Sular dörd növdür: mai-mütləq, mai-muqayyəd, mai-məşkük, mai-müstaməl.
1-Mai-mütləq - yağış, dəniz, axar bulaq və quyu suyudur. Bu sular murdar olan şeyi pak edər. Necə istəsən istifadə etmək olar.
2-Mai-muqayyəd, yemiş, qarpız, tənək, çiçək suyu və bu kimi sular. Bu sular murdar şeyi pak edər, lakin qüsl və dəstəmaz üçün istifadə olunmaz.
3-Mai-məşkük, uzunqulağın və anası uzunqulaq olan qatırın içdiyi suyun artığına deyilir. Bu su ilə həm dəstəmaz, həm də qüsl almaq caizdir. Hansını əvvəl edərsə, edə bilər, bunda muxtardır.
4-Mai-müstaməlin yerə düşən su və ya bədəndən ayrılan su olması barədə fikir ayrılığı mövcuddur. Doğru olan, bədəndən ayrılan su olmasıdır. Bu barədə də üç qavl (söz, hökm) vardır. İmam Azama görə (rahiməhullahu təala) qaba nəcasətdir. İmam Əbu Yusifə görə (rahiməhullahu təala) yüngül nəcasətdir. İmam Muhammədə görə (rahiməhullahu təala) pakdır. Doğru olan da budur.
Dəstəmazın vacibliyinin doqquz şərti var:
1. Müsəlman olmaq.
2. Həddi-buluğa çatmaq.
3. Ağıllı olmaq.
4. Dəstəmazsız olmaq.
5. Dəstəmaz suyunun pak olması.
6. Dəstəmaz almağa gücü yetmək.
7. Hayzlı olmamaq.
8. Nifaslı olmamaq.
9. Dəstəmazın, hər namaz vaxtı içində alınması. [Bu şərt üzrlü olanlara aiddir.]