənzəri yoxdur).

Məkandan münəzzihdir (Bir yerdə deyildir).

Kəmal sıfatları ilə müttəsifdir. Kəmal sıfatları vardır.

Nöqsan sıfatlardan təmizdir. Onda yoxdur.

Kəmal sıfatlar Allahu əzimüşşanda olur. Nöqsan sıfatlar isə, bizlərdə olur.

Bizlərdə olan nöqsan sıfatlar əlsiz-ayaqsız, gözsüz olmaq, xəstəlik və sağlamlıq, yemək, içmək və bunlara oxşar bir çox şeylərdir.

Allahu əzimüşşanda olan sıfatlar, yeri, göyü, o cümlədən havada, suda, yer üzündə və torpaq altında yaşamaqda olan müxtəlif məxluqları yaratması; ağlımızın çatdığı və acizliyimiz səbəbi ilə bir çoxuna ağlımızın çatmadığı saysız məxluqları hər an varlıqda saxlaması; bütün məxluqatın ruzisini verməsi və başqa kəmal sıfatlardır. Qadiri mütləqdir. Hər varlıq Allahu əzimüşşanın kəmal sıfatlarından bir əsərdir.

Allahu əzimüşşan haqqında bilməli olduğumuz vacib sıfatlar iyirmi ikidir. İyirmi iki də muhal sıfatları vardır.

Vacib-lazım deməkdir. Bu sıfatlar Allahu əzimüşşanda vardır. Muhal olanlar isə yoxdur. Muhal – vacibin ziddidir. Var ola bilməz, deməkdir.

Allahu əzimüşşan haqqında bilməli olduğumuz sıfatı-nəfsiyyə birdir: Vücud, yəni var olmaqdır.

Allahu əzimüşşanın var olmasının birbaşa dəlili Allahın (cəllə cəlaluhu) “İnnəni ənəllahü” kəlamıdır. Ağıla uyğun dəlil, bu aləmləri xəlq edən (yoxdan var edən) bir xaliq (yaradan), əlbəttə mövcuddur, əlbəttə vardır. Mövcud olmamaq muhaldır.

Sıfatı-nəfsiyyə demək – zat, onsuz və O, zatsız təsəvvür oluna və düşünülə bilməz, deməkdir.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta