Hakikat Books
Türkçe

Bölüm 17 / 73

Dəstəmaz haqqında

Bu bölümde cevaplanan sorular (6)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Dəstəmazın fərzləri neçədir və hənəfi məzhəbində hansılardır? taslak Hata bildir
  2. Dəstəmaz neçə növdür (fərz, vacib, sünnət, məndub)? taslak Hata bildir
  3. Fərz olan dəstəmaz hansı hallarda alınır? taslak Hata bildir
  4. Vacib olan dəstəmaz hansıdır? taslak Hata bildir
  5. Sünnət olan dəstəmaz hansı hallarda alınır? taslak Hata bildir
  6. Məndub olan dəstəmaz hansı hallarda alınır? taslak Hata bildir

Dəstəmazın fərzləri hənəfidə dörd, malikidə yeddi, şafidə və hanbəlidə altıdır. Hənəfidə:

1. Üzü yumaq.

2. Qolları dirsəklərlə birlikdə yumaq.

3. Başın dörddə bir hissəsini məsh etmək.

4. Ayaqları topuq sümükləri ilə birlikdə yumaq.

Dəstəmaz dörd növdür: fərz, vacib, sünnət, məndub (müstəhəb).

Fərz olan dəstəmaz dörddür: Mushafı-şərifi tuta bilmək üçün, beş vaxt namaz qılmaq üçün, cənazə namazı qılmaq üçün və tilavət səcdəsi etmək üçün alınan dəstəmaz.

Vacib dəstəmaz: ziyarət təvafı etmək üçün alınan dəstəmaz.

Sünnət dəstəmaz: əzbərdən Quran oxumaq üçün, qəbiristan ziyarəti üçün və qüsldən əvvəl alınan dəstəmaz.

Məndub (müstəhəb) olan dəstəmaz: yatdıqda, yuxudan oyandıqda, yalan danışdıqda və qeybət etdikdə, şəhvətə səbəb olan musiqi dinlədikdə, bu şeylərə tövbə və istiğfar edib alınan dəstəmaz.

Elm məclisinə gedərkən dəstəmazlı getmək, dəstəmaz aldıqdan sonra dəstəmazsız caiz olmayan bir əməl işlədikdə [məsələn, namaz qıldıqda] dəstəmazlı ikən yenidən dəstəmaz almaq məndubdur. Əgər belə bir əməl işlənməyibsə, dəstəmazlı ikən təkrar dəstəmaz almaq məkruhdur.

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Paylaş

WhatsApp Telegram X Facebook E-posta